![]() |
|














“İcra başçılarının 70 faizini içəri basmaq lazımdır” - Baba Vəziroğlu
Tarix 01.12.22, 18:19 |
|

“Əbülfəs Qarayev deyirdi ki, gətirin görək, kimə “Xalq artisti” adı vermək lazımdır”.
Bu sözləri əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Modern.az-a müsahibəsi zamanı deyib.
Müsahibəni təqdim edirik:
- Baba müəllim, söhbətimizə bir müddət əvvəl gündəmi qaynadan məsələnin müzakirəsilə başlamaq istərdik. Yazıçılar Birliyinin XIII qurultayının bu cür keçiriləcəyi sizin üçün gözlənilən idi?
- Məşhur bir fraza var: “Mən birinci dəfədir ərə getmirəm ki”. Yazıçılar Birliyinin xeyli qurultaylarında olmuşam. Mən əsgərlikdən gəldim, ovaxtkı sədr, rəhmətlik İmran Qasımov məni işə götürdü. İmran Qasımov Yazıçılar Birliyi tarixində ən demokratik, cavanlara yol açan bir sədr idi. Yazıçılar İttifaqını da cavanlaşdıran məhz İmran Qasımov idi. Budəfəki qurultay da nizamnaməyə əsasən normal keçirilən bir qurultay oldu. Hərənin ağzından bir avaz çıxmasına baxmayaraq, yekun qərar bir olur. Əsas məsələ də təşkilati məsələlər idi.
- Bəs nə üçün şairlər və yazıçılar Anara alternativ görmürlər? Bunun səbəbi cəmiyyəti də çox maraqlandırır.
- Şəxsən mən də Anara alternativ görmürəm. Çünki Anar keşməkeşlərdən, dalğalı-burulğanlı bir dövrdən Yazıçılar Birliyini bu günə kimi gətiribsə, deməli, ona yenidən sükan əmanət etmək olar. Dövlət necə ki 1990-cı illərin əvvəlində naşı adamların əlinə düşmüşdü, Yazıçılar Birliyini də o aqibət gözləsəydi, bu gün o ittifaq olmazdı. Anar Yazıçılar Birliyini dağılmağa qoymadı. Anar 35 il ərzində bizim göstərdiyimiz inamı doğrultdu. Qurultaydan sonra bir-iki nəfər fərqli fikirlər söyləyirdi. Amma qurultayda iştirak edən 430 nəfərdən 428-i əl qaldırmışdı ki, Anar sədr olsun. Səsvermədən sonra iki gənc etiraz etdi. Bir sözlə, toydan sonra nağaraya ehtiyac yoxdur. Nizamnamədə olduğu kimi namizədliklərini irəli sürməliydilər. Buna da cürət etmədilər, bildilər ki, səs toplamayacaqlar. Amma cavandırlar da, səs-küy salmaqları normaldır, biz də cavan olanda o qədər səs salmışıq. Bütöv prosesin üzərinə kölgə salmaq isə ədalətsizlikdir. Ola bilsin ki, səsverənlərin hamısının ürəyində Anar yoxdur.
- Yazıçılar Birliyinə ayrılan 203 min manatın hesabatının verilməməsindən dolayı ittihamlar səsləndi. Amma hələ də hesabat verilməyib...
- Yazıçılar Birliyi Maliyyə Nazirliyinin müvafiq şöbələrinə hesabat verməyə borcludur. Cəmiyyətə açıqlama vermək isə könüllü şəkildə olmalıdır. Mən bir az da zarafatla demişdim ki, indiki dövrdə 203 min nədir ki... Hətta deyirəm ki, 203 minlə girirəm marketə, çıxanda cibimdə qəpik də qalmır. Hər zarafatda da həqiqət var. Yəni bu nə qədər böyük vəsait idi ki həmin tədbir üçün? Hələ mənə elə gəlir ki, 203 min manat vəsait bəs etməyib, əlavə olaraq Anarın, Çingizin dostları xeyriyyəçilik ediblər. Bu gün normal mehmanxana qiymətləri çox bahadır, icarə haqları od qiymətinədir. Deyirlər ki, tədbirdə gül kimə lazımdır? Tədbir keçirirsənsə, gül də lazımdır, xadimə də lazımdır, mühafizəçi də lazımdır. Biz sovet dönəminin pis adətlərindən ayrıla bilmirik, 30 ildir kapitalizmdə yaşayırıq, sovet stereotiplərindən hələ aralanmamışıq. O dövrdə sovetlər birliyi belə tədbirlər üçün kisəsinin ağzını bağlamırdı. Bilirdilər ki, incəsənət ideologiyanın əsas flaqman sahəsidir. Dünya ölkələrində isə ümumiyyətlə bu cür qurultaylar keçirilmir.
- Düşünürsünüz ki, hazırda Yazıçılar Birliyində hər şey mükəmməldir, islahatlara ehtiyac yoxdur?
- İslahatlar deyərkən gözümdə hansısa yol xəritəsi canlanmır. İslahat aparmaq odur ki, velosipedi təzədən icad edəsən, Amerikanı yenidən kəşf edəsən. Yazıçılar Birliyi, adından göründüyü kimi, yazıçıların bir ocağıdır, dərdlərini, sevinclərini bölüşdükləri məkandır. Orada nə islahat ola bilər? Yazıçılar İttifaqının hazırkı vəziyyəti çox dəhşətlidir. İmam üçün ağlayanda, bir dəfə də yezid üçün ağlamaq lazımdır. Yazıçılar İttifaqının jurnalları satılmır, “Ulduz” jurnalının milyondan çox tirajı olurdu, hətta erməni dilində olan jurnal da oxunurdu. Bunlar da gəlir gətirirdi, dövlətin hər cür vasitəsi var idi, nəzarət edirdi ki, o jurnallar yaşasın. İndi jurnallar ən çox 500 tirajdan ibarət olur. Ona görə hər şey mükəmməldir demək olmaz.
- Bəstəkar kimi Kəmaləddin Heydərovla (fövqəladə hallar naziri - red.) əvvəllər işbirliyiniz olub. Hazırda bu işbirliyinizdə bir durğunluq hiss olunur. Hansısa mahnı, əsər üzərində işləyirsinizmi?
- Kamalla dostluğumuz çox qədimdir, amma yaradıcılıqla birgə fəaliyyətimiz 30 ildən çoxdur. Mənim oğlumun adı da Kamaldır. Əmisi, bəstəkar Kamal qoyub adını. 100-ə yaxın mahnı yazmışıq, hamısı da dillər əzbəri olub. Kamal Ələkbər Tağıyev, İbrahim Topçubaşov kimi professional musiqi təhsili olmayan sənətkarlardandır. Musiqi qabiliyyəti olan istedadlı insandır. İxtisası geoloq və hüquqşünaslıqdır. Amma ürəyi nəğməli ürəkdir. Kamalın dəst-xətti həmişə seçilir. Bir fakt deyim ki, Heydər Əliyev haqqında minlərlə mahnı yazılıb, amma onun ümummilli lider haqqında yazdığı mahnı himnə çevrildi. YAP “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısını himn olaraq qəbul etdi. Bu, fitri istedaddır, birdən gecə saat ikidə məni yığır ki, bəs nə iş görürsən? Demirəm ki, bu vaxt yatarlar. Amma Kamal deyir ki, dur gəl, bir melodiya yaranıb.
Bizim mahnılarımız uzun zamanda yaranmır, qısa vaxt ərzində ərsəyə gəlir. Heydər Əliyevə ithaf etdiyimiz mahnı bir gecənin içərisində yaranıb, amma illərdir ki, içimizdə yetişib. Mən dəfələrlə ulu öndərlə səfərlərdə olmuşam. Səfərə çıxanda özüylə bir neçə yazıçı, bəstəkar götürürdü. Onun dövlət məmurları ilə işi yox idi, onlarla yaxınlıq etməzdi. Heydər Əliyev səfərlərə gedəndə qatarı üç vaqondan ibarət olurdu. Birində özü olurdu, birində üç-dörd nəfər sənətkar, birində isə nazirlər gedirdi. Nazirlərin vaqonu sıxlıq olurdu, buna baxmayaraq, onlardan heç birini bizim boş vaqona keçirmirdi. Sözümün canı odur ki, sənətkara dəyər verirdi. Heydər Əliyevin sağlığında ona həsr etdiyimiz mahnı çox səsləndirilmirdi, bu da onun öz istəyi idi. Biz onu itirəndən sonra mahnı ikinci həyatını yaşadı. Kamalla sonuncu mahnımız “Cənab Ali Baş Komandan” mahnısı Mirələm Mirələmovun ifasında zəfərimizə, Ali Baş Komandana həsr olunub. İndi isə yeni mahnılar üzərində işləyirik. Leyla Əliyevanın da yazdığı sözləri mahnıya çeviririk. Yenidən “Səndən Nigaranam”, “Xatirədir” stilində melodiyalara qayıdırıq. Xalq o mahnıları sevdi, indi də ardını istəyir.
- Hətta deyirlər ki, bəstəkar Kamalla o qədər yaxın olmusunuz ki, sizə ev də hədiyyə edib...
- Evi Prezident hədiyyə edir. Sağ olsun, Prezident sayılıb-seçilən sənətkarların əziyyətini dəyərləndirir.
- Maraqlıdır, bəstələriniz, şeirləriniz arasında ən baha qiymətə satdığınız hansı olub?
- Sovet vaxtında dəqiq qiymətlər var idi, bütün pullar poçtla gəlirdi. İndiki dövrdə də mən heç kimlə pul danışmıram. Hələ bir müğənni deyə bilməz ki, Baba müəllimə bir manat vermişəm. O hissəni ancaq bəstəkar edir. Mən hələ özümü o səviyyəyə endirməmişəm, söz adamı alver etməz. Müstəqillik illərində bəzi dəyərlər, kriteriyalar yox oldu, mahnı satışı bazar müstəvisinə çıxdı. İndi eşitdiklərimə görə, 10 manata da mahnı yazırlar. Mənim ən qiymətli mahnım 100 min manat olub.
- Baba müəllim, Azərbaycanda fəaliyyət göstərən mədəniyyət işçiləri, şairlər, bəstəkarlar, müğənnilər və digərləri qədər fəxri adlara meyilli olan başqa ölkələrdə sənətçilər yoxdur. Bununla bağlı fikirləriniz maraqlıdır...
- Biz hələ sovet dövründəki ənənələrdən ayrılmamışıq. Bu məsələ də onun bir parçasıdır, qanımızda, canımızda gedir. Ölkədə buna ehtiyac varsa, dövlət imtina etmir. Hamı istəyir ki, ad alsın, təqaüd alsın. Bu, dövlətin “çox sağ ol”udur. Dövlət hər bəstəkara, yazıçıya “çox sağ ol” deyə-deyə gəzməyəcək ki... Niyə hər şeyi yenisini yaratmadan məhv etməliyik? Ən yaxşı təzə - unudulmuş yaxşı keçmişdir. Dövlət mənə “Əməkdar incəsənət xadimi” adı verib, 120 manat da təqaüd alıram. Bu, normal bir şeydir, dövlətin “sağ ol”udur. Kimsə desə ki, fərqlənmə sahəsində yenilik yaradaq, bunu düşünmək olar.
- Bir az da gündəmdən danışaq. Azərbaycan məmurlarının rüşvətxorluq, korrupsiya girdabına yuvarlanması məsələsi, demək olar ki, ilin bütün günlərində aktualdır. Bu ölkənin ziyalı vətəndaşı olaraq, sizcə, məmurları rüşvətə sürükləyən səbəblər nələrdir?
- Azərbaycanda icra başçılarının 70%-ni dəyişmək lazımdır. Dəyişmək də yox, içəri basmaq lazımdır. İndi icra başçısı vəzifəsində çalışanların tutulanlardan heç bir fərqi yoxdur. Yevlaxın icra başçısı saxlanılıbsa, ətraf rayonların da başçıları saxlanılmalıdırlar. Çünki rayonlar dəhşətli vəziyyətdədir. Rayonlara Ramiz Mehdiyevin köhnə kadrları başçılıq edirlər. Bir-ikisi istisna olmaqla, hamısı quldur, millətə zülm edənlərdir. Bir neçə gün əvvəl ali bir məclisdə dedim ki, araşdırmısınız, bu qədər qazi niyə intihar edir? İcra başçıları otururlar kresloda, telefonla məşğuldurlar, heç bir işləri yoxdur. Hər şeyi professional şəkildə relsə qoyublar, pul özbaşına ciblərinə axır. Telefonda boş-boş işlərlə məşğuldurlar, yeyib-içirlər. İcra hakimiyyətinin qarşısında sözünü demək istəyən qazini qəbul etmək nə çətin işdir?! O başçının köməyi gözünə girsin, təpəsinə dəysin. O qazi dinlənilmək istəyir, təsəlliedici söz demək çətin deyil. Cibinə yığdığın rüşvətdən hələlik bir az ver ki, dərdinə çarə tapsın, həm də Allaha xoş getsin. O qazinin puludur da, yeyib, talayıb oturmusan orada, qudurğanlıq edib niyə qəbul etmirsən? Qazinin psixoloji problemi var deyirlər, ay alçaq, psixoloji problemi var, göndər, müalicə alsın. İcra başçısı o bölgədə Prezidentin səlahiyyətli nümayəndəsidir. Bu boyda məmləkətin Prezidenti balaca uşağın qarşısında əyilir, söhbət edir. Sən niyə özünü darta-darta yeriyirsən? Onları görəndə məcbur qalıb əl verirəm, bilirəm ki, onların əlləri çirklidir, günaha batıb, qazi qanına batıb. Şəxsən tanıdıqlarım var, İsmayıllının, Biləsuvarın və bir neçə rayonun cavan, savadlı başçıları bütün gün vətəndaşların içindədirlər, onlara yardım edirlər.
Prezidentə bir siqnal çatmasa, heç bir qurum barmağını barmağının üstünə qoymur. Gərək deyilsin ki, millət fəryad edir, gedin görün nə olub. Məsələ o qədər böyüyür ki, Prezident reaksiya verir. Qurumları, nazirləri yaxşı tanıyıram, hamının üzü Prezident Aparatına tərəfdir. Heç bir təşəbbüskarlıq yoxdur, Prezident filan yerə gedəcək xəbəri yayılır, bağ salırlar, yol çəkirlər. Aparata deyilən “baş üstə”nin də çoxu yalandandır, telefonu yerə qoyan kimi deyir ki, “süz, içək”. Avropada olsaydım, ad da çəkərdim ki, filan rayonun başçısı telefonu yerə qoyan kimi belə deyir.
- Baba müəllim, Mədəniyyət Nazirliyinin bu sahədə gördüyü işləri necə qiymətləndirirsiniz?
- Mədəniyyət Nazirliyinin ən qara dövrü Əbülfəs Qarayevin vaxtında olub. Nazirlik bir həsirdir, bir Məmmədnəsir. Anar Kərimovu tanımırdım, kənar sahədən gəlib. Bir çox tədbirlərdə və Şuşada görüşmüşük, çox işgüzar adama oxşayır. Mədəniyyət sahəsi çətin, ziddiyyətli bir sahədir, bunu qısa müddət ərzində relsə qoymaq mümkün deyil. Görüləcək işlər var, ona görə gözləyirəm. Əbülfəs Qarayev bilmirdi ki, Yazıçılar Birliyi, Kinematoqrafçılar İttifaqı var, yoxsa yox. Deyirdi, “gətirin görək, kimə “Xalq artisti” adı vermək lazımdır”, adam “böyük” deyildisə, “buna “Əməkdar artist” adı verək” deyirdi. Anar Kərimovdan mütərəqqi addımlar gözləyirik. Əbülfəs heç adam da saymırdı, gərək gedib qarşısında təzim edərdin, mənimlə də arası bu təzim məsələsinə görə dəymişdi. Mirzə Babayev rəhmətə gedən vaxt bir neçə şəxslə teatrın qarşısında durub söhbət edirdik. Bir maşın gəldi, Əbülfəs Qarayev düşdü maşından, məmurlara xas olan xüsusiyyətdə ətrafa boylandı. Yanımdakı şəxslər düşdülər, əl verib görüşdülər, mən isə əyilib salam vermədiyim üçün nifrətlə baxıb keçdi. O gündən sonra mənimlə düşmən oldu. Əvvəllər guya dost idi, çevrildi düşmənə. Mən xalqın şairiyəmsə, xalqın xidmətçisi gəlib mənimlə görüşməlidir. Əbülfəsin məkrli sifətindən sonra belə gülərüz adam mənə xoş gəlir (gülür). İndiki proseslər də köhnədən qalan zibillərdir, ortaya çıxır, aşkar olunur.
- İnsanların əksəriyyəti deyir ki, getdikcə yaşamaq çətinləşir. Sizcə, bu gün bir şairin normal dolanışığı üçün normal gəliri varmı? Baba Vəziroğlu dolana bilirmi?
- Bir söz var, deyirlər, ürəyin düz olsun, Allah ruzini verəcək. Çox düz sözdür. Amma təəssüf edirəm ki, qələm dostlarım yaxşı dolanmırlar. Hətta bəzilərinin bir tikə çörəyə ehtiyacı var. Söylü deyirdi, “ona qələm demə, çörək ağacı de”. Qələm artıq çörək ağacı deyil. Moşu gic-gic şeirlər yazırdı, amma gedib bağda istirahət edirdi. Yazıçılar həmişə yaxşı dolanıblar, mən özüm də Yazıçılar Birliyinin xətti ilə bütün dünyanı dolanmışam. Yardım olsa da, hər kəsə çatmır. Azərbaycan xalqı yazan xalqdır. Amma boynubükük bir yazıçı görəndə mənim ürəyim ağrıyır, yaxşı yaşayanlar çox azdır. Mən həmişə Allahıma şükür edirəm, həmişə ruzimi yetirir. Mən də quldur bir icra başçısı olardım, ancaq boynubükük qələm sahiblərinə kömək edərdim. Dünyanın ən quldur və ən kasıb icra başçısı olardım.
Xəbərin oxunma sayı : 805
Müsahibə
Xəbərlər
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
TOP 10
ARXİV