Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

““Əsrin müqaviləsi” bizə güc, nəfəs verdi” – İlham Əliyev

Tarix 08.11.17, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


“Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət ediblər. Onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1 milyardıncı ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi, Azərbaycanı tanıda bildi və dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri icra edilib”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə deyib.

Prezident İlham Əliyev “Şahdəniz” üzrə imzalanan müqavilənin əhəmiyyətini də qeyd edib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum , Bakı-Novorossiysk, Bakı-Supsa layihələrinin icrasından danışıb.

“Azərbaycanda ən müasir qazma qurğuları inşa edilib, platformalar tikilib, “qara qızıl” insan kapitalına çevrilib. Neftdən gələn gəlirlər səmərəli istifadə edilib. Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirdi. Neft və qaz amili gələcəkdə də ölkənin inkişafında böyük rol oynayacaq”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev BP-nin Azərbaycandakı 23 illik fəaliyyətindən də danışıb. “BP-SOCAR əməkdaşlığı bir çox ölkə üçün nümunədir. BP tərəfdaş kimi aparıcı layihələrdə fəal rol oynayır. Artıq SOCAR beynəlxalq şirkətə çevrilib və hazırda şirkət tərəfindən xarici ölkələrlə milyard dollarlarla sərmayə qoyulur. Hazırda dünya miqyasında layihə olan Cənub Qaz dəhlizi layihəsi icra edilir. İşlər qrafikə uyğun gedir”.





Xəbərin oxunma sayı : 367




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap