|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Bəzi şəxslər özlərini “91-lər”in nümayəndəsi kimi təqdim edirlər“ - Siyavuş Novruzov
Tarix 30.03.19, 22:15 |
|
Yeni Azərbaycan Partiyasının saytında Milli Məclisinİctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri,YAP İcra Katibinin müavini Siyavuş Novruzovun məqaləsi dərc olunub.
AzFakt.com millət vəkilinin həmin məqaləsini oxuculara təqdim edir:
Müasir cəmiyyətdə siyasi partiyaların ictimaiyyətin müxtəlif sosial sinif və maraq dairələrini, vahid ideya və fəaliyyət istiqamətində səfərbəredici, yönləndirici rolu hər kəs tərəfindən bilinən, aydın şəkildə dərk olunan obyektiv gərçəklikdir. Bu baxımdan hər bir siyasi partiyanın özünəməxsus yaranma şərtləri, tarixi şəraiti və bütün bunlardan qaynaqlanan sosial sifarişin müəyyənləşdirdiyi ideoloji hədəfləri, deməli həm də strateji məqsədlərə yönələn missiyası olur. Bu kriteriyalardan yanaşaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının da bir missiya partiyası olduğu aydınlaşır. O missiya müharibə burulğanında çabalayan ölkəni sülhə, ictimai-siyasi sabitliyə qovuşdurmaq, yeni siyasi sistem formalaşdırmaq, onun ideoloji, hüquqi və iqtisadi təməllərini yaradaraq, inkişafın keyfiyyətcə yeni mərhələsinə çıxarmaqdan ibarət idi.
Azərbaycançılıq ideologiyasını cəmiyyətə mənimsətmək, “Əsrin müqaviləsi”ni imzalamaq (1994) və müstəqil Azərbaycanın ilk Konstitusiyasını (1995) qəbul etməklə YAP-ın tarixi missiyasının ilk mərhələsi uğurla yerinə yetirilmiş oldu.
1992-ci ildə YAP-ın bünövrəsini qoymaqla, Ulu Öndər nəinki müstəqil dövlətin ideoloji əsaslarını yaratdı, eyni zamanda sosiuma hələ uzun illər xalqımızın dövlətçilik ənənələrinə uğurla xidmət edəcək azərbaycançılıq kimi bir dəyər qazandırdı. İrqindən, dinindən, millətindən asılı olamayaraq, hər bir Azərbaycan vətəndaşını dövlətimiz və vətənimiz naminə səfərbər edən bu ideologiya sadəcə ölkə daxilində deyil, dünyaya səpələnmiş bütün azərbaycanlılar üçün istinad mənbəyinə, xidmət stimuluna çevrildi. Bu uzaqgörən ideoloji prinsip təsadüfi deyil ki, daha sonra bütün dünyada tolerantlıq və multikulturalizm mərkəzi kimi tanınacaq ölkəmiz üçün əsas ideya leytmotivi oldu. Azərbaycançılıqla yanaşı, müstəqil dövlətçilik, qanunçuluq,varislik və yaradıcı təkamül, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, habelə sosial ədalət prinsipləri üzvi vəhdət halında, bu gün də demokratik, dünyəvi dövlət qurmaq istiqamətində əsas oriyentirlər kimi çıxış edir.
YAP-ın keçdiyi tarixi yol keşməkeşli, lakin şərəflə arxada qoyduğu proseslər barədə çox yazılıb, kifayət qədər deyilib. Lakin, bəzi məqamlar var ki, tarixi həqiqətlər və obyektivlik naminə, onların üzərində bir daha durmaq zəruridir. Çünki partiya yarandığı dövrdən,dövlətçiliyə deyil, iqtidara qarşı müxalif mövqe tutaraq, ləyaqətli müxalifətçilik etməsinə baxmayaraq, o vaxtki hakimiyyət tərəfindən çox böyük təzyiqlərə məruz qaldı və bu gün demokrat kimi görsənməyə çalışanların əsl siması məhz o zaman üzə çıxdı. Belə ki, 1992-ci ilin oktyabrında “91- lərin” Heydər Əliyevə müraciəti yayıldıqdan sonra, AXC – Musavat cütlüyü Naxçıvanda çevriliş etmək fikrinə düşdü. Öz potensiallarını işğal altındakı Dağlıq Qarabağın azad olunmasına sərf etmək yerinə, onlar hətta, Naxçıvana quru yolla daxil olmaq üçün, Türkiyədəki bəzi dairələr ilə danışıqlar aparırdılar. Bütün bu uğursuz cəhdlərin əks - təsir göstərdiyini və YAP-a olan ümumxalq inamının daha da gücləndiyini görən o zamanın baş naziri Pənah Hüseyn diğər siyasi qurumları deyil, məhz YAP-ı ana müxalifət elan etmək məcburiyyətində qaldı.
Partiya hakimiyyətə gəldikdən sonra da, müəyyən dairələr ondan öz mənafeyi üçün istifadə etməyə cəhdlər göstərdi. Çünki, məlum həqiqətdir ki, bir siyasi qurum hakimiyyətdə olan zaman həm müxtəlif maraq daşıyıcıları, bəzi hallarda isə karyeristlər üçün də cəlbedici olur. Onlar partiyanın imkan və təsir gücündən faydalanmaq, daha sonra isə onu bölmək və ya onun bazası əsasında özünə partiya yaratmaq fikrinə düşdülər. Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev, 2001-ci ildən sonra isə Əli İnsanov və digərləri bu tip uğursuz cəhdlər göstərdilər. Lakin, tarix sübut etdi ki, bütün bu cəhdlər əbəsdir və yel qayadan heç nə aparmır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra, ölkədə baş verən müsbət irəliləyişlər fonunda YAP-ın bir siyasi qurum kimi qarşısına qoyduğu vəzifələr də günün şərtləri çərçivəsində heç şübhəsiz dəyişməli idi. Bu baxımdan partiyanın 1999-cu ildə keçirilən I Qurultayı bir sıra əlamətdar hadisələrlə zəngin oldu. Belə ki, cənab İlham Əliyev partiyanın sədr müavini, 2001-ci ildə keçirilmiş II Qurultayda isə sədrin I müavini seçilməsi təşkilatın sıralarına böyük gənclik ordusunun axınına, onun tərkibinin kəmiyyət və keyfiyyət baxımından xeyli dəyişməsinə səbəb oldu. I Qurultayın gətirdiyi diğər struktur islahatı isə İcra Katibliyinin yaradılması ilə əlaqədardır. Partiyanın nizamnaməsinə görə, onun Mərkəzi Aparatına İdarə Heyətinin təsdiq etdiyi iş planına müvafiq şəkildə operativ rəhbərliyi həyata keçirən, yerli təşkilatların fəaliyyətini əlaqələndirən və nəzarət edən, peşəkar, daimi əsaslarla çalışan işçilərdən ibarət aparat formalaşdıran bu qurum qısa müddətdə özünü doğruldaraq, mühüm praktiki əhəmiyyət daşıdığını sübut etdi. Tezliklə partiyada ciddi maliyyə intizamı, dəqiq kargüzarlıq sistemi quruldu və rayon (şəhər) təşkilatlarında da uğurla tətbiq edildi. Ştat cədvəlinə uyğun olaraq, partiyanın rayon (şəhər) şöbələrində daimi əsaslarla işləyən aparatlar formalaşdırıldı. Partiyanın əhatə etmədiyi heç bir ərazi, yaşayış və seçki məntəqəsi qalmadı.
Prezident İlham Əliyevin 2005-ci ildə partiyanın Sədri seçilməsi ilə partiya yeni dövrün çağırışlarına cavab olaraq, adekvat şəkildə öz fəaliyyətini proqramlaşdırdı. Partiyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm adımlar atıldı. Rayon (şəhər) təşkilatları üçün müasir tələblərə cavab verən yeni inzibati binalar tikilib istifadəyə verildi. Təşkilatların avtomobil, sürətli internet, kompüter və s. ilə təchizatı ən yüksək səviyyəyə qaldırıldı. Bütün bunlar tədbirlərin mütəşəkkilliyində, ardıcıllığında və rəngarəngliyində öz müsbət əksini tapdı. Partiya rəhbərliyinin səyləri nəticəsində Gənclər Birliyinin fəaliyyəti yeni mərhələyə qədəm qoydu, təşkilatın qərargahında gənclər üçün xüsusi ofis təsis edildi. Qadınlar Şurası yenidən təşkil olunaraq, fəaliyyət sahəsi genişləndirildi, humanitar layihələrə qadınların cəlb olunması əhəmiyyətli vüsət aldı. 2018-ci ildə YAP İcra katibliyi üçün müasir tələblərə cavab verən yeni qərargah tikilib istifadəyə verildi. Bu, işçilərin daha səmərəli fəaliyyəti üçün yeni imkanlar açdı. Lakin, partiya üzvlərinin fəaliyyətinə verilən ən yüksək qiymət ölkəmizdə bütün səviyyələrdə - bələdiyyə, parlament, prezident seçkilərində əldə olunan parlaq qələbələr olmuşdur.
Bu gün YAP-ın 735 minə yaxın üzvü var və partiyanın yuxarıda sadalanan uğurlarının təməlində hər bir üzvün gərgin əməyi, əzmkarlığı dayanır. Böyük intellektual potensiala malik partiyamızda üzvlərin 322 min nəfərə yaxını ali təhsilli, 3026 nəfəri fəlsəfə doktoru, 1488 nəfəri elimlər doktoru, onların da bir hissəsi akademikdir. Milli Məclis üzvlərinin 67 nəfərini YAP-ın təmsilçiləri təşkil edir və onlar ölkəmizdə dünya standartlarına uyğun, müasir hüquq dövlətinin tələblərinə cavab verən qanunvericilik prosesində fəal iştirak edirlər. Habelə, ölkədə seçilmiş bələdiyyə üzvlərinin mühüm əksəriyyəti, yəni 10 mindən artıq vətəndaşımız məhz, YAP-ın üzvləridir. Həmçinin respublikamızda fəaliyyət göstərən, rayon (şəhər) icra hakimiyyəti başçılarının 83–ü YAP-ın təmsilçiləridir.
YAP–ın hər bir üzvü möhrərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar prosesində fəal şəkildə iştirak edir, eyni zamanda bilik və bacarıqları ilə ölkəmizin inkişafına öz töhfələrini verir. Quruculuq, abadlıq, yaşıllaşdırma və bir sıra humanitar aksiyalarda YAP-ın müvafiq strukturlarının hazırladığı layihələr əhəmiyyətli yer tutur. Hər bir YAP üzvü harada çalışmağından və hansı peşənin sahibi olmasından asılı olmayaraq, partiyamızın sədri cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin aktiv təbliğatçıları və təşviqatçılarıdır. Dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün təmin olunması YAP-ın vətənpərvərlik təbliğatının ən önəmli tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə partiya üzvlərinin cənab Prezidentə ünvanladığı bütün müraciətlərin əsasında bir fikir yer alır ki, hər bir YAP üzvü, cənab Ali Baş Komandanın sadiq əsgəridir və hər an Vətən torpaqlarının müdafiəsinə hazırdır.
Ötən dövr ərzində partiyanın beynəlxalq əlaqələri xeyli genişlənmiş, Avropa Xalqları Partiyası (EPP) və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə əməkdaşlıq hazırda da yüksələn xəttlə davam edir və təsadufi deyil ki, onların bir sıra tədbirləri ölkəmizdə keçirilmişdir. Avrasiya məkanında keçirilən bir sıra mötəbər forumlarda YAP-ın nümayəndələri təmsil olunaraq, Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini dünyaya çatdırmışdır.
Bu sahədə xüsusilə, Azərbaycan Respublikasının I vitse– prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın geniş və hərtərəfli fəaliyyəti xüsusi olaraq qeyd olunmalıdır. Məhz onun rəhbərliyi ilə həyata keçirlən beynəlxalq humanitar layihələr Azərbaycanın dünyadakı imicinin formalaşdırılması baxımından misilsiz əhəmiyyətə malikdir. Habelə, sivil dünya birliyinə inteqrasiya, xalqın rihafı naminə elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən aksiyalar, eyni zamanda Azərbaycanda dövlətin sosial siyasətinin mühüm və ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinə edilən yardımlar, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlar bu genişmiqyaslı fəaliyyətin yalnız bir hissəsidir.
Göründüyü kimi rəhbər–ideya–təşkilat triadasına söykənən, qısa müddətdə Qafqazın ən qüdrətli siyasi qurumu kimi formalaşan YAP nəzəriyyə və praktikanın uğurlu konsolidasiyasına nail olaraq, daxili və xarici düşmənlər üçün keçilməz səddə çevrilmişdir.
Lakin hazırda təəssüflər olsun ki, on illərdir partiya fəaliyyəti ilə bağlılığı demək olar ki kəsilmiş bəzi şəxslərin onun çoxminlik üzvləri haqqında xoşagəlməz fikirlər səsləndirməsi, hətta təhqirə yol verməsi qətiyyən yolverilməz hadisədir və hər bir kəsin ləyaqətinə toxunur. Kimin nə vaxtsa hansısa xidməti göstərməsi bu gün ona partiyanın yüz minlərlə üzvünü təhqir etmək imtiyazı vermir.
Həm də maraqlısı odur ki, son dövrlər bəzi şəxslər özlərini cəmiyyətə gah “91-lər”in nümayəndəsi, gah da “partiyanın qurucularından” biri kimi təqdim edirlər. Bu kimilərinə bir daha xatırlatmaq lazımdır- YAP-ın bir tək banisi və yeganə qurucusu var və bu şəxs Ümummilli Lider Heydər Əliyevdir. Qalanları isə onun şəxsiyyəti və ideyaları işığına toplaşanlardır. Bəzilərinin bu müqəddəs yolu yarımçıq qoymasına, bəziləri öz şəxsi ambisiyalarına qurban gedib yarı yolda qalmasına rəğmən, bu yol əbədidir, daimidir və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin simasında layiqli rəhbərə malikdir. Bu partiya Vətəni, Milləti sevən, onun tərəqqisinə çalışan insanların birləşdiyi siyasi təşkilatdır və aydın məsələdir ki, kimsənin şəxsi mənafeyinə xidmət etmir.
Yekunda qürur hissi ilə qeyd etmək istərdim ki, kimlərinsə qərəzindən, subyektiv rəylərindən asılı olmayaraq, YAP Ulu Öndər tərəfindən əsası qoyulan şərəfli yol ilə gedir və uğur da onunla birgə addımlayır. Gələcək isə bu yolda inamla, səmimiyyətlə, sədaqətlə və cəsarətlə addımlayanlarındır.
Xəbərin oxunma sayı : 193
Siyasət
Xəbərlər
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
TOP 10
ARXİV