Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“İlham Əliyevin alternativi yoxdur” – AMİP-in sabiq sədri

Tarix 16.04.18, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatı qərəzlidir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri, politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, ATƏT-in müşahidə missiyası heç bir əsas olmadan prezident seçkilərinin legitimliyini şübhə altına alır: “Onda sual yaranır ki, namizədlərin qeydə alınması mərhələsində ATƏT belə bəyanatla niyə çıxış etməyib? Bu büro 2003-cü il, 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində də müşahidəçi qismində çıxış edib və pozitiv bəyanat yayıb. İndi də həmin siyasi partiya və İlham Əliyev hakimiyyətdədir. İndi nə dəyişib?

Əksinə, ötən dövr ərzində cənab İlham Əliyevin apardığı siyasətə görə nüfuzu həm xalq, həm də beynəlxalq ictimaiyyət arasında xeyli artıb. Belə olan halda ATƏT-in müşahidə missiyasının məhz indi belə bəyanat yayması doğrudan da absurddur. Bu onu göstərir ki, bəyanatı qərəzlidir”.

Y. Bağırzadə deyib ki, hazırda Azərbaycanda bütün sahələrin, əsasən də qeyri-neft sektorunun inkişafı İlham Əliyevin adı ilə bağlıdır: “Azərbaycanın beynəlxalq imici yüksəlib, TAP, TANAP, Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi nəhəng layihələr həyata keçirilir. Bunlar hamısı İlham Əliyevin uğurlarıdır. Bu baxımdan hesab edirəm ki, siyasi səhnədə İlham Əliyevin alternativi yoxdur və o, xalq tərəfindən dəstəklənir”.



Xəbərin oxunma sayı : 460




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap