Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Şakro Molodoy“dan “oğru”lara sensasion müraciət - Kriminal dünya birləşir?

Tarix 07.02.22, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada həbsdə olan gürcü əsilli nüfuzlu "oğru” Zaxari Kalaşov (Şakro Molodoy) "oğru dünyası”na sensasion müraciət edib. 

Qaynarinfo xəbər verir ki, "Şakro Molodoy" müraciətində kriminal avtoritetləri "oğru dünyası”ndakı münaqişələrə son qoymağa çağırıb. O bildirib ki, münaqişədə olan "oğru”lar arasında barışıq əldə olunmalı və problemlər sülh yolu ilə həll edilməlidir.

Zaxari Kalaşov qiyabi qərarlara da münasibət bildirib. O qeyd edib ki, qiyabi qərarlarda tələskənliyə yol verilib. Söhbət bəzi "oğru”ların iştirakı olmadan onlar haqqında çıxarılan qərarlardan gedir. 

"Oğru dünyası”ndakı parçalanmanın dərinləşməsi də məhz qiyabi qərarlar üzündən baş verib. Halbuki, "oğru qaydaları”na görə şəxsin iştirakı olmadan, onu dinləmədən barəsində hər hansı qərar çıxarmaq, hökm vermək qəbuledilməzdir. 

Son illər bu qayda arxa plana keçmişdi. Münaqişədə olan kriminal avtoritetlər bir-birləri haqqında qiyabi qərarlar çıxarır, bu qərarla münaqişə həbsxanalara daşınır, məhbuslar üz-üzə qoyulur və beləliklə kriminal dünyada parçalanma dərinləşirdi.

Təsadüfi deyil ki, "Şakro Molodoy" müraciətində "oğru dünyası”ndakı mövcud vəziyyəti kollaps adlandırıb.

Onun müraciətində mühüm məqamlardan biri də "oğru” titulu ilə bağlıdır. "Şakro Molodoy" hesab edir ki, birtərəfli qaydada, qohumluq əlaqələrinə və klançılıq prinsiplərinə əsasən "oğru” titulu alanların məsələsinə yenidən baxılmalıdır. "Oğru dünyası” Zaxari Kalaşovun bu fikrini dəstəkləsə, o zaman xeyli sayda kriminalitet "oğru” titulundan məhrum ola bilər. 

Məlumat üçün deyək ki, "oğru dünyası”ndakı parçalanma 2008-ci ildən başlayıb. İddialara görə, münaqişənin əsasını gürcü əsilli "oğru”lar Merab Canqveladze (Merab Suxumski) və Tariel Oniani (Taro) qoyub. Bu münaqişə Vyaçeslav İvankov (Yaponçik) və Aslan Usoyan (Ded Xasan) kimi nüfuzlu "oğru”ların belə öldürülməsi ilə nəticələnib. 
 






Xəbərin oxunma sayı : 1033




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap