![]() |
|














“Çirkli pullar” ittihamı və mandatı... - Londonda məhkəməsi gedən Feyziyev Azərbaycanda müəssisə alır!...
Tarix 06.12.21, 10:16 |
|

Bir neçə gün əvvəl “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün” ASC-nin 85 faizlik səhm paketinin “Tabaterra Leaf” QSC adlı şirkət tərəfindən 17 milyon 281 min 464 min manata alındığı barədə məlumat yayıldı. Ardınca məlum oldu ki, müəssisəni alan Elman Cavanşir adlı şəxsdir ki, o da Milli Məclisin oliqarx üzvlərindən olan Cavanşir Feyziyevin qardaşı oğludur. Bu o deməkdir ki, reallıqda şirkəti C.Feyziyev alıb.
O Feyziyev ki, cəmi bir ay əvvəl barəsində Böyük Britaniya Məhkəməsində “çirkli pulların yuyulması”yla bağlı iddia qaldırılıb. İngiltərə hüquq-mühafizə orqanları isə onun ailə üzvlərinin hesablarındakı 20.5 milyon dollara həbs qoyub. Yeri gəlmişkən, bu məbləğə “Azərtütün”ü rəsmən alan Elman Cavanşirin hesabındakı təxminən 1 milyon funt sterlinq də daxildir.
İttiham tərəfi bildirir ki, Feyziyev Azərbaycandakı iri əczaçılıq şirkəti “Avromed”in həmtəsisçisidir, bu şirkət müsadirə prosesinə aid deyil, amma o, “çirkli pullar”ın Londona daşınmasında mərkəzi fiqur olub. Çünki müsadirəsi nəzərdə tutulan pullar onun nəzarətindəki bank hesablarından göndərilib. Həmin pullar deputatın Latviyadakı ABLV bankdakı hesabından daxil olub, öz növbəsində həmin bankda “Avromed” şirkətinin hesabı olub və ora 34.5 milyon dollar köçürülüb. “Avromed” şirkətinin hesabına “Hilux” və “Polux” adlı iki offşor şirkətdən cəmi 36 milyon dollar daxil olub, amma həmin pulların tranzaksiyasına dair təqdim edilən sənədlər saxtadır. Lakin bütün bu ittihamlara və faktlara, həmçinin İngiltərə məhkəməsində barələrində qalmaqallı korrupsiya araşdırması davam etməsinə baxmayaraq, sanki heç nə olmamış kimi Azərbaycanda bu adamlara kifayət qədər ciddi əhəmiyyətə və dəyərə malik müəssisə verilir...

Doğrudur, bizim parlament ailə üzvlərinin adına Rusiyada striptiz-klub işlədən Oqtay Əsədov kimi spiker, siqaret monopolisti olmuş Rüfət Quliyev, mandatını girov qoyub borc götürən və tikinti sektoruna girişən Rafael Cəbrayılov və digər çoxlu sayda bu kimi biznemen-deputatlar görüb və görməkdədir. Lakin onların adı xarici ölkə məhkəmələrində iri məbləğdə korrupsiya, maliyyə cinayətlərində, beynəlxalq fırıldaqçılıqda, “çirkli pulların yuyulmasında” hallanmayıb. Yəni “qəhrəmanlıqları” ölkə hüdudlarını aşmayıb. C.Feyziyev isə onların hamısını geridə qoyaraq, Azərbaycanın, Azərbaycan parlamentinin adını İngiltərə məhkəmələrinin divarları arasında heç də xoş olmayan akustikada sələndirməyə nail olub...
Yaxşı, bütün bunların qarşılığında ölkənin hüquq-mühafizə, məhkəmə, vergi orqanlarının, həmçinin parlamentin özünün bu deputatla bağlı susqunluğunu nəylə izah etmək olar? Niyə Azərbaycanın qanunverici orqanının təmsilçisinin adı belə çirkli işlərdə keçməlidir - bunu ondan soruşan olubmu?
Burada Milli Məclisin də mövqeyi əhəmiyyətlidir. Belə ki, deputatlar bu ilin yayında polisə şillə vuran Eldəniz Səlimovun məsələsini dərhal müzakirəyə çıxarmışdılar. Ardınca bu deputatın toxunulmazlığını götürdülər, onu hər cür qınağa, tənqidə məruz qoydular və nəticədə məhbəsə gedən yolunda yaşıl işıq yandırdılar. Hansı ki, həmin deputatın xuliqanlıq əməlilə müqayisədə Cavanşir Feyziyev barədə Londonda başlanan araşdırma və ortaya qoyulan faktlar daha heyrətamiz və Azərbaycanın imici, dövlətçiliyi, eləcə də parlamentin özünün nüfuzu adına qat-qat daha zərərli və təhlükəlidir.
C.Feyziyev həm də Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. O ölkə ki, onunla əlaqələr Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Bəs, belə reputasiyalı deputatın hansısa xarici ölkədə, beynəlxalq təşkilatın tribunasında Azərbaycanı təmsil edəcək siyasi, mənəvi haqqı olacaqmı? Onun dilindən səslənən Azərbaycan həqiqəti və ümumilikdə ölkəmizin mövqeyi nə dərəcədə ciddi və inandırıcı görünəcək?

Dünyanın əksər ölkələrində biznesmenlər deputat olmağa, parlamentə düşməyə, siyasətə qatılmağa can atırlar və buna normal baxılır. Lakin o şərtlə ki, sözügedən şəxslərin biznesləri şəffaf, özləri isə korrupsiyadan və digər kriminal məsələlərdən uzaq olsunlar. Ən azından bu şərtlər təmin olunduğu təqdirdə hansısa biznesmenin deputat olmasına heç bir maneə yoxdur, əksinə, bundan həm dövlət, həm bütövlükdə cəmiyyət, həm də onun seçiciləri qazanmış olur.
Ancaq təəssüf ki, Azərbaycanda bu şəffaf şərtlər altında parlamentə düşən deputat yoxdur. Biznesmen-deputatların sayəsində Milli Məclis az qala “iş adamları dərnəyinə” çevrilsə də, bu adamların demək olar ki, hamısının biznesi "çirklidir". Eyni zamanda, qanunvericilik buna imkan verməsə də, reallıqda öz bizneslərini qohum-əqrəbalarının adlarına rəsmiləşdirib, yenə özləri idarə etməkdədirlər. Bəziləri heç zəhmət çəkib bunu da etmirlər, yəni deputat ola-ola biznesləri öz adlarında qalır. Bəs, görəsən, nə vaxta qədər parlament və deputat mandatı kimlərinsə çirkli biznesləri üçün “krışa” rolu oynayacaq?... (AzPolitika.info)
Xəbərin oxunma sayı : 1261
Gündəm
Xəbərlər
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
TOP 10
ARXİV