Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Çalışacağıq ki, Azərbaycan istehsalı olan toxumlar yaradaq” – İnam Kərimov

Tarix 07.05.18, 17:57

Font ölçüsü : - / +
bitmap-img6


“Ağdam Atçılıq təsərrüfatı sentyabr ayından başlayaraq dünya standartlarına uyğun fəaliyyət göstərəcək”.

Bunu APA-ya açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib. “Ağdam atçılıq təsərrüfatı ilə tanış oldum. Dövlət başçısının göstərişi ilə atçılıq təsərrüfatının inkişafı üçün investisiya qoyuluşu təmin edilir. Bu ilin sentyabr ayınadək təsərrüfatda atların sayının artırılması, onlara qulluq və Qarabağ at cinsinin ən yüksək səviyyədə yetişdirilməsi üçün şərait yaradılacaq”, – deyə nazir söyləyib.

İ. Kərimov ölkə ərazisində fəaliyyət göstərən iri və xırdabuynuzlu dövlət təsərrüfatlarında da yenidənqurma işlərinin aparılacağını bildirib. O, xaricdən gətirilən toxumların qiymətinin baha və məhsulun keyfiyyətinin aşağı olmasından narazı qalan fermerlərin bu narahatlığına son qoyulacağını vurğulayıb: “Məhsuldarlığın artırılmasında əsas şərtlərdən biri keyfiyyətli toxumla təmin edilməkdir. Bizim toxum fondumuz var, əsas məqsədimiz bu prosesi yenidən revizə etməkdir. Çalışacağıq ki, Azərbaycan istehsalı olan toxumlar yaradaq”.




Xəbərin oxunma sayı : 523




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap