Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

““Barış pınarı”nın başa çatması üçün…” – Ərdoğan şərti açıqladı

Tarix 16.10.19, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


“Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törətdikləri qətliamları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: “Güzgüyə yaxşı baxın”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında bildirib.

Türkiyə Prezidenti antiterror əməliyyatının hədəflərindən və görəcəkləri işlərdən danışıb: “Bu bölgədə bütün plan və işlərimizi gördük, görürük. Türkiyə tarixinin heç bir dönəmində mülki sakinləri qətlə yetirməyib. Bizim inancımız, mədəniyyətimiz və əxlaqımız buna imkan vermir. Bizi qətliamda ittiham edənlərin tarixi mülki sakinlərin qətliamı hadisəsi ilə doludur”.

“Türkiyə tarixində terror qruplaşması ilə bir masa araxasında oturmaq yoxdur və olmayacaq. Bir masaya oturulsa belə bir nəticə əldə edilməyəcəyini bilirik. Bununla bağlı bizi axtarıb, danışıq aparmaq istəyənlərə deyirik, Türkiyənin müttəfqiliyinin göz ardına alıb, terror qruplaşmasının könlünü xoş etmək istəyirsiz, bizim şərtimiz bu gecə bütün terrorçuların elan etidyimiz 32 km-lik təhlükəsizlik bölgədən çıxmasıdır. Onda bizim “Barış pınarı” aniterror əməliyyatı başa çatacaq. Yox, terrorçuları qorumaq istəyirlərsə, o zaman yenə də onların bölgədən çıxması lazımdır. Yox, terrorçular vasitəsi ilə bizə təzyiq etmək istəyirlərsə, bağışlayın, biz buna icazə verməyəcəyik.

Terrorçuları təqib etdik, edəcəyik. Hazırda 1220 km–lik ərazini terrorçulardan təmizlədik”, -deyə Türkiyə prezidenti bildirib

Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiyalarına münasibət bildirərək, qarşı trəfi siyasətdən xəbərsizlikdə ittiham edib : “Siyasət emosionallıq deyil, insan və ölkəni idarəetmə sənətidir”. /Report



Xəbərin oxunma sayı : 634




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap