Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Əgər o raketləri vursaydıq səhərə sağ çıxmaya bilərdik...” - “Bu səbəbdən Putin soyuqqanlılıq nümayiş etdirib”

Tarix 08.04.17, 3:53

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Bəşər Əsəd rejiminin aviabazasına endirdiyi “Tomoqavk” zərbələrinin ardınca Rusiya Suriya sahillərindəki dəniz qruplaşmasını gücləndirir. 

Virtualaz.org xəbər verir ki, Türkiyə sosial şəbəkələri bu gün Rusiyanın Qara dəniz donammasının “Admiral Qriqoroviç” freqatının Bosfor boğazını keçərək Suriya sahillərinə doğru istiqamət aldığını bildirirlər. Gəmi müasir elektron müharibə sistemləri və “Kalibr” qanadlı raketləri ilə təchiz olunub.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov isə jurnalistlərə bildirib ki, Suriyanın Hava Hücumundan Müdafiə sisteminin gücləndirilməsi üçün “kompleks tədbirlər” görüləcək. Bununla belə Konaşenkov deyib ki, Suriya Rusiya ilə razılaşdırmadan ABŞ-ın zərbələrinə qarşı cavab tədbirləri görməyəcək.



Konaşenkov Suriya səmasının tamamilə Rusiya zenit-raket komplekslərinin (S-300, S-400 “Triumf”, “Tor-1”, “Pantsir” sistemləri) nəzarətində olduğu halda ABŞ raketlərinin niyə vurulmadığını şərh etməyib. Lakin bu məsələ hazırda mətbuatda, ekspert çevrələrində və sosial şəbəkələrdə əsas müzakirə mövzusudur.

raket

Məlumdur ki, Rusiyanın Hmeymin aviabazasında yerləşdirilmiş S-400 zenit-raket kompleksinin radarı “Tomoqavk” zərbələri endirilən əş-Şarayat aviabazasını da əhatə edir. Bundan əlavə Suriya ərazisində S-300 və “Tor-1”, habelə “Pantsir” zenit-raket kompleksləri yerləşdirilib. Onların dəqiq sayını heç kim bilmir. Bununla belə Suriya ərazisində azı 2-3 S-400 yerləşdirildiyi məlumdur, onların hərəsində 4 raket var. Əlbətdə, bu, Əsədin aviabazasına buraxılmış “Tomoqavk”ların hamısını vurmağa kifayət etməzdi.



Rusiyanın hərbi elmlər Akademiyasının müxbir-üzvü Sergey Sudakov “İzvestiya” qəzetinə müsahibəsində deyib ki, Suriyadakı zenit-raket sistemlərinin ABŞ-ın raket zərbələrinə qarşı tətbiq edilməsi nüvə müharibəsinə gətirib çıxara  bilərdi. Bu səbəbdən ali baş komandan Putin soyuqqanlılıq nümayiş etdirib.

“Ən başlıca sual bundan ibarətdir ki, nəyə görə Rusiyanın hava hücumundan müdafiə sistemləri həmin raketləri vurmayıb. Sadəlövhlər hesab edirlər ki, bunu etmək vənəticədə raket hücumunu dəf etmək olardı. Lakin böyük hesabla əgər biz onları vurmağa başlasaydıq səhərə sağ çıxmazdıq. Çünki elə həmin gün nüvə münaqişəsi baş verərdi”-Sudakov deyib.



Digər hərbi ekspert Vladislav Şurıqin də hesab edir ki, əgər Rusiya Amerika raketlərini vursaydı iki dövlət arasında müharibə başlayardı. Üstəlik eksertə görə Suriyadakı Rusiya hava hücumundan müdafiə vasitələri ancaq Rusiya hərbi obyektlərini qoruyur, Rusiya komandanlığına tabedir. “Biz onlarla öz aerodromlarımızı və obyektlərimizi qoruyuruq. Hesab edirəm ki, elə buna görə də həmin raketləri vurmamaq barədə siyasi qərar qəbul edilib. Çünki bu, ABŞ-la Rusiya arasında münaqişəyə gətirib çıxara bilərdi. Əgər Rusiya silahlı qüvvələrinin ali baş komandanı soyuqqanlı davranmasaydı “Tomoqavk”ları vurmaq barədə əmr verilərdi. Bu isə müharibənin başlanması olardı”-ekspert deyib.

Şurıqin xatırladıb ki, İsrail və Türkiyə aviasiyası da vaxtaşırı olaraq Suriyadakı hədəfləri vurur, Rusiyanın havadan müdafiə sistemləri onlara müdaxilə etmir.



Xəbərin oxunma sayı : 7237




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap