Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Şirak vilayətindən 150 nəfər əsir” - Yeni erməni əsirlərinin yaxınları yolu bağlayıbılar

Tarix 16.12.20, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda ötən gün Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyü bildirilən yüzlərlə erməni hərbçisinin yaxınları etiraz aksiyası keçiriblər.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbauatınad Şirak vilayətinin sakinlərinin İrəvana və Gürcüstan sərhədinə gedən əsas yolları bağladığına dair məumat və videolar yayılıb.

“Sputnik Armenia”nın yaydığı məlumatda isə deyilir ki, Şirak vilayətinin sakinləri əsir düşənlərin əksəriyyətinin bu vilayətin Xorom, Lancik və Azatan kəndlərindən gedən könüllülər olduğunu bildiriblər: “Bizim vilayətdən 150 nəfər Xtsaberd istiqamətində(Çaylaqqala-red.) əsir düşüb. Onlar dörd gün mühasirədə qalıblar. Onları unudublar və indi isə onlar əsir götürülüblər.”



“Sputnik Armenia”nın digər bir məlumatında isə deyilir ki, onlarla erməni hərbçisi Şuşanın Qaladərəsi kəndi istiqamətində əsir düşüb: “Bir qrup erməni silahlısı bir neçə gündür ordunun əsas hissəsindən ayrı düşüb. Onların bir hissəsi artıq əsir götürülüb.”

Sayt həmin silahlıların “Şuşanın Xin Şen kəndində” mühasirəyə düşdüyünü və əsir götürüldüklərini yazır. Ermənistanın Şirak rayonunun sakini Ruzanna Tamasyan isə sayta açıqlamasında deyib ki, yayılan videogörüntülərdəki dəstədə 1992-ci il təvəllüdlü kürəkənini və onun 3 dostunu tanıyıb.

Etirazçılar ordu və hökumət rəhbərliyini ittiham edərək, onlardan əsir düşmüş yaxınlarının qaytarılmasını tələb ediblər.

Bu fakt Ermənistan rəhbərliyinin öhdəliyini yerinə yetirmədiyini, ordusunu Azərbaycan ərazilərindən geri çəkmədiyini göstərir. Ancaq unudur ki, Azərbaycan torpaqlarındakı hər erməni silahlısını ya ölmək, ya da əsir düşmək gözləyir. 



Xəbərin oxunma sayı : 1369




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap