Aysundan diqqətçəkən pozlar - Fotolar Dilarə təqdimata tül paltar geyindi - Fotolar Afaq sinəsini böyüdüb, kamera önünə keçdi – Fotolar 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU
Axtar
 
  • / Maqazin / — 21 Fevral 2019

    Aysundan diqqətçəkən pozlar - Fotolar

  • / Maqazin / — 19 Fevral 2019

    Dilarə təqdimata tül paltar geyindi - Fotolar

  • / Maqazin / — 14 Fevral 2019

    Afaq sinəsini böyüdüb, kamera önünə keçdi – Fotolar

  • / Maqazin / — 11 Fevral 2019

    50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU

  • / Maqazin / — 30 Yanvar 2019

    Hülya Avşar gənc qızları qısqandırdı-VİDEO

  • / Maqazin / — 29 Yanvar 2019

    Azərbaycanlı müğənninin hoteldə görüntüləri yayıldı - VİDEO


Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq - Ali Baş Komandan

Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

“Heç kimə heç bir məhdudiyyət yoxdur” – Parlamentin komitə sədrlərindən xalq artistinin deputat olmaq istəyinə şərh

Tarix 15.11.18, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda son günlər xalq artisti Faiq Ağayevin deputatlığa namizdəliyi iddiası cəmiyyətdə incəsənət, şou adamlarının parlamentdə təmsilçiliyini gündəmə gətirib, geniş müzakirələrə səbəb olub.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Report”a açıqlamasında bildirib ki, yaşı 18- i tamam etmiş, qanunvericiliyin tələblərinə uyğun olan hər bir Azərbaycan vətəndaşı, o cümlədən istənilən incəsənət və şou nümayəndəsi deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər: “Son referendumdan sonra bildiyiniz kimi, bu yaş həddi 25-dən 18-ə endirilib. Buna görə də indi daha çox vətəndaşın deputatlığa öz namizədliyini vermək imkanı var. Bu, seçkili orqandır və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir vətəndaş namizədliyini verə bilər”.

Konkret olaraq son vaxtlar xalq artisti Faiq Ağayevin deputatlığa namizədliyini vermə təşəbbüsü ətrafında gedən müzakirələrə toxunan S.Novruzov bildirib ki, Milli Məclisdə xalqın dəstəklədiyi hər bir sənətin nümayəndəsi seçilə bilər: “Axı qanunvericiliyə əsasən, sənətinə görə kiməsə bununla bağlı məhdudiyyət də yoxdur. Bu, xalqın seçimidir. Əgər Faiq Ağayev, həqiqətən də, iddia etdiyi kimi xalqın səsini qazana biləcəksə, buyursun hüququndan istifadə etsin. Bizim xalqın seçimi qarşısında boynumuz qıldır, qıldan da nazikdir”.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Nizami Cəfərov isə “Report”a bildirib ki, sənət adamları Azərbaycan parlamentində həmişə təmsil olunub və buna pis də baxmır: “Amma Milli Məclisdə təmsil olunmanın da öz proseduru var ki, gərək namizəd bundan da keçə bilsin – insanların səsini qazanmaq üçün namizədliyini verə bilsin, seçicilər onu seçsin, namizədliyə qədər isə xalq qarşısında hansısa bir xidməti olsun”

Millət vəkili qeyd edib ki, Faiq Ağayevin sənətçi olduğu üçün müəyyən qədər üstünlüyü ola bilər: “Yəni sənətçiləri başqa sahələrin adamlarına nisbətən xalq daha çox tanıyır. Ümumilikdə, seçki qanunvericiliynə görə, sənətinə görə heç kimə heç bir məhdudiyyət yoxdur, Milli Məclisə seçkilərdə 18 yaşını tamam edibsə, iştirak edə bilər. Hər şey də seçkinin nəticələrindən asılıdr. Çünki onu xalq seçir”.



Xəbərin oxunma sayı : 151

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda