Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Əlövsət Əliyevlə bağlı müdafiə tədbirləri hazırlanır” – Sabir Rüstəmxanlı qardaşının saxlanmasından danışdı

Tarix 21.11.19, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 13-də Almaniyada saxlanılan “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə bağlı bir sıra müdafiə tədbirləri hazırlanır.

Bu barədə Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı danışıb.

O deyib ki, vəkili Erix Althammer Əlövsət Əliyevlə görüşüb:

“Vəkilin sözlərinə görə, siyasi mühacir qalmaqalının Əlövsət Əliyevə hər hansı şəkildə aidiyyəti yoxdur. Əlövsət Əliyevlə bağlı polis orqanlarına təqdim edilən məlumatlar da düzgün tərcümə olunmayıb. İndi vəkil məlumatları tərcümə etdikdən sonra apellyasiya şikayəti verməyə hazırlaşır. Hələlik, Əlövsət Əliyevlə bağlı hər hansı ittiham irəli sürülməyib, saxlanılır və araşdırma gedir”.

Sabir Rüstəmxanlının sözlərinə görə, qardaşı ilə bağlı siyasi mühacir qalmaqalında adı çəkilən şəxslərdən biri şikayət edib: “Məqsəd bu olub ki, “siyasi mühacir” qalmaqalına dəstək versin. Əlövsət bundan imtina etdikdən sonra şikayət olunub və Berlinə gedərkən həmin şikayət əsasında saxlanılıb.”

Almaniyada Azərbaycandan insanların qanunsuz miqrasiyası ilə bağlı cinayət işi başlanılıb.

Şpigel jurnalının məlumatında deyilir ki, alman polisi çoxsaylı obyektlərdə axtarışlar aparıb və Azərbaycan vətəndaşları saxlanılıb.

Müşahidəçilərin fikrincə, Almaniyadakı mütəşəkkil qrup Azərbaycandakı bəzi müxalif siyasi partiyaların və polisin adından saxta sənədlər tərtib edərək, pul müqabilində miqrantlara verib.

Bir il əvvəl miqrantlara verilən saxta sənədlərlə bağlı Azərbaycanda da bir sıra partiya funksionerləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Problem bu gün də aktual olaraq qalır və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. (amerikaninsesi.org)



Xəbərin oxunma sayı : 1996




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap