Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Atletiko” ilə “Arsenal”dan qələbə, “Borussiya”dan gözlənilməz məğlubiyyət

Tarix 09.03.18, 5:11

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

AzFakt.com xəbər verir ki, ilk oyunlardan 4-ü artıq yekunlaşıb.

Bu görüşlərin 3-də qonaqlar qələbə qazanıblar. Daha çox diqqət mərkəzində olan qarşılaşmada İngiltərə “Arsenal”ı İtaliyada “Milan” üzərində inamlı qələbə qazanıb. Bununla da “topçular” növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin ediblər.

Fransa “Lion”u Rusiyanın paytaxtı Moskvada MOİK-i, Avstriya “Zalsburq”u isə Almaniyanın Dortmund şəhərində “Borussiya”nı minimal fərqlə yenib. Meydan sahiblərindən yalnız İspaniya “Atletiko”su qalib gəlib. Dieqo Simeonenin baş məşqçi olduğu komanda Rusiyanın digər təmsilçisi “Lokomotiv”i darmadağın edib.

Avropa Liqası

1/8 final, ilk oyunlar

8 mart

22:00.”Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) – 0:2

Qollar: Henrik Mxitaryan, 16. Aron Remzi, 90+4

22:00. “Atletiko” (Madrid, İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya) – 3:0

Qollar: Saul, 22. Dieqo Kosta, 47. Koke, 90

22:00. “Borussiya” (Dortmund, Almaniya) – “Zalsburq” (Avstriya) – 1:2

Qollar: Andre Şürrle, 62 – Valon Berişa, 49-penalti; 56

22:00. MOİK (Moskva, Rusiya) – “Lion” (Fransa) – 0:1

Qol: Marselo, 68

Daha 4 oyun saat 00:05-də start götürəcək. Cavab görüşləri martın 15-də keçiriləcək.



Xəbərin oxunma sayı : 385




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap