Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“İjevskdə 88 saylı məktəbə hücum terror aktıdır” - Kreml

Tarix 26.09.22, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


“İjevskdə 88 saylı məktəbə hücum terror aktıdır”.

Bunu RF prezidentin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bəyan edib.

Onun sözlərinə görə, hücumu, ehtimal ki, neofaşist təşkilat və ya qrupa mənsub olan şəxs həyata keçirib.

“Prezident Vladimir Putin terror aktının baş verdiyi məktəbdə insanların və uşaqların həlak olması ilə bağlı dərin kədər hissi keçirir”, - deyə o əlavə edib.

Peskovun sözlərinə görə, prezident insidentlə bağlı Udmurtiyanın rəhbəri Aleksandr Breçalov başda olmaqla bir sıra nümayəndələrlə telefonla müzakirələr aparıb.

Xatırladaq ki, sentyabrın 26-da günorta saatlarında silahlı şəxs İjevskdə məktəbə girərək atəş açıb.

İstintaq Komitəsinin məlumatına görə, onun paltarında neonasist simvolları olub. Terror aktı nəticəsində yeddisi məktəbli olmaqla 13 nəfər həlak olub, 21 nəfər (14 uşaq) yaralanıb.

Terrorçu intihar edib. İstintaq Komitəsinin məlumatına görə, o, bu məktəbin keçmiş məzunu, 1988-ci il təvəllüdlü Artyom Kazantsevdir.





Xəbərin oxunma sayı : 694




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap