|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Əflatun Amaşov:“Medianı tənzimləyən dövlət qurumunun yaradılması yolverilməzdir”
Tarix 06.02.18, 17:48 |
|
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov müsahibə verib
AzFakt.com həmin müsahibəni təqdim edir.
- Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi, bununla bağlı ayrıca qanunun qəbul edilməsi barədə təklifiniz özündə nəyi ehtiva edir?
- Mən sualınıza cavabın daha əsaslandırılmış formada olması üçün bir məqam üzərində dayanmaq istərdim. Yadınızda olar, bir vaxtlar media ilə bağlı çoxsaylı məhkəmə qərarları var idi, kütləvi informasiya vasitələrinə, ayrı-ayrı jurnalistlərə iri məbləğli cərimələr kəsilirdi. Nəyə görə? Səbəblər müxtəlifdir. Əsasən medianın siyasi qütblər arasındakı mübarizədə bir növ, vasitəyə çevrildiyini bildirməliyik. Bu durum ümumən cəmiyyətə də mənfi təsirini göstərirdi. O da yaxşı yadımdadır ki, müxtəlif siyasi düşərgələrə məxsus jurnalistlər eyni məclislərdə iştirak etməyi özlərinə rəva bilmirdilər. Belə hallar çoxdan aradan qalxıb, yeni ənənələr formalaşıb. Bu gün müxtəlif məsələlərə baxış bucağından asılı olmayaraq, Azərbaycan mediası monolit komanda kimi çıxış edir. Bu, ümummilli maraqlar, ölkəmizin imicinin qorunması baxımından son dərəcə vacibdir.
Bugünün Azərbaycan mediası ümumən peşəkardır. Dünyada və ölkədə baş verən hadisə və proseslərə kifayət qədər operativ yanaşır, nəinki ölkəmizin, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir. Bu isə vacib meyardır. Kimsə bu sahəni başdan-ayağa qara rəngdə görürsə, bu onun baxışı yox, çox ciddi problemidir. Təbii, biz mediamızı daha da güclü görmək istəyirik. Nöqsanları və çatışmazlıqları da bunu əldə bayraq edənlərdən yaxşı görürük. Arzu edirik ki, nəhəng media korporasiyaları ilə rəqabətimiz olsun. Medianın iqtisadi cəhətdən özünü maliyyələşdirən struktur kimi təkmilləşməsini, bazar münasibətlərində layiqli yer tutmasını istəyirik. Azərbaycan Mətbuat Şurası da ötən 15 ildə bu yolda addımladı. Media məkanında baş verən proseslərdə aktiv iştirak etdi. İnkişafa öz töhfəsini verdi. Eyni zamanda, Şuranın yerinə yetirdiyi missiya nəticəsində az əvvəl qeyd etdiyim məhkəmə proseslərinin sayı əhəmiyyətli dərəcədə azaldı. Mətbuat Şurasının tədbirləri sayəsində media peşəkarlığı məsələsinə fərqli baxış yarandı. Dövlət qurumları ilə media arasındakı problemlər aradan qalxdı, hər iki qütbün cəmiyyətin rifahı, ölkənin gələcəyi naminə fəaliyyətində ortaq nöqtələr və hədəflər formalaşdı.
Nəhayət, Mətbuat Şurası ölkə başçısı cənab İlham Əliyevin şəxsində dövlətin media siyasətinə dəstək oldu, KİV sahəsində qanunların qəbulunda, onların təkmilləşməsində pay sahibinə çevrildi. Şura bunu ictimai təşkilat olaraq etdi. Mən bunu demişəm, yenə təkrarlayıram, qurum yarananda onun sədrinin otağı birotaqlı evin mətbəxində yerləşirdi. Halbuki yuxarıda qeyd etdiklərimi nəzərə alsaq ki, MŞ-nin çiyinlərinə götürdüyü yük ağır idi. Bu ağırlıq bizim heç zaman üzərimizdən ata bilməyəcəyimiz, daşımağa bir növ məhkum olduğumuz ağırlıqdır. Bu ağırlıq, eyni zamanda, ictimai əhəmiyyət daşıyır, cəmiyyət üçün faydalı və zəruridir. Biz bu faydalı yolu ağırlıqları aradan qaldırmaq əzmimizi artırmaqla getməyi düşünürük. Mətbuat Şurası haqqında qanunun olmasının, onun hazırkı statusunun dəyişdirilməsinin fəlsəfəsi buna söykənir. Bildiyiniz kimi, Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır, 2003-cı ildə medianın özünütənzimləmə orqanı kimi formalaşıb. Özünütənzimləmənin fəlsəfəsi isə dərindir. Avropa və dünya təcrübəsində bunun müxtəlif formaları var. Azərbaycanda da Şura yaradılanda həmin fəlsəfəyə istinad edildi. Qurum mətbuatın dövlətsizləşdirilməsi xəttinə uyğun şəkildə meydana çıxdı. Yəni Şuranı jurnalistlər yaratdı və strukturunu da formalaşdırdı. Bu, çox gözəl ənənədir. Heç bir halda bu prosedurdan kənar dayanmaq olmaz. Çünki jurnalistika cəmiyyətin demokratik institutudur və ali orqan kimi ölkə jurnalistlərinin qurultayı da jurnalistikanın cəmiyyətə demokratiya mesajıdır. Təklifim ilk olaraq özündə bunu ehtiva edir ki, istənilən fərqli hüquqi statusundan asılı olmayaraq, Şura medianın özünütənzimləmə qurumu, seçkili orqan olaraq qalmalıdır. Burada qərarlar kollegial şəkildə qəbul edilməlidir.
Mən nələri düşünürəm? Düşünürəm ki, məsələni zəruri edən səbəblər yetərincədir. Əvvəla, cəmiyyət amilini vurğulamalıyam. Media ilə bağlı şikayətlər qaçılmazdır. Lap hesab edək ki, Azərbaycanın bütün media orqanları tam peşəkar şəkildə fəaliyyət göstərirlər. Şikayət olmayacaqmı? Olacaq. Baxın, Almaniya Mətbuat Şurası il ərzində 1800-2000, İsveç və Norveçdə fəaliyyət göstərən eyni adlı qurumlar 500-600 şikayətə baxır. Böyük Britaniyada isə bu rəqəm 30 minə yaxındır. Azərbaycanda bu baxımdan hazırda nisbətən kiçik göstərici var. Məsələn, 2017-ci ildə Şuraya 374 şikayət olmuşdu ki, bunun da 203-ü şifahi, 171-i yazılı şikayət idi. Ancaq daha əvvəlki illərdə təxminən 500-600, bəzən bir qədər də çox şikayət qeydə alınıb. Sözüm ondadır ki, cəmiyyətin maraqlarının daha ardıcıl şəkildə qorunması vacibdir. Mətbuat Şurası bir institut kimi bu missiyanı yerinə yetirir. Həm medianın, həm də cəmiyyətin maraqlarını balanslı şəkildə təmin edir.
Növbəti məqam medianın özü ilə bağlıdır. Yuxarıda da qeyd etdim ki, Şura yaranmazdan öncə media ilə bağlı məhkəmə proseslərinin sayı həddən artıq çox idi. Bundan jurnalistlər ziyan çəkirdi. Biz bu fikirdəyik ki, media ilə bağlı mübahisələr hər zaman media müstəvisində həllini tapsın, məhkəmələrə daşınmasın. Hüquqi statusunun necə olmasından asılı olmayaraq, Şuranın mahiyyətində bu amil dayanır. Təkcə Azərbaycanın deyil, dünyanın bir çox ölkələrinin təcrübəsi göstərir ki, media cəmiyyətlə daha çox təmasda olduğu üçün bu sahədən narazılıqların mövcudluğu təbiidir. Ancaq bu təbiilik məhkəmələrin yüklənməsinə gətirib çıxara bilər. Əsas olan medianın və media ilə birgə cəmiyyətin də marağının daha səmərəli şəkildə qorunmasıdır.
- Mətbuat Şurası ictimai təşkilat olduğundan “reket jurnalistika” və digər məsələlərlə bağlı bəzən müvafiq addımlar atmağın mümkün olmadığını bildirmisiniz. İctimai təşkilat olan Mətbuat Şurasına qanunla digər ictimai təşkilatlardan fərqli səlahiyyət verilməsi nə dərəcədə mümkündür?
- Bəli, bu məsələ də var. Ancaq gəlin, bir qədər geniş yanaşaq. Mətbuat Şurası mahiyyətcə həm də medianın saflaşmasına çalışan qurumdur. Bir qədər öncə qəzet və sayt bolluğundan danışdıq. Bu, Azərbaycanda media fəaliyyəti üçün yaradılan münbit şəraitin nəticəsidir. Hər kəs qəzet və sayt açıb ona rəhbərlik edə bilər. Ancaq biz bunun mənfi cəhətlərini görürük. Şəraitin münbitliyi heç də hər kəs tərəfindən söz və ifadə azadlığının gerçək mahiyyətinə adekvat şəkildə dəyərləndirilmir. Çoxsaylı sui-istifadə halları var. Bundan ziyanı isə cəmiyyət çəkir. Cəmiyyətlə birgə media da zərər görür. Cəmiyyət-media təması kimlərəsə görə pozulur. Birincinin ikinciyə inamı azalırsa, dövlətə inamında da şübhələr yaranacaq. Bu, zəncirvari prosesdir.
Bəzən olur, müəyyən əks fikirlərlə rastlaşırıq. Deyirlər ki, “reket jurnalistika” adlı bir şey yoxdur, ya reket var, ya jurnalist. Bəli, bu fikirlərlə müəyyən qədər razıyam. Hüquqi baxımdan “reket” sözünün daşıdığı mahiyyət ayrıdır, jurnalist adının daşıdığı mahiyyət ayrı. Əgər kimsə reketçiliyi jurnalistikadan istifadə edərək həyata keçirirsə, demək ki, jurnalist deyil, cinayətkardır. Bu, məsələyə birbaşa baxışdır. Ancaq gəlin, bir az da fərqli rakursdan yanaşaq. Azərbaycanda həyata keçirilən dövlət siyasətində jurnalistika əlahiddə qəbul edilən sahədir. Ona görə ki, bu sahə söz və ifadə azadlığı baxımından strateji əhəmiyyət daşıyır. Hər bir dövlət kimi, Azərbaycan dövləti də çalışır ki, mövcud istiqamətdə bütün yolları rəvan etsin. 1998-ci ildə senzuranın aradan qaldırılması, sonra Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, medianın özünütənzimləmə qurumu kimi Mətbuat Şurasının yaradılması mütərəqqi mahiyyətdən irəli gəlirdi. Bu mahiyyət əsla dəyişə bilməz. Çünki Azərbaycanın bəlli demokratik yolu var. Söz azadlığı bu yoldakı mühüm dəyərlərdən biri və deyərdim ki, başlıcasıdır. Az əvvəl də qeyd etdim, təcrübə göstərdi ki, əlverişli media mühitindən sui-istifadələr var. Belədə idarəçilikdə problemlər yaranır. Bəli, sui-istifadə edən mediadır, yaxud özünü media orqanı kimi təqdim edənlərdir. Əgər Şura olmasaydı, təbii ki, onlar media deyil, birbaşa cinayətkar kimi qəbul ediləcəkdilər və barələrində inzibati tədbir görüləcəkdi. Amma media ilə bağlı məsələləri araşdıran Mətbuat Şurası var və Mətbuat Şurası təkcə ona görə mövcud deyil ki, “reket jurnalistika” ilə məşğul olsun. Az əvvəl qeyd etdim və konkret misallar çəkdim ki, bütün cəmiyyətlərdə mediadan şikayətlər var. Ancaq iş elə gətirib ki, biz həm də sui-istifadələrə qarşı mübarizə aparırıq və bu kimi hallar bütövlükdə cəmiyyətin problemidir. Əlbəttə, bütün problemlərin zaman adlı əlacı da var. Amma biz nəyisə gözləyə bilmərik. Bəli, Mətbuat Şurasının “reket jurnalistika”ya qarşı mübarizəsi ictimaiyyətin məsələyə diqqətini cəlb etmək məqsədi daşıyır. Sualınızda səslənən məqam bir elementdir. Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi yalnız “reket jurnalistika” ilə mübarizə üçün lazım deyil. O ki qaldı ictimai təşkilat olan Mətbuat Şurasının digər ictimai təşkilatlardan fərqlənməsinə, mən məsələni belə qoymazdım. Təklif etmişəm ki, Mətbuat Şurasının hüquqi statusu dəyişdirilsin. Hüquqi status dəyişdirilirsə, qurum missiyasından uzaqlaşmaya da bilər, müstəqilliyini də itirməz. Güman edirəm ki, vurğulanmalı başlıca məqam budur.
- Dünya təcrübəsində Azərbaycan Mətbuat Şurasının hazırkı statusundan üstün statusa malik Mətbuat Şurası varmı?
- Zənnimcə, söhbət üstünlükdə deyil. Əsas olan fəaliyyətin mexanizmindədir. Ümumən onu deyim ki, dünyada ilk Mətbuat Şurası 1916-cı ildə İsveçdə yaranıb. Sonra başqa ölkələrdə oxşar qurumlar formalaşmağa başlayıb. Məsələn, hazırda Danimarkada, Lüksemburqda və Litvada Mətbuat Şuralarının iş prinspi xüsusi qanunlarla tənzimlənir. Avstriyada Mətbuat Şurasının maliyyəsinin yüz faizi dövlət tərəfindən ödənilir. Demək, burada da qanuni mexanizmə söykənmə var. Almaniyada, Finlandiyada və Belçikada şuraların fəaliyyətinin əsas hissəsini dövlət yardımları təşkil edir. Avropadakı mətbuat şuralarının bəzilərinin büdcələri mübahisədə uduzan tərəfin ödədiyi cərimələr hesabına müəyyənləşdirir. Məsələn, İsveçdə Mətbuat Şurasının büdcəsinin 20 faizi mediaya tətbiq edilən cərimələrdəndir. Kanadada mediadan şikayət verən tərəf məsələyə baxma prosedurunun haqqını ödəyir ki, bu da ölkədəki Mətbuat Şurasının büdcəsinin formalaşmasında vasitədir. Yeri gəlmişkən, bir qədər də dünyada medianın özünütənzimləmə orqanlarının büdcə göstəriciləri barədə məlumat verim. Britaniyadakı qurumun büdcəsi 3 milyon avroya yaxındır. Norveçdə bu rəqəm 850 min, Almaniyada 700 min, İsveçdə 600 min avro civarındadır. Bu təbii ki, keyfiyyətə də təsir göstərən kifayət qədər ciddi faktordur. Göründüyü kimi, müxtəlif formalar var. Düşünürəm ki, əsas məsələ cəmiyyət və medianın maraqlarından irəli gələn daha faydalı mexanizmin seçilməsidir.
- Mətbuat Şurası ictimai təşkilat statusunu dəyişməsini təklif edirsinizsə, bu halda Mətbuat Şurası hansı statusda olmalıdır? Bu, o anlama gəlirmi ki, mətbuatın tənzimlənməsi ilə məşğul olacaq, keçmiş Mətbuat və İnformasiya Nazirliyi kimi, dövlət qurumunun yaradılmasını vacib sayırsınız? Ümumiyyətlə, Mətbuat Şurası ilə bərabər KİV-in tənzimlənməsi sahəsində yeni bir dövlət qurumunun yaradılması lazımdırmı?
- Ümumən media sahəsini tənzimləyən hansısa dövlət qurumunun yaradılması əsla yolverilməzdir. Bu, geriyə addım olar. Nə də Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi elə mahiyyət daşımalıdır ki, təşkilat dövlət qurumuna çevrilir. Bəli, Mətbuat Şurasının fövqündə durduğu dəyərlər dövlətimiz üçün də əhəmiyyətlidir. Bu əhəmiyyətliliyə adekvat münasibət olmalıdır. Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi məsələsi diskussiyaya açıq mövzudur. Bəli, mən deputat kimi parlament kürsüsündən məsələni qaldırmışam. Ancaq mövcud istiqamətdə müzakirələr getməli, fikir və rəylər ətraflı öyrənilməlidir. Çünki hər bir halda məsələ həssasdır. Hələ indiki durumda Mətbuat Şurasını az qala dövlət təşkilatı kimi qələmə verib mürtəcelik axtaranlar var. Düşünürəm ki, belələri özlərinin siyasi məqsədləri naminə daha da aktivləşəcəklər. Önəmli olan kimlərinsə nəyisə düşünməsi yox, media ictimaiyyətimizin rəyidir.(APA)
Xəbərin oxunma sayı : 337
Müsahibə
Xəbərlər
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
-
“Traktor” komandasının azarkeşləri yeni şüar təqdim ediblər - VİDEO
-
Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın havası
-
Arıqlamaq üçün istifadə edilən toxumların faydası və zərəri nələrdir? - ARAŞDIRMA
-
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olundu - FOTO
-
Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər-VİDEO
-
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının səbəbi nədir? - AÇIQLAMA
-
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən açıqlama
-
Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Mərkəzi Bank növbəti faiz qərarını açıqlayacaq - Tarix bəlli oldu
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR + VİDEO
-
Bakıda evə neft axır - VİDEO
-
Mənzil alışında yeniliklər - Nələr dəyişəcək?
-
“Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək“ - Vuçiç
-
Qəbiristanlıqlar hasarlanır və zəbt edilir - VİDEO
-
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
-
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə müraciət - VİDEO
-
Pakistanda terror hücumu nəticəsində çinlilər həlak oldular - FOTO
-
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? - VİDEO
-
Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi - VİDEO
-
“Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır” - Azərbaycan XİN
-
Güney Azərbaycanın incisindən yeni görüntülər - VİDEO
TOP 10
ARXİV