“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb“ - Rayon deputatlarından qalmaqallı videoya reaksiya

Tarix 19.01.26, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi səbəbi ilə işdən ayrılmaq üçün ərizə yazıb.

AzFakt.com xəbər verir ki, modern.az məsələ ilə bağlı Milli Məclisdə Füzulini təmsil edən deputatlarla həmsöhbət olub. 

85 saylı Füzuli - Ağcabədi seçki dairəsindən deputat seçilən Aqil Abbas qeyd edib ki, onun həyat yoldaşı çox böyük səhv edib: “Gülbahar Eyvazova da həyat yoldaşının bu hərəkətini görüb, füzulilərdən və ümumiyyətlə azərbaycanlılardan utanıb ərizə yazıb işdən çıxıb. Burada çox ağıllı iş görüb, amma mən istəməzdim ki, o işdən çıxsın. Çünki əri cəza almalıdır, o üzr istəməlidir. Amma buna görə xanımının işdən çıxması düz deyil. Mən özüm də Gülbahar Eyvazovanı tanıyırdım. Mədəni və savadlı xanım idi”. 

84 saylı Füzuli seçki dairəsinin deputatı Vüqar Bayramov isə həmin videoya baxmadığını bildirərək, bütün hallarda kim olduğundan, harada işlədiyindən aslı olmayaraq insanların dini inanclarını təhqir edən, insanları alçaldan şəxslər qanun qarşısında cavab verməlidir: “Vəzifəsindən, cəmiyyətdəki yerindən aslı olmayaraq bu hər kəsə aiddir. Belə hal baş veribsə hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək” – deyə deputat sonda qeyd edib.  



Xəbərin oxunma sayı : 1210




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap