|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Əlisa Nicata dahi deyirlərsə, Əkrəm Əylislini böyük yazıçı saymamaq insafsızlıqdır” - Anar
Tarix 16.01.23, 16:18 |
|
“Qurultayda nəyin nəticəsini görmək istəyirdilər? Masaya şampan şərabı, ya kürü qoymalıydıq?”
Bu sözləri Kulis.az-a Xalq yazıçısı Anar müsahibəni zamanı deyib.
Müsahibəni təqdim edirik:
- Anar müəllim, 2020-ci ilin yayında sizinlə telefonla danışan zaman bir neçə ssenarinizin olduğunu, ancaq bu ssenarilərə film çəkmək üçün lazımi vəsaitin ayrılmadığını demişdiniz. Bu yaxınlarda yenə həmin məsələyə toxundunuz. Halbuki Azərbaycan kinosunda sizin kifayət qədər əməyiniz var. Niyə ssenariləriniz kağız üzərində qalır?
- Çox sağ olun ki, siz bu sualı verirsiniz. Mən bunu dönə-dönə deyirəm ki, bəlkə bir eşidən oldu. On ildir mənim bir ssenarimə film çəkilmir. Halbuki, bu on ildə üç ssenari yazmışam.
Dədə Qorqud heykəlinin açılışı zamanı çıxış etdim. Cənab Prezident də orada iştirak edirdi. Çıxışım zamanı dedim ki, yaxşı olardı, biz Dədə Qorqud haqqında serial çəkək. Bilirsiniz ki, mənim ssenarim əsasında “Dədə Qorqud” filmi çəkilib. Amma serial da çəkilsə, yaxşı olar. “Dədə Qorqud” dastanında on iki boy var. Hər boya bir seriya həsr etmək olar. Təklif verdim ki, serialı Qazaxıstan və Türkmənistanla birgə çəkmək olar. Cənab Prezident də sonda çıxış edəndə mənim təklifimə münasibət bildirdi, dedi ki, yaxşı təklifdir, amma niyə Qazaxıstan, Türkmənistanla çəkək? Elə özümüz çəkərik. Bu barədə Prezident Sərəncam verdi. Bu Sərəncam qəzetdə də dərc olunub. Təklif mənim tərəfimdən olduğu üçün sifariş də mənə verildi. Mən də serialın ssenarisini yazdım, Mədəniyyət Nazirliyinə də göndərdim, orada da bəyəndilər. Bundan başqa bilirsiniz ki, Mirzə Fətəli Axundov, Mirzə Cəlil, Hüseyn Cavid və Üzeyir Hacıbəyov haqqında filmlərim var. Klassiklərə aid beşinci filmin “Azad bir quşdum” adlı ssenarini isə Cəfər Cabbarlı haqqında yazdım. Onu da Mədəniyyət Nazirliyi qəbul etdi, ancaq hələ də film çəkilmir.
- Nazirlik sizin ssenarilərinizi nə zaman qəbul edib?
- Serialın ssenarisini ən azı beş il bundan əvvəl, filmi isə üç il bundan əvvəl.
- Səbəb kimi nəyi göstərirlər?
- Deyirlər ki, pul yoxdur. Qarabağdan film çəkirlər. Bir də mənim azərbaycanlı yazıçı, fransız dilində əsərlər yazan Banin haqqında, onun Nobel mükafatı laureatı Buninlə olan münasibətlərindən bəhs edən bir ssenarim var. “Azərbaycan” jurnalında da çıxıb. Bu ssenariyə film çəkilsə, bizim üçün də, dünya üçün də maraqlı olardı. Ona da pul tapılmır. Mən demirəm, bunların hamısını dövlət etməlidir. Dövlətin indi xərcləri çoxdur. Amma bizim varlı, imkanlı adamlarımız var. Onlar bu ssenarilərə pul ayırsalar, heç olmasa, üç ssenarimdən ikisinə film çəkilər. Mənim də ömrüm nə qədər çatsa, çox istərdim ki, bu filmləri görüm.
- Təəssüf ki, son illərə nəzər salanda bizdə varlıların sənətə yatırım etməsi kimi bir təcrübə yoxdur...
- Xarici ölkələrdə filmləri kim çəkir? Dövlət film çəkmir ki. Ayrı-ayrı imkanlı adamlar pul verirlər, onların vəsaiti hesabına filmlər çəkilir. İndi Rusiyada da bu tendensiya başlanıb. Bəs bizdə nə vaxt olacaq? Bizdə də kinomaqnatlar yaranmalıdır. Onların xərclədikləri vəsaitdən həm də pul qazanmalıdırlar. Elə filmlər çəkilməlidir ki, ondan kassada da pul qazanıb digər filmləri çəkmək olar. Bu məsələ mənim yaralı yerimdir. Mənim ssenarim əsasında “Dədə Qorqud” filmi çəkilib. Odur ki, bu ssenarimin çəkilməsini israr etmirəm. Serial üçün yazdığım ssenariyə kim istəsə nə zamansa serial çəkə bilər. Amma Cəfər Cabbarlı və Banin haqqında ssenarilərimə film çəkilməsini istərdim.
- Sizin nəslin ədəbiyyata gəlməsi və özünüifadə baxımından mənbə kimi 20-ci əsrin əvvəllərinin ədəbiyyatı, xüsusən Mirzə Cəlil və Sabir göstərilir. Yaradıcılığınızda Mirzə Cəlillə bağlı çox sayda əsər var, kinossenari var, məqalə və sair mövcuddur. Hələ “Molla Nəsrəddin-66”... Onlar niyə sizin üçün manifest oldular?
- Mən bizim ədəbiyyatda ən çox Dədə Qorqud dastanını, Füzulinin əsərlərini sevirəm. Amma müasir ədəbiyyata təsir edən üç sənətkarı Mirzə Fətəli Axundzadəni, Mirzə Cəlili və Sabiri xüsusi qeyd etmək istəyirəm. Mənə belə gəlir ki, onların hər birinin iyirminci əsr ədəbiyyatımıza yaxşı mənada böyük təsirləri olub. Çünki onlar xalqın dərdindən yazıblar, xalqı maarifləndirməyə çalışıblar. Cəmiyyətin nöqsanlarına göz yummayıblar. O yolu biz də bacardıqca davam etdirməyə çalışdıq.
- Sovet ədəbiyyatına münasibətiniz maraqlıdır.
- Mənim bu yaxınlarda “Ədəbiyyat qəzeti”ndə bu haqda böyük bir məqaləm çıxdı. İndi həmin məqalədən əsas tezisləri sizin üçün təkrarlayaram. Məncə, tək “sovet ədəbiyyatı” deyilən bir şey yoxdur. Düzdür, fikir olaraq həmin dövr sovet ədəbiyyatı kimi ifadə olunur. Ancaq mənə görə sovet dövrünün ədəbiyyatı var. Sovet dövrünün ədəbiyyatı dediyimiz bir çox əsərlər sovet dövründə də yazıla bilərdi, başqa dövrdə də. Mən konkret misal gətirə bilərəm. Misalçün, Aşıq Ələsgərin də “Dağlar” şeiri var, Səməd Vurğunun da. Amma necə demək olar ki, Aşıq Ələsgərin “Dağlar” şeiri sovet ədəbiyyatı deyil, amma Səməd Vurğunun “Dağlar” şeiri sovet ədəbiyyatıdır. Niyə? Hər iki şeir dağlar haqqındadır, hər iki şeir qoşma şəklində yazılıb. Yəni sovet dövründə elə əsərlər yaranıb ki, onların sovet dövrünə və ideologiyasına heç bir dəxli yoxdur. Amma təbii ki, elə əsərlər də yazılıb ki, bu əsərlər kommunist təbliğatına xidmət edib. Bu baxımdan bəzən bir yazıçının ədəbi irsi içərisində həm sovet ədəbiyyatı adlana biləcək əsərlər var, həm də sovet dövrünün ədəbiyyatı. Misalçün, elə yenə Səməd Vurğunun yaradıcılığını götürsək, onun “Dağlar”, “Yadıma düşdü”, “Dünya” şeirləri sovet dövrünün ədəbiyyatı hesab olunur və heç bir ideologiyaya dəxli yoxdur. Amma kommunist partiyasına həsr olunmuş şeir sovet ədəbiyyatıdır. Bizdə olduğu kimi, bu məsələni rus ədəbiyyatına da aid etmək olar. Misalçün, Mayakovskinin də yaradıcılığı bu cür bölgüyə məruz qala bilər.
- Amma həmin dövrdə yetişən yazıçıları, lap üzü 60-cılara qədər gələn nəslin sovet ideologiyası ilə düşündüklərini danmaq olmaz...
- Xronoloji cəhətdən bəli, onlar hamısı sovet dövrünün yazıçıları idilər. Sovet hökuməti qurulanda Süleyman Rüstəmlə Səməd Vurğunun on dörd, mənim atamın on yaşı olub. Onlar gözlərini açıb sovet cəmiyyətini görüblər. Onlar başqa cəmiyyətdə yaşamayıblar ki, müqayisə də etsinlər o cəmiyyət yaxşı idi, ya pis. Hamısı uşaq olublar. Və sovet cəmiyyəti qurulanda irəli sürülən ilk şüarlar hamısı yaxşı idi. Xalqların azadlığı, insanların bərabərliyi, torpaqların kəndlilərə verilməsi və s. Bütün bunların hamısı yaxşı idi. Sonra müəyyən vaxt keçəndən sonra bu şüarlar təhrif olundu. 37-ci ilin dəhşətləri baş verdi. Amma başlanğıcda bayaq adlarını çəkdiyim adamlar ədəbiyyata ilkin illərdəki şüarlarla gəliblər. Sonradan artıq cəmiyyət özü öz şüarlarına xəyanət etdi, etibarsızlıq göstərdi. Burada da Stalinin çox böyük rolu olub. O, cəmiyyəti tamam ayrı yöndə inkişaf etdirdi.
- Bəs sizcə Əbülhəsən, Süleyman Rüstəm, Səməd Vurğun və siz deyən kimi digər sovet dövrünün yazıçıları olmasaydı, sizin nəsil, yəni 60-cılar yarana bilərdi?
- Bizim bəxtimiz onda gətirdi ki, biz başqa dövrə düşdük. Bəxtimiz gətirməsəydi, biz də kolxozdan, sovxozdan, xalqlar dostluğundan yazacaqdıq, ya da heç nə yazmayacaqdıq. Şəxsən mən özüm haqqında deyirəm ki, o dövrə düşsəydim, heç nə yazmayacaqdım. Sadəcə yenə deyirəm ki, bizim bəxtimiz gətirdi ki, o vaxt partiyanın 20-ci qurultayı oldu. Xruşov Stalini ifşa etdi. Hərçənd Xruşovun özünün də repressiyalarda az günahı yoxdur. Ancaq məsələ ondadır ki, Stalinin ifşa olunmasından sonra nə qədər adam sürgündən qayıtdı, nə qədər adam bəraət aldı.
- Amma o insanların həyatı artıq məhv olmuşdu...
- Həyatları məhv olmuşdu. Doğrudur. Amma təmiz adları, yazıçıların əsərləri özlərinə, tarixə qayıtdı. Bizim isə sovet dövründən, kommunist ideologiyasından yazmağa ehtiyacımız olmadı. Heç kim bizi buna məcbur etmədi. Ona görə də mən həmişə deyirəm ki, 60-cı illər ədəbiyyatının yaranması bizim qəhrəmanlığımız deyil. Həmin illərdə bizə şərait yaradıldığı üçün biz ədəbi sahədə müəyyən işlər görə bildik. Və onu da həmişə qeyd edirəm ki, 60-cı illər ədəbiyyatındakı yeniləşməni təkcə altmışıncıların adı ilə bağlamaq lazım deyil. Onlardan əvvəlki nəsil də yazıb yaradıb. Dəyişən zaman onların da bəzilərini ayrı səpkidə, ayrı mövzularla yazmağı vadar edib. Amma, hər halda əsas yük 60-cıların üzərinə düşüb.
- Bədii əsərlərin köhnəlmə ehtimalı sizcə nə qədərdir? Misalçün, düşünürsünüz ki, sizin, Elçinin və digər sizin nəsildən olan yazıçıların əsərləri gələcək dövrün estetikasına cavab verməyə bilər? Və yaxud da, konkret sizin əsərləriniz haqqında “Anarın əsərləri daha altmışlarda qaldı” kimi fikirlərin səslənməsi ehtimalı barədə düşünürsünüz?
- Bəli, belə deyənlər var. Bizim əleyhdarlarımız həmişə deyirlər ki, bunlar tükəniblər. Mənim haqqımda “Anar tükənib” deyəndə, mən yeni əsər yazıram. Sonra əsər çap olunur, bir az keçir, yenə deyirlər ki, Anar daha tükəndi, mən yenə yazıram. Biri də bir dəfə yazmışdı ki, Anar otuz ildə nə yazıb? Mən də ona cavab verdim ki, gəlsin Yazıçılar Birliyinə, mən ona otuz ildə yazdığım iyirmi qalın kitabımı verim. Amma özü ilə hambal gətirsin, çünki o kitabları təkbaşına apara bilməz (gülür). Belə çiy sözlər danışanlar var. Adam hamısına fikir verə bilməz. Heç kəsin gələcəyin adından danışmağa ixtiyarı yoxdur. Tarixdə kimin və kimlərin qalıb-qalmayacağını zamanın ixtiyarına buraxaq.
- Anar müəllim, sizə elə gəlmir ki, son illər bu kimi söhbətlərə çox reaksiya verirsiniz?
- Bu “son illər” azı 60 il əvvəl, mənim ədəbiyyata gəldiyim aydan başlayıb. Mən bu deyilənlərin yüzdəbirinə cavab verirəm. O qədər iynələyirlər, zəhərləyirlər ki, mən hələ çoxuna cavab vermirəm. Amma görəndə ki, açıq yalan yazır, onda cavab verirəm. Sizin saytda yox, başqa bir saytda yazmışdılar ki, Prezident cavanlara təqaüd ayırıb, o pulu Anarın oğlu ilə qızı alır. Bu yalanı mən ifşa etməyim, neynəyim? Cavab verməyəndə də deyəcəklər ki, yəqin deyənlər düz deyirlər. Mənim nə oğlum, nə qızım Yazıçılar Birliyindən bir qəpik alıblar. Heç bir mükafatla da təltif olunmayıblar. Amma mən nə edim ki, oğlum da, qızım da yazırlar. İmkanları, qabiliyyətləri var, yazırlar. Heç kimdən də pis yazmırlar. Yazmasınlar? Ya mən onlara yazmağı qadağan edim? Bütün kitabların xərcini də ailə büdcəmizdən ödəyirik. Siz də bağışlayın, “Bir ailədən neçə yazıçı olar?” deyə axmaq bir fikir var. Əgər istedadı varsa, bir ailədən lap otuz yazıçı da ola bilər. Biri yazmışdı ki, niyə Anarın ailəsində üç Xalq yazıçısı var? Azərbaycanda iki ailə var ki, o ailələrdə Xalq şairi, Xalq yazıçısı titulu olan üç adam var. Bir Səməd Vurğunun ailəsidir, bir də Rəsul Rzanın ailəsi. Səməd Vurğunun ailəsindən Səməd Vurğun Xalq şairi, Yusif Səmədoğlu Xalq yazıçısı, Vaqif Səmədoğlu Xalq şairi olmağa layiq deyil? Üçü də layiqdir. Dördüncüsü olsaydı, o, da layiq olsaydı, ona da vermək olardı. Və yaxud da, bizim ailəni götürək. Rəsul Rza, Nigar Rəfibəyli Xalq şairi olmağa layiq deyillər? Yaxşı tutaq ki, mən Xalq yazıçısı olmağa layiq deyiləm (gülür). İndi mənə də veriblər də, nə edək?
- Yeri gəlmişkən, repressiyadan sonra sağ qalan şair və yazıçılar haqqında xoşagəlməz fikirlər səslənirdi. Mikayıl Müşfiqin repressiya olunduğu halda Səməd Vurğunun sağ qalmasını pisləyirdilər.
- Bu, çox çiy söhbətlərdi. Mən həmişə deyirəm ki, 37-ci il lotereya idi. Həmin ildə Müşfiq “Oxu tar” şeirini yazmışdı, onu tutub güllələdilər. Maarif komissarı Mustafa Quliyev tarı qadağan eləmişdi, onu da tutub güllələdilər. Biri tarı vəsf etmişdi, o, biri qadağan. Və yaxud da Cavidi çox kəskin şəkildə tənqid edənlərdən olan Əhməd Triniçi də tutdular. Deyəsən, hətta güllələdilər, amma Cavidi güllələmədilər, sürgün etdilər. Əhməd Cavadı tənqid edən şəxslər vardı ki, adlarını indi çəkmək istəmirəm. Onları da tutdular, Əhməd Cavadı da. Yəni o dövr repressiyası lotereya idi. Adamları “Bu yaxşıdır, ya bu pisdir” prinsipi ilə tutmurdular. Bundan başqa kommunistlər vardı ki, onlardan bir neçəsi Gəncə üsyanı yatırılanda deyirdilər ki, biz Gəncəni qana boyadıq, Gəncədə bir başıpapaqlı qoymadıq, bəy nəsillərini qırdıq. Ancaq sonra həmin kommunistlərin özlərini də qırdılar. Mən, əlbəttə, kiminsə güllələnməsinin əleyhinəyəm. Amma o kommunistlərin günahı vardı ki, güllələnirdilər. Günahsızlar da, günahkarlar da güllələnirdilər. Sağ qalanları isə sağ qaldıqları üçün günahlandırdılar ki, siz niyə sağ qalmısınız? Yenə deyirəm, bu lotereya idi və hər bir ailəyə düşə bilərdi. Məsələn, bizim ailəmizə aid bir sənəd var. Daxili işlər xalq komissarlığının sədr müavini Xoren Qriqoryan Mircəfər Bağırova rapor verib ki, Nigar Rəfibəyli ilə anası sürgün edilməlidir. Çünki bunlar türkçüdürlər, Nigarın qardaşı Türkiyədədir, atası Xudadat bəy Cümhuriyyət hökumətinin səhiyyə naziri olub, güllələnib. Əgər Bağırov həmin sənədin üzərinə bircə kəlmə “hə” sözünü yazsaydı, bizim bütün ailəmiz məhv olacaqdı. Nədənsə yazıb ki, saxlanılsınlar.
- Amma sonralar ananıza qadağalar olub...
- Olub. Dayımın Mikayıl Rzaquluzadə adlı dostu vardı. Anam gənc şairə kimi yazdığı şeirləri Moskvada təhsil alan Mikayıl bəyə göndərirmiş, Mikayıl bəy də öz şeirlərini anama. Mikayıl bəy bir şeirində yazıb ki, günəş şərqdən doğub, şərqdən doğacaq. Anamgildə axtarış aparılanda həmin şeiri tapıblar, deyiblər sən yazmısan. Anam Mikayılı bada verməyib, deməyib ki, mən yazmamışam. Buna görə anamı işdən çıxarıblar. Anam uzun illər işsiz qalıb. O vaxt MK katibi Əliheydər Qarayev bir neçə qəzetdə anam haqqında “ifşa” yazısı çap etdirib.
- Ancaq müəyyən bir dövrün ideoloqu olmaq indiki zamanda satqınlıq hesab olunur. Müasir ədəbiyyat nümayəndələri israrla deyirlər ki, misalçün, niyə Süleyman Rüstəm partiyaya şeir yazıb?
- Axı kim yazmayıb? Müşfiq kimi gözəl bir şairi tutub güllələyiblər. Müşfiqin poeması Stalin haqqındadır. Bu fakt nakam Müşfiqin işıqlı surətinə kölgə sala bilməz. Amma fakt odur ki, o dövrdə bütün SSRİ-də Lenindən, Stalindən, Şaumyandan, Kirovdan şeirlər, poemalar yazılırdı. Kim yazmayıb? Sonradan qəhrəman olmaq, Kirovun heykəlini uçurtmaq asandır. Axı Kirovun heykəlinə belə şeir həsr olunub. Səməd Vurğunun bir poemasında “qulların üsyanı yaman olur” ifadəsi var. Bu cür ədalətsiz söhbət edən adamlar qul təfəkkürlü adamlardılar.
- Müsahibələrinizin birində istedadlı gəncləri çox sevdiyinizi vurğulayırsınız. İstedadlı gənc sizi tənqid etsə necə, yenə eyni münasibət qalır?
- Bir də təkrar edim ki, ədəbiyyata gəldiyim gündən ilk mətbu hekayələrimdən tənqid olunmuşam və heç bir tənqidçini düşmən saymıram. Tənqid olar. Niyə olmasın? Amma, yalan, böhtan yazmasınlar. Mən bura gələnə qədər burada kimlər işləyirdi? İmran Qasımov yaşlı adam idi. Katiblər Balaş Azəroğlu, Hüseyn Abbaszadə da yaşlı adamlar idilər. Cabir Novruz ortayaşlı idi. Bircə Elçin cavan idi. Mən gələndən sonra bu adamlar özləri istefa verdilər. Elçin keçdi “Vətən” cəmiyyətinə, Cabiri mən “Ədəbiyyat qəzeti”nə redaktor təyin etdim. Hüseyn Abbaszadə ilə Balaş Azəroğlu isə təqaüdə çıxdılar. Yerlərinə gələnlər – Çingiz Abdullayev çox cavan idi, sonrakı qurultayda Arif Əmrahoğlu. Ondan sonra Rəşad Məcid. Son qurultay ərəfəsində İlqar Fəhmi, Səlim Babullaoğlu gəldilər. Yəni hamısı cavan adamlar idi. Cavanlar gəlirlər, illər keçəndən sonra onlar da yaşlanırlar. Yaşlanandan sonra onlara “sən daha yaşlısan, çıx get” deyilməlidir? Yox. Onlar da, gənclər də işləsinlər. Mən bura gələndən sonra həmişə Yazıçılar Birliyində cavanlaşma prosesi gedib. “Ulduz” jurnalını bütünlüklə cavanlara verdik. Rəşad Məcidin rəhbərliyi ilə gənc ədiblər şurası yaradıldı. Hər il iyirmi gənc Prezident təqaüdü alır. Amma o da var ki, AYB-də gənclərlə bərabər orta yaşlı və hətta qocalar da təmsil olunmalıdır. AYB nə qocalar evidir, nə komsomol təşkilatı.
- Bizim kimi cəmiyyətlərdə “İnsan yaşlanırsa, mütləq işdən uzaqlaşmalıdır” fikri, yanaşması mövcuddur. Bu yaxınlarda yaşlı aktyorların işdən çıxarılması ilə bağlı fikirlər də səs-küyə səbəb olmuşdu. Amma yaşlı insanların da müəyyən missiyası, öz təcrübəsi var...
- Əlbəttə. Mən özümə aid etmirəm, amma yazıçı əgər yaşlanıb, heydən düşübsə, ağlı çaşıbsa, o, işləyə bilməz. Co Bayden yadınıza gəlir də, havaya əl edir, salamlaşırdı. Ondan prezident olmaz. Amma mən bunu eləmirəm axı (gülür). Mən salamlaşdığım adamları görürəm. Son illər ən çox yazan, televiziya kanallarında çıxış edən yazıçılardan biri mənəm. Müsahibələr verirəm, rayonlara gedirəm. İndi nə olsun ki, mənim bəlli bir yaşım var. Amma mən yaşımı hiss eləmirəm. Son iki gündə mənim qəribə iki görüşüm olub. Bir klubda əsasən rusdilli qızlardan ibarət oxucularımla görüşdüm. Onlar mənim bütün əsərlərimi oxuyublar. Əsərlərimlə bağlı elə suallar verirdilər ki, mənim özümün də yadımda deyildi. İkinci görüşüm də universitetlərin birində oldu. Onlar da qızlardan ibarət idi. Onlarla sağollaşanda soruşdular ki, arzunuz nədir? Dedim ki, arzu edirəm ki, mənim əsərlərimi sizin həyat yoldaşlarınız, qardaşlarınız, atalarınız da oxusunlar. Çünki elə çıxır ki, məni ancaq qadınlar oxuyur, amma axı mən tək onlar üçün yazmıram (gülür).
- Müsahibələrinizin birində deyirsiniz ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı mənim digər əsərlərimi kölgədə qoydu. Sizcə, bu əsər niyə bu qədər populyar oldu?
- Filmin də çox təsiri oldu yəqin. Bir də, təəssüf ki, o əsərin üst qatını qavrayırlar, alt qatını yox. Mən bunu dəfələrlə demişəm. Əsərin üst qatı sevgi romanıdır. Sevgi romanları isə həmişə populyar olur. Hətta, hərdən “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni bulvar romanı da hesab edirlər. Onda gərək “Madam Bovari”, “Anna Karenina” da bulvar romanı hesab oluna. Bu, düzgün deyil. Bu əsər təkcə sevgi romanı deyil. Sevgi süjetinin ardında azad olmayan cəmiyyətdə azad insanın faciəsi dayanır. Mənim üçün bu əsər bununla əhəmiyyətlidir. Cəmiyyət azad deyil. Təhminə isə azaddır. O, bu cəmiyyətdəki ehkamlarla yaşamaq istəmir. Onun faciəsi bundadır. Ona görə də o, məhv olur. Bəzən çox ciddi mövzularda yazılan əsərlərin süjetini detektiv janrda qururlar ki, cəlbedici olsun. Misalçün, Dostoyevskinin “Cinayət və cəza” əsəri çox ciddi, fəlsəfi əsərdir, amma eyni zamanda detektiv ünsürlər də var. Və yaxud da, indi daha çox dəbdə olan yazıçı - Umberto Eko. Onun “Qızılgülün adı” əsəri də detektiv süjetin içərisində çox ciddi mətləblərdən bəhs edir. Bəzən yazıçı istədiyini çatdırmaqdan ötrü detektiv, yaxud məhəbbət süjetindən istifadə etməli olur. Amma oxucu gərək zahiri süjetin arxasında alt qatın olduğunu anlasın. Bu roman mənim üçün önəmli əsərdi. Amma o biri əsərlərim də ondan aşağı deyil.
- Hansı əsərləriniz?
- Nə bilim. O qədər əsərlərim var.
- “Macal”...
- “Macal”, “Dantenin yubileyi”. Bu əsərləri oxumayanlar deyirlər ki, onlar qaldı sovet dövründə. Müstəqillik dövründə mən “Otel otağı”, “Ağ qoç, qara qoç” əsərlərini yazmışam. Neçə dilə tərcümə olunub. Rusiyada, Türkiyədə qiymətini alıb. Ən son yazdığım əsər “Gözmuncuğu”dur. O da neçə dilə tərcümə olunub. Yaxşı, bu danışan adamlar bu əsərlərin də adlarını çəksinlər, təhlil etsinlər. Bəziləri gözlərini yumur, qulaqlarını tıxayır, sonra da deyirlər ki, Anar heç nə yazmayıb, yaxud yazmır.
- Bir müddət əvvəl Əlisa Nicatın məişətlə, dolanışıqla bağlı problemi gündəmi məşğul etdi. Əlisa Nicat atanızla olan balıq söhbətini yenə qabartmışdı. Sizcə, Rəsul Rza bir-iki balığa görə qəzəblənən adam idi?
- Ağlı başında olan adam belə söz deməməlidir. Guya bu balıq gətirməyib deyə Rəsul Rza da onu onillərlə Yazıçılar Birliyinə qoymayıb. O, sağlığında atamın yanında fırlanırdı, bizə gəlib gedirdi. Atam da ona az-çox istedadına görə hər cür kömək edirdi. Nə vaxtsa, bəlkə də, ona deyib oradan balıq gətir alım. Amma elə dediyi gün də onun yadından çıxıb bu sifarişi etməyi. Rəsul Rza o səviyyədə, o miqyasda adam deyil ki, Əlisa Nicatın bir balığına görə on il onunla düşmənçilik aparsın. Ona görə mən də bu məsələyə gülüşlə cavab verdim. Sonra da Əlisa çox yekə-yekə deyir ki, Azərbaycanda yazıçı yoxdur. Niyə yoxdur? Azərbaycanda ən azı ondan üstün xeyli yazıçı var. Bu cür sözlərlə diqqəti özünə cəlb edir. Mətbuatın bəlası odur ki, sensasiya xətrinə ən çiy söhbətləri ortalığa çıxarır. Mənim atam deputat olanda deputatlar üçün xüsusi mağaza vardı. Oradan deputatların evinə bazarlıq göndərilirdi. Bizim erməni qonşumuz vardı. Yazıçı Samvel Qriqoryan. Deputat olub. Onların evinə həmin mağazadan bazarlıq gəlirdi. Amma atam həmin mağazadan imtina etmişdi. Demişdi, hamı necə bazardan bazarlıq edir, biz də elə edəcəyik. Yəni deputat mağazasından imtina edən adam Əlisanın bir balığına möhtac olub, hələ bunun üstündə on il ədavət aparıb? Buna hansı axmaq inanır?
- Anar müəllim, gəlin bir məsələni etiraf edək. Yazıçılar Birliyinin üzvü olan, amma çox çətin şəraitdə yaşayan şair və yazıçılarımız var...
- Var, əlbəttə var. Amma mən həmişə demişəm ki, Yazıçılar Birliyi ictimai təminat nazirliyi deyil. Birliyin nizamnaməsində “kasıb yazıçıya kömək edilməlidir” deyə bir maddə yoxdur. Poliklinikamız var. Yazıçı və şairlər orada pulsuz müalicə olunurlar. Amma böyük əməliyyatlara, xarici ölkədə müalicəyə göndərməyə bizim vəsaitimiz yoxdur. Bəzi adamlar həm sovet dövrünü pisləyirlər, həm də sovet dövründə verilən imtiyazların davasını aparırlar, sovet dövrü nostalgiyası ilə yaşayırlar. Sovet dövründə ədəbiyyat fondu vardı. Ədəbiyyat fondu da ölkədə ən varlı təşkilatlardan biri idi. Yazıçıların kitablarını böyük tirajla çap edirdilər, satışdan əldə olunan müəyyən faiz Ədəbiyyat fonduna gedirdi. O fondun hesabına sovet ittifaqının bir neçə yerində yaradıcılıq evləri, nəşriyyatları, poliklinikaları vardı. Bizim Şüvəlandakı yaradıcılıq evini həmin fondun hesabına tikmişdilər. Fond yaşayış evi tikirdi, yazıçıya ev verirdi, maşın verirdi. İndi Yazıçılar Birliyinin elə imkanları yoxdur. Biz Prezidentə müraciət etdik, o, sağ olsun, ev tikmək üçün bizə yer ayırdı. Mən sədr olduğum müddətdə, müstəqillik dövründə ən azı bir neçə yazıçıya mənzil almışam. Amma bu, həmişə mümkün deyil axı. Özü də hamı gəlir deyir ki, mənim hamıdan çox ehtiyacım var. Onlara izah edəndə ki, başqalarının ehtiyacı daha çoxdur, onda da deyirlər ki, yox, biz ondan yaxşı şair, yaxşı yazıçıyıq. Necə edəsən? Hamı elə bilir ki, o, hamıdan yaxşı yazır, hamıdan da ehtiyacı çoxdur. Və yaxud da, bu təqaüdlərlə bağlı məsələlərdə. İyirmi gəncə, əlli nəfər yaşlı yazıçıya təqaüd verilir. Amma iki yüz ərizə olur. Əlli adama təqaüd verirsən, yüz əllisi narazı qalır. Abırlısı deyir ki, eybi yoxdur, gələn dəfə alaram, abırsızı deyir ki, məndən pul istədilər təqaüdə görə. Ya deyirlər ki, Yazıçılar Birliyinə müfəttiş gələcək. Gəlsin. Burada nə var ki, müfəttişdən çəkinək. Ömrüm boyu bir qəpik də olsun haram pul qazanmamışam. İndi bu yaşımda mən durum izah edim ki, biz təmiz işləyirik?
- Qurultay qabağı və sonrası da xeyli söz-söhbətlər yarandı...
- Hə, jurnalist deyir ki, dövlət iki yüz min manat pul ayırıb, amma biz bunun nəticəsini görmədik. Qurultayda nəyin nəticəsini görmək istəyirdilər? Masaya şampan şərabı, ya kürü qoymalıydıq? Bütün bu fikirləri söyləməkdə məqsədləri odur ki, mən buradan gedim, buranı da dağıtsınlar. Dağıtmasalar da, Yazıçılar Birliyini ayrı yerə köçürüb bu binaya sahib olsunlar. Çoxunun gözləri bu binadadır.
- Amma müşahidələr göstərir ki, sizdən sonra burada vəziyyət o qədər də yaxşı olmayacaq.
- Mən bunu istəmirəm, inanın ki, heç cür istəmirəm. Çünki ömrümün 36 ilini bura vermişəm. Ona görə də istəmirəm ki, bura dağılsın. Mən eqoist adam olsaydım, deyərdim ki, hə, mən getdim, gördünüz, dağıldı, saxlaya bilmədiniz və s. Məndə bu xasiyyət yoxdur. Əksinə istəyirəm ki, Birlik məndən sonra da qalsın, fəaliyyət göstərsin. İnanıram ki, kifayət qədər sağlam qüvvələr var ki, məndən sonra da, buranı işlədə biləcəklər. Mən heç kimə pislik etməmişəm. Amma çörəyimin duzu yoxdur. Heç bir yaxşılıq etmədiyim adamlar heç vaxt mənim əleyhimə olmayıblar. Amma o adamlara ki, yaxşılıq etmişəm, birinci növbədə onların bir qismi nankorluq edib.
- Əkrəm Əylisli?
- Yox. Əkrəm deyil. Əkrəm heç olmasa, yazıçıdır. Bilirsiniz, Əkrəm mənim yaralı yerimdir. Çünki Əkrəm mənim dostum olub. Bir yerdə çörək kəsmişik. Yazıçı kimi onun əvvəl yazdığı əsərləri qiymətləndirirəm.
- Sonuncu müsahibəsində çox yaşlandığı bilinir.
- Allah ömür versin. Bir məclisdə toplaşmışdıq. Mən onun şəninə sağlıq dedim. Onu böyük yazıçı adlandırdım. Hamı təəccübləndi. Dedilər, axı o, həmişə sənin əleyhinə danışıb. Dedim, danışsın. Biz dost olmuşuq, bu gün də onun ad günüdür, 85 yaş da az yaş deyil. Ona görə də istəyirəm ki, o, sağlam olsun. Moskva mətbuatında, “Komsomolski Pravda”da onun haqqında rus dilində ilk yazını mən yazmışam. “Daş yuxular”dan sonra gördüm onu çox pisikdirirlər. Əslində haqlı edirdilər. “Daş yuxular” ermənipərəst əsərdir. Amma təklənməsini istəmədim. O yazımı bizim dilə tərcümə edib “Azərbaycan” jurnalına verdim. Orada çap olundu. Ancaq onun tərəfindən heç bir reaksiya olmadı. Sonra dedi ki, yəqin o vaxt “Komsomolski Pravda”dan sifariş olunub, ona görə Anar məndən yazıb. Axı onu tanıyırdılar ki, sifariş də versinlər? O qəzetdə mənim bir neçə məqaləm çıxmışdı. Ona görə də bu yazı mənim təşəbbüsümlə çıxdı. O ki qaldı Əkrəmi böyük yazıçı adlandırmağıma, əgər İctimai TV-də Əlisa Nicatı dahi adlandırırlarsa, Əkrəmi böyük yazıçı saymamaq insafsızlıqdır.
- Sizcə, bu dostluğun pozulmasının qarşısını heç cür almaq olmazdı?
- Mən çox şey elədim bunun üçün. Amma o, buna getmədi. Mən onu Yazıçılar Birliyinə katib gətirdim. Bax, bu otağın arxasında oturub mənim əleyhimə qiyam hazırlayırmış. Və mən bunu otuz ildən sonra bildim. Rəhmətlik Sabir Əhmədlinin ölümündən sonra çap olunun romanını oxuyanda bildim ki, Əkrəm və başqa bir cavan yazıçı deyiblər ki, Anarı buradan avtomatla çıxaracağıq, yerində oturacağıq...
- Anar müəllim, Yazıçılar Birliyinin digər üzvü Çingiz Hüseynov uzun illərdir xaricdə yaşayır. O, qurultaya dəvət olunmamışdı?
- Onun doxsandan çox yaşı var. Qurultaya gəlmək ona çətin olardı. Həm də xaricdən biz yalnız xarici qonaqları dəvət eləmişdik.
- Amma qurultaydan sonra Çingiz Hüseynov qurultayı tamaşa adlandırmışdı...
- Xəbərim yoxdur. Amma ümumilikdə, o, həmişə tək Yazıçılar Birliyinin yox, Azərbaycanın da əleyhinə yazır. Onun haqqında da Moskvada yazım çıxıb. Çox yaxşı münasibətlərimiz olub. Onun umduğu o idi ki, burada onun yubileyini keçirək.
- Keçirdiniz?
- Keçirdik, heç kim gəlmədi. Yəqin burada onu yaxşı tanımırlar. Yaxşı əsərləri də, əlbəttə, var. Mən bunu danmıram. Mənim yubileyimə də gəlib Moskvada dostcasına çıxış etdi. Amma niyəsə daim narazıdır. Bilirsiniz, bu adamlar özləri haqda çox yüksək fikirdədirlər, amma camaat bunu təsdiq etməyəndə, onlarda qəzəb, hiddət əmələ gəlir.
- Beşmərtəbəli evin neçənci mərtəbəsindəsiniz?
- Mən o əsəri yazanda yarızirzəmi mənzildə yaşayırdım. On il sonra mənə Üzeyir Hacıbəyov küçəsində 6-cı mərtəbədə mənzil verdilər. Ondan sonra indi mənim yaşadığım mənzilə köçdük, burada da mənzilim 6-cı mərtəbədə oldu.
- Onda cavabı 6-cı mərtəbə qəbul edim?
- Olsun. Təki liftimiz həmişə işləsin.
Xəbərin oxunma sayı : 469
Müsahibə
Xəbərlər
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
TOP 10
ARXİV