Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Şeyxlə aramızda ciddi problem yoxdur” – Qalib Salahzadə

Tarix 22.09.17, 18:15

Font ölçüsü : - / +
bitmap-img6


“Mütəllibovun dövründə mənə 6 güllə dəyib. Elçibəyin dövründə 7 ay həbsdə yatmışam. İndi deyirlər ki, ölkədən qaçmışam?! Qorxaq adamları sevmirəm. Heç nədən də qorxan adam deyiləm”.

Bunu Modern.az-a açıqlamasında keçmiş deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Qalib Salahzadə son zamanlar mətbuata verdiyi açıqlamalarla bağlı da danışıb.

“Bu günlərdə məni Kəbəyə qonaq çağırıblar. Müəyyən səbəblərə görə gedə bilmirəm. Oğlumun həbs məsələsinə başım qarışıb. Bu aralar çıxıb getsəm, deyəcəklər ki, ölkədən qaçıb. Son hadisələrdən çıxış edərək deyə bilərəm ki, şeyxlə dostluğumuz uzun illərə gedib çıxır. Şeyxlə quda olmazdan öncə, möhkəm dost idik. Ona görə də şeyxlə ciddi problemim yoxdur. Haqqımda ürəkləri istəyəni danışanlar görünür, ya bizim dostluğumuzdan xəbərsizdirlər, ya da bilərəkdən danışırlar. Mənim şeyxlə nə problemim ola bilər ki?! Heç vaxt şeyxlə münasibətim pis olmayıb və olmayacaq da”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Hacı Qalib Salahzadə şeyxin oğlu Məhəmməd Paşazadənin ölkəni tərk etməsi barədə mətbuata açıqlama vermişdi.



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap