Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Əhalinin istiliklə tam təchiz olunmamasından xəbərimiz var” – “Azəristiliktəchizat”

Tarix 16.11.17, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda 2-3 günə bütün qazanxanalar işə salınacaq və əhali istiliklə tam təchiz olunacaq”.

Bunu “Report”a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O qeyd edib ki, noyabrın 15-dən etibarən əhalinin istiliklə təmin olunmasına başlanılıb: “Bütün qazanxanalar mövsümə hazırdır. Qaz təchizatı açıldıqca qazanxanalar qrafiklə qoşulur. 545 qazanxanın hamısı birdən qoşula bilməz, qaz təchizatı da, biz də tənzimləmələr aparmalıyıq. Sahələrdəki işçi qruplarının hamısı gücləndirilmiş iş rejimində işləyirlər. Qoşulmayan qazanxanalardan xəbərimiz var”.
Qurumun sözçüsü bildirib ki, orta məktəblərdə payız tətili olduğu üçün, bəzi məktəblər tətil vaxtı istiliyin verilməməsi üçün onlara müraciət edib: “Çünki içəridə axıntı ola bilər”.
R.Əliyev sözlərinə görə, hələ qazanxanalar qoşulan ərazilərdən quruma heç bir şikayət daxil olmayıb.
O deyib ki, ötən mövsümdən borcu olan abunəçilər var: “Borcu olan vətəndaşlara xəbərdarlıq olunub. 10 gün müddətində borclarını ödəməsələr onların mənzillərinə verilən istilik təchizatı dayandırılacaq”.



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap