Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bu fikir və tezis ən çox YAP-a sərf edir“ - Natiq Cəfərli

Tarix 06.03.23, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


"Türkiyə siyasətini yaxından izləməyimizin bir çox səbəbi var - qardaş ölkədir, Azərbaycanın streteji müttəfiqidir, xarici siyasətdə koordinasiyalı fəaliyyətimiz var, Türkiyədə baş verənlərin Azərbaycana birbaşa və dolayı təsirləri olur və s. Türkiyə siyasətində baş verənlərdən dərs çıxartmalı məqamalar da çoxdur. Əslində Azərbaycanda illərdir belə bir fikir beyinlərə yeridilir ki, müxalifət birləşmir, ona görə də uğur qazana bilmir. Bu fikir və tezis ən çox YAP-a sərf edir, amma müxalif camənın özü də bu fikri tez-tez gündəmə gətirir”.

Bunu Reyting.az-a REAL partiyasının sədr müavini Natiq Cəfərli deyib.

N. Cəfərli siyasətdə birlik modellərinin uğurlu olması üçün bəlli şərtləri sadalayıb:

Birincisi, siyasi birlik mütləq dəyərlər və prinsiplər üzərinə inşa edilməlidir, siyasi mövqeyi daban-dabana zidd olan partiyaların birliyi situativ və uğursuz olur.

İkincisi, siyasi birlik mütləq lehinə olmalıdır (ideyanın, məqsədin, məramın). Əleyhinə (şəxsin və ya siyasi partiyanın) olan birliklərin uğurlu olması çox çətindir, hətta mümkün deyil.

Üçüncüsü, siyasi birliklər mütləq seçkidən və ya hansısa siyasi prosesin bitməsindən sonra uğurlu ola bilər - seçki bitir, güc dəngələri məlum olur, xalqın, seçicinin verdiyi mandat və güclə siyasi alver (sözün yaxşı mənasında) başlayır, ittifaqlar qurulur və bu birliklər, ittifaqlar qalıcı və uğurlu olur, çünki təməlində xalqın verdiyi mandat, siyasi maraqların ölkəni idarəetmə istəyi üçün uzlaşması dayanır.

N. Cəfərlinin fikrincə, qardaş Türkiyədə baş verənlər bir daha sübut edib ki, əleyhinə və situativ birliklər uğurlu model deyil, məhz buna görə Azərbaycanda da son 30 ildə 10-11 müxtəlif birlik modelləri olub və hamısı hüsranla nəticələnib: "Çünki o modellər ideya, tezis, dəyər, proqram üzərinə olmayıb, şəxslər əleyhinə olan birliklər idi. Elə birlik modellərinə nifaq salmaq da, ayrılıq yaratmaq da çox asandır, necə ki, biz bunun dəfələrlə şahidi olmuşuq.

Millət, ona görə də kim sizə desə ki, müxalifətin uğursuzluğunun səbəbi birliyin olmamasıdır, gülün-keçin, ya bilmir mövzunu, ya da elə YAP-ın maraqlarını güdür. Və ya kim sizə desə ki, müxalifətin birliyi üçün bir tək İlham Əliyevə qarşı olmaq yetər, onu da ciddiyə almayın-qatı radikal dindar və ya qatı etnik millətçi və ya kommunist də Əliyevə qarşı ola bilər, amma bu onlarla birlik modeli qurmaq üçün yetərli deyil”.

N. Cəfərli sonda təəssüflə qeyd edib ki, Azərbaycandakı bəzi siyasi partiyalar birliyi məhz belə görürlər deyə siyasi anlamda "dadsız-duzsuz salat” düzəltməklə məşğul olublar: "Nə dəyər, nə prinsip, nə də ideologiya öndə olmayıb, elə buna görə də uğur qazana bilməyiblər”.



Xəbərin oxunma sayı : 358




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap