Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Şahruddini indidən sonra da sevəcəklər“ - Qurban Qurbanov

Tarix 27.08.22, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ" Misli Premyer Liqasının IV turunda öz meydanında "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransıdna Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:

"Futbolçularımı təbrik edirəm. Çox vacib olan 3 xalı qazandıq. Oyunda yaxşı sürət və dinamika gördüm. Hər futbolçu üçün təcrübə toplamaq çox lazımdır. Cavid Hüseynova və "Şamaxı"ya uğurlar arzulayıram. Yerli futbolçulara şans verirlər".

Qurbanov Avropa Liqasındakı təqvimləri barədə danışıb: "Bunları normal qarşılayıram. Sonda hər bir rəqiblər oynamalıyıq. Artıq futbol elə səviyyəyə çatıb ki, ev və ya səfər matçı bir o qədər də seçilmir. Oyunçular daha çox təcrübə toplayıblar və azarkeşlərin səs-küyünə hazırdırlar".

Təcrübəli baş məşqçi bütün turnirlərdə maksimum nəticə göstərmək istədiklərini vurğulayıb: "UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün şansımız var idi. Amma alınmadı və ruhdan düşmürük. UEFA Avropa Liqasında öz istədiklərimizi həyata keçirmək niyyətindəyik. Əvvəl də belə komandalara qarşı oynamışıq. Qrupdan çıxmaq üçün şansımız da var. Amma rəqiblər də iddialıdır. Bəlkə onlar da bizimlə düşdükləri üçün sevinirlər".

Mütəxəssis komandadakı ab-hava haqqında fikirlərini bölüşüb: "Baş verənləri geridə qoymaq istəyirik. Çempionlar Liqasının pley-offunda "Viktoriya"ya uduzduğumuz üçün məyus olmuşuq. Futbolçular həmin matçdan sonra təsirləniblər. Bizim üçün hər matç sanki pley-off idi. Futbolçular qalib gəlmək üçün əziyyət çəkmişdilər. Amma yolun bir addımlığında dayandıq. Bu, futbolun yazılmamış qanunlarıdır. Bunu yaşamaq oyunçunu daha da böyüdür və inkişaf etdirir. Tez toparlanıb irəli baxmaq lazımdır".

Qurbanov Şahruddin Məhəmmədəliyevin durumu haqqında danışıb: "O, hazırda çox dilxordur. Bu, onun məsuliyyətindən xəbər verir. Deməli, o insan işində məsuliyyətlidir və daha yaxşı olmaq, böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Azarkeşlər qarşılaşmalardan sonra aqressiv və emosional olurlar. Şahruddini indidən sonra da sevəcəklər". 



Xəbərin oxunma sayı : 928




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap