Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Şimal axını 2” qaz kəmərinin tikintisi təhlükə altında - Putin Avropanın qərarına necə cavab verəcək?

Tarix 13.12.18, 23:32

Font ölçüsü : - / +
bitmap-img6


"Bu qətnamə Rusiyaya qarşı sanksiya müharibəsinin tərkib hissəsidir".

Bunu Axar.az-a Avropa Parlamentinin "Şimal axını 2” qaz kəmərinin tikintisini qınayan qətnaməsini şərh edən politoloq İlqar Vəlizadə deyib.

"Qətnamədə bu layihənin Avropa enerji təhlükəsizliyinə təhdid yaratdığının vurğulanması isə Rusiyaya əsl zərbədir. Belə vəziyyətdə Moskva alternativ marşrutlar axtarışına çıxmaq məcburiyyətində qalacaq. Hətta Rusiya bu yaxınlarda Minskə yeni qaz kəmərinin Belarusun ərazisindən keçməsini təklif edib. Ancaq Polşa ilə olan problemlər layihənin yaxın vaxtlarda reallaşmasına müəyyən əngəllər törədir”, - ekspert bildirib.

Politoloq qətnamənin "Şimal axını 2” qaz kəmərinin taleyini ciddi sual altında qoyduğunu deyib:

"Almaniya da "Şimal axını 2”-dən imtina etməyə hazırlaşır, çünki başqa çıxış yolu qalmayıb. Əks halda Berlin Avropa İttifaqının sanksiyalarına məruz qalacaq. Ancaq paralel olaraq layihədən imtina da Almaniyanın müəyyən iqtisadi çətinliklərlə üzləşməsinə səbəb ola bilər. Bu layihə Almaniyanın enerji bazarı üçün çox vacibdir. Bildiyiniz kimi, Almaniya daş kömürdən imtina etməyi və bunu qazla əvəz etməyi qarşısına məqsəd qoyub. "Şimal axını 2”-dən imtina isə Almaniyaya bu planları reallaşdırmaqda çətinlik yaradacaq. Nəticədə Almaniya alternativ enerji mənbələri axtarmağa məcbur olacaq. Təbii ki, bu da müəyyən vaxt tələb edən məsələdir”.

ABŞ-ın mümkün addımlarına gəlincə, ekspert Trampın bütün hallarda sözügedən qətnaməni dəstəkləyəcəyini düşünür:

"ABŞ-dan Avropaya verilən maye qazın qiyməti bahadır və nəqliyyatla bağlı problemlər var. Bu baxımdan da ABŞ-ın təklif etdiyi maye qazın hazırda iqtisadi cəhətdən Almaniya üçün əlverişli olacağını düşünmürəm. Bütün hallarda Almaniya çətin vəziyyətə düşəcək. Layihənin digər iştirakçıları isə çox güman ki, öz tələblərini davam etdirəcəklər”.

Qeyd edək ki, bu gün Avropa Parlamenti "Şimal axını 2” qaz kəmərininin tikintisini qınayan qətnamə qəbul edib. Lehinə 433 deputat, əleyhinə isə 105 deputatın səs verdiyi qətnamədə layihənin Avropa enerji təhlükəsizliyinə təhdid yaratdığı vurğulanır.

Xatırladaq ki, ötən gün Almaniya parlamentinin Xarici Siyasət Komitəsinin sədri Norbert Ryotgen hökuməti "Şimal axını 2” ilə bağlı təcili münasibətini dəyişməyə çağırıb.



Xəbərin oxunma sayı : 139




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap