Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

«Kəs səsini, sözünü geri götür…» – Tələbə qızın cəsarətli çıxışı rektoru özündən çıxartdı (VİDEO)

Tarix 28.05.17, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi ilə rektor Əfqan Abdullayev arasında gərginlik yaşanıb


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevlə 4-cü kurs tələbələri arasında narazılıq səngimək bilmir. Buna səbəb, yeni rektorun bundan öncə ləğv edilən dövlət imtahanını universitetdə bərpa etməsidir.

Ötən gün rektorla tələbələrin görüşü zamanı da mövcud problem yenidən gündəmə gəlib və tələbələrlə rektor arasında narazılıq yaşanıb.

Azxeber.com saytı rektorun tələbələrlə görüşündən çəkilmiş videokadrları yayıb. Qapalı keçirilən görüşdə yuxarı kurs tələbəsi olan qız rektora ləğv edilən dövlət imtahanının yenidən hansı səbəblə keçirilməsini soruşub. Tələbənin sualına isə rektor sərt şəkildə cavab verərək ondan danışığına fikir verməsinə tələb edib. Tələbə bu iraddan sonra yenidən sualına davam edərək 8 fəndən onlara verilən sual sayının olduqca çox olduğunu və bunun nə dərəcədə doğru olduğunu soruşub. Tələbənin cəsarətli çıxışı rektoru yenidən özündən çıxardıb və o suala cavab verməkdən yayınıb. Cavabında tələbə isə rektora “siz bizimlə çox kobud davranırsınız” deyib. Bu ifadə zaldakı digər tələbələr tərəfindən də alqışla qarşılanıb.

Qeyd edək ki, deputat Səməd Seyidovdan sonra rektor təyin olunan Əfqan Abdullayev sələfinin ləğv etdiyi bir çox qərarları yenidən işlək vəziyyətə salıb. Belə ki, universitetdə illərdir ləğv edilən dövlət imtahanı yenidən keçirilməyə başlanılıb. Bu isə bundan öncə universitetdə baş alıb gedən korrupsiya faktlarının yenidən genişlənməsinə şərait yarada bilər.

Həmin görüntüləri təqdim edirik:







Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap