Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Əl-Bəşiri və bütün hökumət üzvlərini həbs etdik…” - Müdafiə naziri

Tarix 11.04.19, 21:57

Font ölçüsü : - / +
bitmap-img6


Sudanda üç aydan çoxdur davam edən kütləvi etirazların nəticəsi olaraq bu gün baş vermiş hərbi çevrilişdən sonra müdafiə naziri televiziya ilə xalqa müraciət edib.

 Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, general-leytenant Avad ben Auf hakimiyyətin iki illiyə hərbçilərə keçdiyini, parlamentin, hökumətin və regional hakimiyyət orqanlarının buraxıldığını bildirib.

Sudan dövlət televiziyasının birbaşa efirində çıxış edən müdafiə naziri deyib ki, rejim ölkənin problemlərini həll edə bilmirdi. Ona görə qərar qəbul olundu ki, ölkəni iki illiyə idarə etmək üçün Hərbi Şura yaradılsın. “Bu müddət ərzində ölkəyə silahlı qüvvələr rəhbərlik edəcək”-o bildirib.

General deyib ki, prezident Ömər əl-Bəşir bütün postlarından istefa verib və hazırda ordunun nəzarətindədir. Çevrilişlə bağlı ölkədə 3 aylıq hərbi vəziyyət elan olunub, ölkənin hava sahəsi 24 saatlığa bağlanıb.

“Hökumətlə anlaşma yollarını çox sınaqdan keçirdik, alınmadı. Daha sonra xalqın dəstəyi və əksəriyyətin istəyi ilə ölkədə yaranmış vəziyyətə müdaxilə etdik. Ömər əl-Bəşiri həbs etdik və ölkədə 2 illik keçid dövrü başladı. Onun hökumətinin bütün üzvləri də həbsdədir”-general deyib.

Müdafiə naziri ölkədəki bütün silahlı birləşmələri ordunun tərkibinə qatılmağa çağırıb, bildirib ki, əks halda onlar tərksilah ediləcəklər. Söhbət əl-Bəşirə və Sudanın hakim partiyasına bağlı “kölgə batalyonlarından” gedir.



Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap