Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Şimal kəməri” ilə nəql edilən neftin həcmi nə qədərdir? - SOCAR

Tarix 02.04.21, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk neft kəməri ilə 169,45 min ton neft ixrac edib.

AzFakt.com-un Report.az-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Federal Dövlət Büdcəsi İdarəsinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin əməliyyat məlumatlarında qeyd edilir.

Məlumatda qeyd edilir ki, 2021-ci ilin birinci rübündə “Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına neftin tranzit həcmləri 169,45 min ton təşkil edib. Mart ayında bu marşrut üzrə neftin ixracı 169,3 min ton təşkil edib.

Qeyd edilir ki, 2020-ci ilin birinci rübündə nəqletmənin həcmi 29,55 min ton olub ki, bu da ixrac həcminin illik müqayisədə 5,7 dəfə artması deməkdir.

Bu ilin yanvar ayında Azərbaycandan Novorossiysk istiqamətindən xam neftin ixracı həyata keçirilməyib. Buna səbəb SOCAR-ın bütün həcmləri Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql etməsi olub. SOCAR “şimal kəməri” ilə neftin ixracını bu ilin fevralın 15-də bərpa edib.

Xatırladaq ki, SOCAR və “Transneft” şirkəti Bakı-Novorossisysk boru kəməri ilə 2021-ci il ərzində 1 milyon ton neftin nəql ediləcəyi ilə bağlı müqavilə imzalayıblar. 2020-ci ildə SOCAR bu kəmər ilə ümumilikdə 613,29 min ton neft nəql edib.



Xəbərin oxunma sayı : 694




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap