Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Çətindir, ancaq çıxış yolumuz yoxdur“ - Qurban Qurbanov

Tarix 18.09.17, 3:58

Font ölçüsü : - / +
bitmap-img6


“Qalib gəlmək istəyirdik. Bilirdik ki, “Kəpəz” müdafiədən oynayacaq. Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Qalib gəlmək üçün çox çalışdılar”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 5-ci turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Son vaxtlar İbrahim Sehiçin əvəzedici komandaya göndərilməsi ilə bağlı xəbərlər yayılıb. Bu məsələ doğrudur?

- Yox, İbrahim əsas komandamızdadır. Hər hansı bir fikir olanda bu barədə heç kimə məlumat vermirik.

- Üç yeni oyunçuya şans verdiniz. Onların oyunundan razı qaldınız?

- Onlardan razı qala bilmərəm. Öz formalarından uzaqdılar. Bir neçə oyun oynamalıdılar ki, daha yaxşı çıxış etsinlər. Şadam ki, Dani qol vurdu. Bu, ona inam verəcək. Formaya qayıtmaq üçün böyük təkan oldu. Ancaq hələ çox işləməlidir, uzun müddətdir futboldan uzaqdır. Dani keçmiş formasına qayıtmaq üçün 4-5 oyun 90 dəqiqə meydanda oynamalıdır. Ümumi duruma baxanda razıyam, ancaq tam razı olduğumu deyə bilmərəm.

- "Çelsi" səfərindən sonra belə oyunlara çıxmaq sizə çətinlik yaratmır ki?

- Əlbəttə, çətindir. Ancaq başqa çarəmiz yoxdur. Biz istəyərdik ki, Premyer Liqada Çempionlar Liqası oyunlarına hazırlaşaq. Ancaq bunu bacara bilmirik. Çünki Premyer Liqada rəqiblərmiz daha çox müdafiəyə otururlar. Çətindir, ancaq çıxış yolumuz yoxdur.

- Oyunlarınızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyinizə səbəb nədir?

- 19 yaşlılardan ibarət komandamız Çempionlar Liqasında “Azərsun Arena”da oynayacaq və buna görə də oyunumuzu bura saldıq. Əsas məqsədimiz meydanı qorumaq idi. Bundan başqa, bu gün Tofiq Bəhramov adına Respublika stadionunun durumu daha idealdır.

- Olimpiya stadionuna uyğunlaşmaq problem yaratmayacaq?

- İndidən bir şey deyə bilmərəm. Orda azarkeş dəstəyi daha çox olacaq. Amma futbolçunun meydançaya uyğunlaşma problemi ola bilər. Oyundan sonra daha dəqiq bir söz demək olar.



Xəbərin oxunma sayı : 214




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap