“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Anadolu Hospital”ın direktoru Azərbaycandan çıxarkən tutuldu - FOTO

Tarix 27.05.23, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


Barəsində cinayət işi açılmış və istintaq aparılan “Anadolu Hospital”ın direktoru Alper Ceylan Azərbaycanı tərk etmək istəyərkən tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü həkim “Sədərək” gömrük keçid məntəqəsində quru yolu ilə ölkəni tərk etməyə çalışıb. O, saxlanılaraq polisə təhvil verilib. Alper Ceylana barəsində cinayət təqibinin davam etməsi və ölkəni tərk etməsinin mümkünsüz olduğu bildirilib.

Qeyd edək ki, dələduzluqda şübhəli bilinən xəstəxana rəhbəri barəsində cinayət işinin istintaqı davam etdirilir. Bir müddət əvvəl A.Ceylan barəsindəki həbs qətimkan tədbiri Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəzlənib. Onunla yanaşı, “Anadolu Hospital”ın direktor müavini Kərim Nadirov da dələduzluqda ittiham edilir. Hər iki şəxsin xəstəxanaya işə qəbul adı ilə şəxslərdən pul alıb vədlərinə əməl etmədiyi bildirilir.






Xəbərin oxunma sayı : 946




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap