Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“İlin dörd fəsli” MMC-də 100 minlik mənimsəmə - Şikayət

Tarix 10.01.17, 18:02

Font ölçüsü : - / +
bitmap-img6


Sakinlərdən Baba Rzayevə şok dosye.

“Yeni Bakı” yaşayış kompleksinin sakinləri Politika.Az vasitəsi ilə “Azərişıq” ASC-nin sədri Baba Rzayevə müraciət ediblər.Onların sözlərinə görə, “İlin dörd fəsli” MMC-nin Masazır qəsəbəsində inşa etdiyi “Yeni Bakı” yaşayış kompleksində yaşayırlar. Şikayətçilər bildirirlər ki, üstündən 5 ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də “Azərişıq” onları abonent kimi tanımır: “Bizə abonent kodu vermir. Bununla bağlı müraciətlərimizə isə rəhbərlik etdiyiniz qurum tərəfindən “biz o kompleksdə abonent kimi İDF MMC-ni tanıyırıq” məzmununda cavablar alırıq. Biz də məcburiyyət qarşısında işıq pulunu ya şirkətin kompleksdə təsis etdiyi komendantlığa (bu komendantlıq özü də qeyri-qanuni fəaliyyət göstərir), ya da İDF MMC-nin bank hesabına ödəyirik. 

Xüsusilə də komendantlıq ödədiyimiz pulun müqabilində bizə rəsmi qəbz təqdim etmir. Halbuki biz Azərbaycan vətəndaşı olaraq tam şəffaf və qanuni ödənişlərin tərəfdarıyıq”. Payçılar Politika.Az-a qeyd edib ki, son bir həftədə aşkar etdiyimiz fakt bizim narahatlığımızı bir qədər də artırıb: “Müəyyən etmişik ki, İDF MMC-nin (abonent kodu 31000120768) “Azərişıq”a 100 min manatdan çox borcu var (106,178.15 – 26 dekabr, 2016-cı il tarixinə). Bizim İDF MMC-yə elektrik enerjisi sərfiyyatına görə borcumuz olmadığı halda, MMC-nin “Azərişıq”a külli miqdarda borcunun olması bizi ciddi şəkildə narahat edir: həm borca görə işıqlar kəsilə bilər, həm də gələcəkdə İDF MMC borcu ödəməkdən imtina etsə, bu borc sakinlərin adına yazıla bilər. 

Hörmətli Baba müəllim, həm borc problemini diqqətdə saxlamağınızı, həm də sakinlərin fərdi qaydada abonent kodu ilə təmin edilməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirik”.



Xəbərin oxunma sayı : 364




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap