Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Şeymanın sevgilisi milyarder yox, dələduzdur“ - Şok iddia

Tarix 14.06.21, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli milyarder sevgilisi Mohammed Alsaloussi ilə bağlı iddialar ortaya atılıb.

Axşam.az xəbər veriri ki, misirli jurnalist Amer Fouad iş adamı ilə bağlı gözlənilməz iddialar ortaya atıb. O bildirib ki, Mohammed əslində milyarder yox, dələduzdur.

Türkiyənin "Günaydın" qəzeti onunla danışaraq bir çox məqamlara aydınlıq gətirib. Yazıda bildirilib ki, Mohammedin misirli milyarderlər siyahısında adı belə yoxdur. Yalnız ərəb mediasında və Türkiyə KİV-ində onla bağlı az xəbərlər çıxıb.

"Ərəb mediası isə "Məşhur türkiyəli televiziyaçının keçmiş arvadı ilə evlənən misirli" kimi xəbərlər yazıb. Adam Misir üçün bilinməyən biridir. Misirin ən varlı 8 ailəsinin üzvü olması xəbəri yalandır" deyə, yazıda qeyd edilib.

Jurnalist 2017-ci ilə qədər olan bütün varlılar siyahını axtarıb, amma onun adının olmadığını deyib:

"Onsuz da Misirin varlıları siyahısını iki ailə tamamlayır. O da Medonunku deyil. Misirdə bir şeyxin oğlu olduğu yazılıb. Burada şeyx yalnız din adamlarına deyilir. Ərəblər kimi misirli varlılara şeyx deyilmir. Atasının adı da araşdırılıb, amma heç nə tapılmayıb".

Amer deyib ki, illərdir Misirdə yaşayır, amma o adda biznesmen eşitməyib:

"Amerikada yaşadığı deyilir. Amma varlı bir misirli harada yaşayırsa yaşasın, tanınar. Şəkillərdə varlı biri kimi görünür, amma milyarder ola bilməz. Ərəb dünyasındakı milyarderlərin sayı bəllidir, ümumi olaraq 20 nəfərdir. Onların arasında da yoxdular. Misirdə adı hallanan bir iş adamı da deyil.






Xəbərin oxunma sayı : 802




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap