Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Əli İnsanov əfv oluna bilər” –Hüquq müdafiəçisi keçmiş nazirin azadlığa çıxacağına inanır

Tarix 20.02.19, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


“Bizim Avropa İttifaqı və Şurasının nümayəndələri ilə görüşlərimiz olur. Görüşlərdə Azərbaycanda atılan addımları müsbət dəyərləndirirlər. Siyasi məhbusların içərisində Əli İnsanov da var. Biz siyasi məhbus problemini tam aradan qaldırsaq, müsbətə doğru çox şeylərə nail ola bilərik. Əli İnsanovun azadlığa çıxmasını çox istəyirəm. O, Heydər Əliyevin ən yaxın dostlarından olub. Heydər Əliyevin yanında çox böyük xidmətləri olub. Əli İnsanov daxil, bütün siyasilər azad edilsə, hamının yanında başı uca gəzərik, sözümü tam şəkildə deyə bilərik. Aparılan islahatlarla bərabər bütün siyasi məhbuslar da   azad olunsa, əmin olun ki, hər kəs Azərbaycana həsəd aparacaq. Əli İnsanov yaşlı adamdır.  14 il həbsdə olduğu müddət ərzində bir dəfə də onun nəyəsə irad tutduğunun şahidi olmamışıq. Bu insanın akademik olmağı, həbsxanada özünü ləyaqətlə aparmağı azad olunmasına əsas verir. Çox ümid edirik ki, sabiq nazir bu dəfə azad olunacaq”.

AzFakt.com xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O sabiq nazirin əfv ərizəsi yazmamasının hansı nəticələr verə biləcəyinə də toxundu:  “Biz bütün siyasilərin adından əfv üçün məktub yazırıq. Prezidentdən xahiş edirik ki, filankəslər azad olunsun. Bu baxımdan Əli İnsanov əfv yazmasa belə, onun adından onsuz da əfv müraciətləri edilib. Hesab edirəm ki, yaşına, işinə baxılıb, Əli İnsanov əfv oluna bilər”.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 2007-ci ilin aprel ayında məhkəmə sabiq nazirin əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunması haqda hökm çıxarıb. Məhkəməsində Ə.İnsanov irəli sürülən ittihamlarla razılaşmadığını, onların heç birini qəbul etmədiyini bəyan edib. 2013-cü ilin martında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun işi üzrə qərarı açıqlayıb. Məhkəmə İnsanovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ) hüquqlarının pozulduğunu təsdiq edib və ona 10 min avro təzminat ödənilməsi barədə qərar çıxarıb.  Lakin Avropa Məhkəməsinin qərarı keçmiş nazirin azad edilməsi üçün yetərli olmayıb.
Belə ki, 2016-cı il avqustun 24-də Qaradağ Rayon Prokurorluğu Ə.İnsanova Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə ) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə yeni ittiham elan edilib. Həmin gün sabiq nazir təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
2017-ci il aprelin 26-da hakim Rəşad Mustafayevin sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində bu ittihamlar üzrə proses yekunlaşıb. Əli İnsanov növbəti dəfə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, 2005-ci ildə həbsə alınmış sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Ə.İnsanov ittihamları qəbul etmir, bunu siyasi sifariş sayır. O, tibb elmləri doktorudur, 1993-2005-ci illərdə səhiyyə naziri postunu tutub.



Xəbərin oxunma sayı : 514




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap