Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Çıraq“ platforması bir aya yaxın işləməyəcək - Neft hasilatı nə qədər azala bilər?

Tarix 22.09.21, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının bir hissəsi olan “Çıraq” platformasının fəlaiyyətini dayandıracaq. Plana əsasən Çıraq platformasından hasilat 2021-ci il sentyabr ayının 23-dən başlayaraq təqribən 25 gün müddətinə dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.

Xatırladaq ki, 2021-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barrel olub. Bunun 596,1 min barrelini xam neft, 115,5 min barrelini isə kondensat təşkil edib.

Bu ilin altı ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 85 milyon barel, yəni 11 milyon ton olub.

İkinci rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Yarım ildə AÇG-dən ümumi hasilat – “Çıraq” (30 min), “Mərkəzi Azəri” (111 min), “Qərbi Azəri” (118 min), “Şərqi Azəri” (78 min), “Dərinsulu Günəşli” (88 min) və “Qərbi Çıraq” (43 min) platformalarından birgə gündəlik orta hesabla 468 min barel təşkil edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "AzPolitika.info"-ya bildirib ki, "Çıraq" platformasında 2021-ci ilin II rübünün yekunlarına görə orta günlük neft hasilatı 30 min barel təşkil edib. Ekspert qeyd edir ki, təxminən 1 aylıq dayanma zamanı hasilat cəmi 750-800 min barel həcmində azala bilər.



Xəbərin oxunma sayı : 907




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap