Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Çelsi“yə 0:6 hesabı ilə uduzsaq da...“ - “Qarabağ”ın məşqçisi

Tarix 18.10.17, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ itirilməyib, klubun qəlbindədir. Qarabağdakı müharibə kluba böyük təsir edib”

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles deyib.

İspaniyalı məşqçi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə bu gün keçiriləcək oyunla bağlı ölkəsinin "larazon.es" nəşrinə açıqlama verib.

O, əvvəlcə "Qarabağ"ın tarixi haqda danışıb: "İki futbolçumuz və vaxtilə "Qarabağ"da futbolçu kimi çıxış etmiş məşqçimiz də müharibə bölgəsindəndir. Futbolçumuz Qara Qarayev məcburi köçkün düşərgəsində böyüyüb. “Qarabağ” rəhbərliyi ildə 1 dəfə mərasim təşkil edərək, veteranlarla görüşür. Çempionat oyunlarında Tofiq Bəhramov stadionunda banner açılır. Həmin bannerdə “Qarabağ”ın keçmiş baş məşqçisi, müharibə zamanı şəhid olmuş, milli qəhrəman Allahverdi Bağırovun şəkli yer alıb. Hazırda işğal altında olan şəhəri təsəvvür etmək çox çətindir. Ümid edirəm ki, klub qısa müddətdən sonra yenidən doğma məkana qayıdar”.

Selles "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını Azərbaycan üçün tarixi hadisə adlandırıb: “Çelsi”, “Roma” və “Atletiko” bizim üçün çox təhlükəli komandalardı. Londonda 0:6 hesabı ilə uduzsaq da, “Roma” ilə evdəki qarşılaşmada minimal hesabla məğlub olduq. Sona qədər mübarizə aparıb, rəqibi təzyiqdə saxlaya bildik. “Atletiko” ilə matçda da oyun üslubumuza sadiq qalacağıq. Topu özümüzdə daha çox saxlamağa çalışacağıq”.



Xəbərin oxunma sayı : 151




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap