Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İcra başçısına şok İTTİHAM: “Radikal müxalifəti maliyyələşdirir” - Video

Tarix 14.03.18, 6:08

Font ölçüsü : - / +
bitmap-img6


Mart ayının 3-də Meydan tv-yə videomüsahibə verən Azərbaycan respublikasının prezidentliyinə namizəd, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev jurnalistin suallarını cavablandırarkən Suraxanı rayon İcra Hakimiyyətinin başçısını xaricdəki radikal müxalifət qüvvələrini maliyyələşdirməkdə ittiham edib.

Hafiz Hacıyevin səsləndirdiyi iddiaların nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Suraxanı rayon İcra Hakimiyyəti başçısının köməkçisi məsələyə münasibət bildirəcəklərini desə də, sonradan heç bir münasibət bildirmədilər.

Qeyd edək ki, Azərbaycanda 11 aprel tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca ölkədə və xaricdə yaşayan radikal müxalifət fəallaşmaqdadır.

Azərbaycan dövlətinə düşmən kəsilən xarici dairələr tərəfindən maliyyələşən radikal müxalifətin mübarizə üsulu xalqımızın milli-mənəvi dəyərlərinə, hüquq prinsiplərinə zidd olaraq aparılır. Belə ki, son zamanlar Avropada yaşayan radikal müxalifətin nümayəndələri dövlət başçısına, ölkənin yüksək vəzifəli şəxslərinin ünvanına təhqiramiz ifadələr işlətməkdədirlər.

Qeyd: Videoya baxmaq üçün aşağıdakı linki tıklayın. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı səslənən fikirlər 14:50-ci dəqiqədən başlayır. (Qlobal.az)









Xəbərin oxunma sayı : 1741




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap