Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Evdə ac qalırdıq, amma atam hər gün içirdi“ - ər arvadını vəhşicəsinə öldürüb, TƏFƏRRÜAT

Tarix 13.01.17, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


Arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, arvadını qısqandığı üçün stəkanla başına çoxsaylı zərbələr vuraraq öldürüb.

Qətli törətməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını qətlə yetirən M.Piriyev və digər şahidlər ifadə verib. Mərhumun hüquqi nümayəndəsi kimi onun qardaşı Abbasov Elçin tanınıb. 

İlk ifadə verən mərhumun 9-cu sinifdə oxuyan qızı Elnarə Məmmədova (ad və soyad şərtidir) olub. O, anası ilə atası arasında daim dava-dalaşın olduğunu, atasının tez-tez anasını döydüyünü deyib: "Gözümü açandan evdə dava-dalaş olurdu. Məktəbə vaxtlı-vaxtında getməyimə də icazə vermirdi. İşləyirdi, pul alıb biz yemək-içmək gətirirdi. Amma sonra burnumuzdan gətirirdi. Narkotik də istifadə edirdi. Hər gün içki içirdi. Evdə ac qaldığımız günlər də olurdu. Amma hər gün içki içməyə pul tapırdı. Heç nə olmadığı halda bir bəhanə ilə anamı döyürdü. Anamın üstünə dəfələrlə bıçaq çəkirdi. Mən anamı hamıdan çox istəyirdim. Bıçaq götürəndə qabağa keçirdim ki, məni vursun. O, yaxşı gün görməmişdi. Mən oxuyub onun üzünü güldürmək, xoş gün görməsinə nail olmaq istəyirdim. Amma imkan vermədi". 

Atasına "murdar" deyə müraciət edən uşağa hakim xəbərdarlıq edib. E.Məmmədova bildirib ki, atası anasını planlaşdırılmış şəkildə öldürüb: "Bizi rayona apardılar. Həmin vaxt dərslər qurtarmışdı. Anam Bakıda evə idi. Bu adam babama zəng elədi ki, "Cəlaləni öldürmüşəm, özüm də gedirəm, polisə..." Biz inanmadıq. Çox qorxmuşdum".

O, atasının dediyi iddiaya da cavab verib və söyləyib ki, anası heç bir kişi ilə görüşməyib: "Əgər belə bir şey olsa idi, buna imkan verməzdim. Evimizə başqa kişi gəlməyib, yalan danışır. Atamla anam arasında həmişə münaqişə olurdu. Son 3-4 ildə daha da artmişdi". 

Məhkəmədə Müzəffər Piriyevə qızına sual vermək imkanı yaradılıb: "Qızım, mən sizi ac qoymuşam?"

Şahid isə Müzəffər Piriyevin ona "qızım" deyərək müraciə etməsinə etiraz edib.

Hakim Tamella Nəsrullayeva: "Dedi ki, ac qoymayıb. Başqa sual varsa ver. Yoxdusa, əyləş".

Məhkəmədə mərhumun bacısının əri Nicat Süleymanov da ifadə verib. O, Müzəffər Piriyevin qısqanc olduğunu, həm də psixi problemlərinin olduğunu söyləyib: "Qətlə səbəb qısqanclıqdır. Mənə deyirdi ki, gecə evə adamlar gəlir. Amma tuta bilmir. Kondisoneri skoçlamışdı. Deyirdi ki, oradan evə adam gəlir. Amma qaçıb, çata bilmir. Xəstə idi. Deyirdik ki, müalicə olunsun. Amma istəmirdi. Hadisə günü xəbər alıb, gələndə artıq gec idi".

Məhkəmədə elan olunub ki, Müzəffər Piriyev Narkoloji Dispnaserdə qeydiyyatda olub. Amma ekspertizanın rəyinə görə, onun psixi pzuntusu yoxdur. 

Hakim Tamella Nəsrullayeva elan edib ki, məhkəmə istintaqı yekunlaşıb.

Prokuror çıxışında bildirib ki, M.Piriyev arvadını xüsusi amansızləqla qətlə yetirib. Onun sözlərinə görə, M.Piriyev arvadını əvvəlcədən planlaşdırılmış şəkildə öldürüb. Belə ki, böyük övladları olan qızları rayonda olub, digər uşaqları isə siqaret almaq adı ilə evdən çıxarıb, qapını içəridən bağlayıb: "M.Piriyev mərhuma deyib ki, başqa admlarla görüşür, evə başqa kişilər gəlir. Ancaq mərhum bu ittihamları rədd edib. Sonra M.Piriyev Cəlalə Abbasovadan çay istəyib. Çayın soyuq olduğun deyərək, yenə çay gətirməsini istəyib. Cəlalə bu istəyi də yerinə yetirib. Amma çayı onun sifətinə çırpıb, stəkanla onun başına vurmağa başlayıb. Sonra da yumruq zərbələri ilə ona xəsarət yetirib. Cəlalə köməyə adam çağırsa da, M.Piriyev əməlini sona qədər başa çatdırıb və heç nə olmamış kimi evdən gedib".

Dövlət ittihamçısı söyləyib ki, M.Piriyev xüsusi amansızlıqla bu əməli törətdiyinə görə o, ağır cəza almalıdır: "M.Piriyev məhkəmədə mərhumun yaxınlarından üzrxahlıq etmək əvəzinə əməlinə haqq qazandıraraq arvadının kimlərləsə görüşdüyünü deyir. M.Piriyev arvadına başqa adamlardan zəng gəldiyini söyləyir, amma Cəlalənin telefonu olmayıb. Hətta M.Piriyevə zəng gəldiyi halda o, deyir ki, bu zənglər ona arvadına görə gəlib. M.Piriyev heç bir psixi xəstəliyi olmadığı halda bu əməlini törədib". 

Prokuror M.Piriyevin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin iyun ayında baş vermişdi. Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib. 



Xəbərin oxunma sayı : 412




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap