“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İş yerində baş verən qanlı qətl - Bıçağı sinəsinə vurmuşdu

Tarix 07.07.25, 16:20

Font ölçüsü : - / +
bitmap-img6

 
Şəxsi münasibətlər zəminində iş yoldaşını qətlə yetirən Şahlar Ağayevin məhkəməsi davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Şahlar Ağayevin cinayət işi üzrə keçirilən iclasda şahidlərin sərbəst ifadələri dinlənilib.

İlk olaraq şahid Məhəmməd Ağayev ifadə verib. O, təqsirləndirilən şəxslə iş yoldaşı olduğunu bildirib:


“Şahlarla şəxsi ədavətim olmayıb. Bir dəfə iş yerində otağın sıxlığı səbəbindən Şahlarla Pünhan arasında mübahisə düşdü. Şahlar ona “otaq sıxlıqdır, sən çıx” dedi. Pünhan buna əsəbiləşib Şahlara söyüş söydü. Biz onları sakitləşdirməyə çalışdıq. Pünhanı çölə çıxartdım. Rəhmətlik mənə əl-qol atdı. Daha sonra Pünhan yenə otağa gəldi. Bu dəfə Şahların nömrəsini götürdü.

Hadisədən əvvəl aralarında bir neçə dəfə də mübahisə olmuşdu. Bıçaqlanma hadisəsindən xəbərim olmayıb, yalnız işdən zəng gələndən sonra öyrəndim”.

Zərərçəkmişin hüquqi varisi Tofiq Fərzalıyev şahidin ifadəsinə etiraz edərək onun hər şeyi açıq danışmadığını iddia edib.

Daha sonra şahid qismində Coşqun Fərzalızadə ifadə verib:

“Mən Şahları tanımıram. Hadisə zamanı gördüm ki, o, Pünhanı bıçaqladı. Bıçağı sinəsinə vurmuşdu. Pünhanın Şahların üzərinə hücum etdiyini görmədim. Hadisədən sonra əmioğlumun bıçaqlandığını görüb mən də Şahları döydüm. Sonradan ifadə vermək üçün aparıldığım şöbədə zorakılığa məruz qaldım”.

İş üzrə digər şahid isə hadisədən əvvəl yaşananları danışıb:


“Pünhanın övladı əməliyyat olunmuşdu, biz də onlara baş çəkməyə getmişdik. Uşağa görə evdə yığıncaq təşkil edilmişdi. Gələndə gördük ki, Pünhan əsəbi şəkildə telefonla danışırdı. Kiminlə danışdığını bilmirdik.

Daha sonra evdən çıxıb getdi. Biz də arxasınca getdik. Çatanda gördük ki, qışqıraraq “məni bıçaqladı” deyir. Hətta Şahlar bizə də bıçaq çəkdi. Daha sonra Pünhanı xəstəxanaya apardıq. Oradan isə bizi polis şöbəsinə apardılar. Pünhanın öldüyünü yalnız axşam saatlarında bildik”.

Qeyd edək ki, hadisə bu il martın 14-də paytaxtın Yasamal rayonu, Tbilisi prospektində baş verib. 1999-cu il təvəllüdlü Şahlar Ağayev aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iş yoldaşı 1992-ci il təvəllüdlü Pünhan Fərzalıyevi bıçaqlayaraq qətlə yetirib.

Şahlar Ağayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 307




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap