Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi İlhamə Quliyevanın vəfatından bir il ötür Xalq artisti: “Zəmanə adamı deyiləm” “İlham Əliyev kimi prezidentə xəyanət etmək olmaz“ - Fərhad Əhmədov
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2017

    Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi

  • / Hadisə / — 25 Fevral 2017

    İlhamə Quliyevanın vəfatından bir il ötür

  • / Maqazin / — 24 Fevral 2017

    Xalq artisti: “Zəmanə adamı deyiləm”

  • / Sosial / — 24 Fevral 2017

    “İlham Əliyev kimi prezidentə xəyanət etmək olmaz“ - Fərhad Əhmədov

  • / Gündəm / — 23 Fevral 2017

    Cəbhədə vəziyyət gərginləşdi: Zakir Həsənov təcili ön xəttə getdi

  • / Maqazin / — 22 Fevral 2017

    2017-yə damğasını vuracaq hit - STOP (VİDEO)

Çavuşoğlu çevriliş gecəsi Bakıya kimlərə zəng edib?

Tarix 10.01.17, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu FETÖ-nun 15 iyun çevrilişə cəhd gecəsi xarici ölkələrin XİN rəhbərləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinə zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Çavuşoğlu çevrilişə cəhd gecəsindən başlayaraq, qısa müddətdə NATO baş katibi Yens Stoltenberq, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Avropa Şuasının baş katibi Tyorborn Yaqland, ABŞ Dövlət katibi Con Kerri, İngiltərə Xarici İşlər naziri Boris Conson, İran Xarici İşlər naziri Cavad Zərif, Fransa Xarici İşlər naziri Jan Mark Ayro, Ukrayna Xarici İşlər naziri Pavel Klimkin, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və s. olmaqla ümumilikdə 35 ölkənin xarici siyasət idarəsinin rəhbərinə zəng edib.

Maraqlı məqam odur ki, Çavuşoğlunun həmin gecə zəng etdiyi xarici siyasətlə məşğul olmayan yeganə nazir Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Çavuşoğlunun bu nazirləri və beynəlxalq qurum rəhbərlərini çevriliş cəhdi barədə məlumatlandırdığı ehtimal olunur.



Xəbərin oxunma sayı : 127

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda