“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“ƏDV-yə diferensial yanaşma öz müsbət təsirini göstərə bilər” - Deputat

Tarix 03.10.22, 18:08

Font ölçüsü : - / +
bitmap-img6


“Kənd təsərrüfat məhsullarının geniş şəkildə istehsalına zəmin yaradacaq işlər həyata keçirilməlidir. Buna görə, həmin sahəyə subsidiyaların verilməsi, digər fiskal addımların atılması vacibdir. Bunlar qiyməti səciyyələndirirlər. Ərzaq məhsullarının əlavə dəyər vergisi (ƏDV) ilə bağlı diferensial yanaşmaq lazımdır. ƏDV-nin tamamən aradan qaldırılması real görünmür”.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov “Ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq və qiymətləri azaltmaq üçün ƏDV ləğv olunmalıdır” fikrinə münasibət bildirərkən deyib.


Millət vəkili ərzaq məhsulları üzərində müşahidə olunan qiymət artımını qlobal proseslərlə əlaqələndirib:

“Ərzaq məhsulları üzərində daxili bazarda qiymət artımını müşahidə edirik. Bu, bir çox amillərlə bağlıdır. İlk növbədə buğda məhsulunun qiymətinin qalxması dünya bazarında bu məhsulun qiymətinin artımı ilə bağlıdır. Həm geosiyasi proseslər, həm də qlobal istiləşmə səbəbi ilə əlaqədar olaraq dünya bazarında qiymət qalxır.

Digər ərzaq məhsullarının qiymətinin qalxmasını real şəkildə müşahidə edə bilirik. Bu qiymət artımının səbəblərindən biri də idxal olunan məhsullarla bağlıdır. Bu, idxal olunan qiymət artımıdır”.

A.Hüseynov qeyd edib ki, ərzaq məhsullarına olan əlavə dəyər vergisinə diferensial yanaşma öz müsbət təsirini göstərə bilər:

“Dövlətin apardığı siyasətin başlıca istiqamətlərindən biri də vətəndaşların rifah halının yüksəldilməsidir. Ərzaq hamının gündəlik tələb etdiyi istehlak malları sırasındadır. Ərzaq məhsullarının qiymətinin tənzimlənməsi bu sahədə atılan digər dövlət addımları sırasında inzibati xarakter daşıyır. Bunlardan biri möhtəkirliyin qarşısının alınmasıdır.

Sadəcə olaraq hesab edirəm ki, ərzaq məhsullarına olan əlavə dəyər vergisinə diferensial yanaşma öz müsbət təsirini göstərə bilər. Vergilərin tamamilə ləğv olunması yox, diferensial yanaşma lazımdır”.



Xəbərin oxunma sayı : 421




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap