Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İşədüzəltmə şirkətləri nəzarətə götürülür – Hökumətdən yeni qərar

Tarix 13.08.19, 15:24

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda işədüzəltmə fəaliyyəti ilə məşğul olan şirkətlərə qarşı yeni tələblər müəyyənləşib.

Nazirlər Kabinetinin təsdiqlədiyi «İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər» adlı qərarda bu sahə ilə bağlı ciddi yeniliklər nəzərdə tutulub. Qərar Azərbaycan vətəndaşlarını həm ölkə daxilində, həm də xaricdə işədüzəldilməsi ilə məşğul olan şəxsləri əhatə edir.

Sənədə əsasən bu fəaliyyətlə – Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə – yalnız hüquqi şəxslər məşğul ola bilərlər.

Yeni qərara əsasən, bu şəxslərin elekton reyestri yaradılacaq. Ölkədə bu fəaliyyətlə məşğul olan bütün şirkətlər haqqında məlmatlar bu reyestrdə toplanacaq, reyestr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olacaq. Reyestr Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiya edilir.

İşədüzəltmə şirkətləri müvafiq formanı elektron şəkildə dolduraraq bu reyestrə qoşulmaq üçün müraciət etməli olacaqlar.
Nazirlik Azərbaycan Respublikasının Vergilər Nazirliyinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edərək işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxsin vergilər, faizlər və maliyyə sanksiyaları, hüquqi şəxsin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumatları əldə edir.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxs mövcud informasiya ehtiyatlarında ona aid olan fərdi və kommersiya xarakterli məlumatların Nazirlik tərəfindən sorğu edilərək əldə olunmasına dair razılığını gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir.
Sənədə əsasən, İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər reyestrdə qeydiyyatdan keçməli, iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır.

Həmin şirkətlər işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiyanı Nazirliklə bölüşməlidirlər.
Nəhayət, Azərbaycan vətəndaşlarının xarici ölkə-lərdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir. /fed.az



Xəbərin oxunma sayı : 322




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap