Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Şaxtyor“ Mudrikin transferindən qazandığı milyonları orduya bağışladı - İnanılmaz jest

Tarix 16.01.23, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


Mixail Mudrikin "Çelsi"yə keçidini reallaşdırmaqla səs-küylü transferə imza atan Ukraynanın "Şaxtyor" klubu böyük jest edib. 

Fanat.Az xəbər verir ki, donetsklilər əldə olunan məbləğin böyük hissəsini orduya bağışlayıb. 

Bu barədə "Şaxtyor"un prezidenti Rinat Axmetov klubun mətbuat xidmətinə açıqlama verib: 

“İlk növbədə, mən bütün sivil dünyaya Ukraynaya kömək etdiyinə görə təşəkkürümü bildirirəm. Ukrayna ordusu və dünyadakı dostlarımızın böyük dəstəyi sayəsində bu gün bu ölkədə futboldan danışa bilirik. Yalnız birlikdə evimizə girmiş pisliyi məğlub edəcəyik.

Bu gün məndə qarışıq hisslər var. Bir tərəfdən Mixail üçün sevinirəm, böyük qürur hissi keçirirəm. Bu oğlan sübut etdi ki, qeyri-mümkün olan şey istedad və zəhmət sayəsində mümkün olur. Mən tam əminəm ki, bütün Avropa gözəl oyun üçün onun adını tərənnüm edəcək.

Digər tərəfdən, heç vaxt gizlətməmişəm ki, arzum Avropa kuboklarını qazanmaqdır. Bu o deməkdir ki, Mudrik kimi oyunçular klubumuza, liqamıza dəvət olunmalı və bu səviyyəli futbolçularla kuboklar qazanılmalıdır. İndi dünyanın ən yaxşı klublarında çıxış etsələr də, özlərini bizdən ayırmamalıdırlar.

Təəssüf ki, hazırda bu mümkün deyil. Ukraynada Rusiya dövlətinin bizə qarşı apardığı rəzil, ədalətsiz müharibə ilə üzləşdik. Qələbə qazanacağımıza böyük inamım var. Daha sonra Ukraynanın Donetsk şəhərindəki “Donbass Arena”da “Çelsi” ilə yoldaşlıq oyunu keçirəcəyik. Bu görüşü mümkün qədər tez təyin etmək üçün əlimizdən gələni etməliyik. Ona görə də mən Mariupolun müdafiəçilərinə və həlak olan əsgərlərin ailələrinə kömək etmək üçün “Azovstalın ürəyi” layihəsinə başlamaq qərarına gəldim. Onlar müasir tarixdə misilsiz tale ilə qarşılaşdılar. Onların sayəsində düşmən hücumunun ilk aylarında Ukraynanın qələbəsinin yaxında olduğunu hiss edirik.

Bu gün mən əsgərlərimizə və müdafiəçilərimizə, eləcə də onların ailələrinə kömək etmək üçün bir milyard qrivna (təxminən 46,6 milyon manat - red.) ayırıram. Vəsait müxtəlif ehtiyaclara - müalicə, psixoloji dəstək üçün istifadə olunacaq. Şəffaflığı qorumaq üçün “Azovstal”ın müdafiəçiləri, onların ailələri, himayədarları və bütün könüllülərdən ibarət müstəqil komanda yaradılacaq.

Əsgərlərimiz sonsuz təşəkkürə layiqdirlər!”.

Qeyd edək ki, "Çelçi" bazar günü rəsmi müqaviləyə imza atdığı Mixail Mudrikin transferinə görə "Şaxtyor"a 70 milyon avro ödəyib. Üstəlik, müqavilənin bonus şərtləri yerinə yetirildikdən sonra bu məbləğ 100 milyona çatacaq. 



Xəbərin oxunma sayı : 754




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap