Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli “Anasına bax, qızını al“ - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

“Azəriqaz“ Vətən Müharibəsi iştirakçısının maaşını kəsib - Şikayət

Tarix 27.10.21, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsi iştirakçısı İbrahim Mehman oğlu Yəhyayev "Hürriyyət"ə müraciət edərək, işlədiyi qurumda başına gələnləri dilə gətirib.

Mövzuya keçməmişdən öncə İbrahim Yəhyayev haqqında oxucularımıza məlumat vermək istəyirik. Belə ki, o işğal altındakı torpaqlarımızı azad etmək uğrunda 44 günlük qızğın müharibədə əvvəldən axıradək iştirak edib. Ailəli olmağıma baxmayaraq, könüllü olaraq cəbhəyə yollanıb. Zəngilan, Xocavənd, Qubadlı, Füzuli və Cəbrayıl istiqamətindəki döyüşlərdə iştirak edib. Buna baxmayaraq yalnız "Zəngilan və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. İbrahim Yəhyayev müharibədən əvvəl də "SOCAR"ın prezidenti Rövnəq Abdullayev tərəfindən mükafatlandırılıb.

"Azəriqaz"ın Sumqayıt şəhər üzrə idarəsinin 8 saylı sahəsində işləyən müharibə iştirakçısı müharibədən qayıtdıqdan sonra əməliyyat olunmaq məcburiyyətində qalıb. Əməliyyat olunduqdan sonra kirayədə qaldığı evdə müalicə olunan İbrahim Yəhyayevin iş günləri isə təəssüf ki, üzürlü səbəbdən hesab edilməyərək, maaşından tutulub. Beləliklə, o sentyabr ayının əmək haqqısını tam ala bilməyib:

"Avqustun 26-sı əməliyyat olunmuşam. Könüllü olaraq Vətən müharibəsinə yollandığımdan əməliyyat oluna bilməmişdim. Klinikada əməliyyat olunduqdan sonra evdə müalicə olunmağa başladım. İş yerimin sığortası ilə əməliyyat olunmuşdum. Oktyabrın 1-nə kimi evdə müalicə olundum. Əməliyyat olunduğum klinikadan arayış istədim. Lakin, 5 gündən artıq arayış verilməyəcəyi deyildi. İş yerimə də bildirdim ki, arayış vermirlər. İdarədən iş günlərimin yazılmasını xahiş etdim. Lakin, bir-birlərinin üstünə ataraq, problemimlə maraqlanmadılar. Müharibədən qayıtdıqdan 4-5 ay sonra "Azəriqaz"ın sədri Ruslan Əliyevə müraciət etdim. Kirayədə qalmağımla bağlı mənə maddi yardım verilməsini xahiş etdim. Lakin, heç bir köməklik göstərilmədi. Ruslan Əliyev müraciətimə baxdıqdan sonra kadrların rəisinə yönəltdi. Bir-birlərinin üzərinə ataraq, heç bir maddi yardım edilmədi".

İbrahim Yəhyayevin digər bir istəyi isə işlədiyi 8 saylı sahədə iş yerinin dəyişdirilməsidir. O bununla bağlı saytımız vasitəsilə "Azəriqaz"ın rəhbərliyinə müraciət edib:

"Ailəliyəm və kirayədə yaşayıram. Aldığım maaş da ailəmi dolandırmağa bəs etmir. Digər bir istəyim isə "Azəriqaz"ın Sumqayıt üzrə idarəsində iş yerimin dəyişdirilməsidir. Çünki, həm aldığım maaş ailəmi saxlamağa bəs etmir, həm də müharibədə aldığım psixoloji sarsıntılar abonentlərlə işləməyimə əsas vermir. "Azəriqaz" rəhbərliyindən xahiş edirəm ki, məni öz işlədiyim sahədə başqa bir işlə təmin etsinlər".

Qarşı tərəfin mövqe nümayiş etdirə bilər.
 



Xəbərin oxunma sayı : 715

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda