Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ölkədə çörək unları təmiz deyil, səhv reseptlə bişirilir” –Diyetoloq

Tarix 19.11.18, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


Pəhriz saxlayan insanlar çox vaxt əsas qida mənbəyi olan çörəkdən imtina edir.

Düşünürlər ki, kökəlməyə səbəb məhz çörəkdir. Amma sağlam və nizamlı bəslənmənin ən əhəmiyyətli qaydalarından biri hər qida qrupundan müəyyən miqdarlarda istifadə edilməsidir.

Bəs hansı çörəyi və necə yeməliyik?

Bu barədə Azadinform-a danışan pəhriz kitablarının müəllifi olan (“Köklüyün sirri – Arıqlığın açarı” və “Sağlam bəslən arıqla”) həkim-diyetoloq Leyla Zülfüqarlı bildirib ki, çörək ən həssas mövzulardan biridir: “Bizim çörəklə bağlı problemlərimiz çox ciddidir. Çünki şəkərli diabet xəstəliyinin ən birinci dəvətnamə verəni elə qeyri-sağlam çörəklərdir. Əslində çörək yemək lazımdır, amma necə çörək? Əlbəttə, doğru çörəklər. Lakin ölkəmizdəki çörəklərin bir neçə istiqamətdə səhvləri var. Birincisi unu təmiz deyil, ikincisi saxlanma şəraiti yanlışdır, üçüncüsü səhv reseptlə bişirilir, dördüncüsü qida nəzəriyyəsi ilə diyetoloji istiqamətdən ölçdükdə sağlam çörək şəklində bişirilmir, beşincisi isə ümumiyyətlə köhnə reseptlərdən bütün zavodlar istifadə edir, bu istiqamətdə yenilik yoxdur”.

Diyetoloq hesab edir ki, dünyanın bir çox inkişaf etmiş ölkələrinin çörək standartları ilə bizimkilər çox ciddi dərəcədə fərqlənir: “Elə problem də burdan başlayır. Nə qədər qeyri-sağlam çörək yeyiriksə o qədər şəkərli diabetin günü-gündən dinamikası çoxalır, piylənmə artır, sağlam düşünmə arxa plana keçir. Qidalanmamızda əsas dəyər verdiyimiz məhsul çörəkdir. Azərbaycanlıların bir günü belə çörəksiz keçmir. Əslində doğru çörək olarsa bunu belə qəbul etmək olar. Amma doğru olmadığına görə zavod çörəklərini bu qədər yeməyin deyirik. Alman texnologiyası ilə istehsal olunan keyfiyyətli çörəklər var ki, onların istifadəsi tövsiyə olunandı. Düzdür, az məntəqələrdə var, kütlənin sosial vəziyyətinə baxdıqda qiyməti də əlçatan deyil. Amma bu texnologiyanı yaymaq olar. Çörəklər tam taxıllı, çox üyüdülməmiş şəkildə olmalıdır, tərkibində kəpəyi qalmalıdır. Buğdanın üst qatı soyulmadan ununa keçənə qədər 2-3 təbəqə var ki, qida lifləri və bu kimi çox vacib maddələrlə təmin olunub. B qrup maddələri özündə ehtiva edən təbəqə elə üst qatıdır. Ağ çörək halına gələn, cəmiyyətin ən çox yediyi bu zavod çörəklərinin heç birində sadaladığım maddələr qalmır. Çörək o qalınlıqda bişməli deyil. Bədənə karbohidrat ağırlığını çox yükləyirik. Biz də millət olaraq karbohidrat mübadilə pozğunluğundan əziyyət çəkirik. Ona görə də bizim karbohidratlarımızı azaldıb digər qrup məsələn, zülalları çoxaltmağımız lazımdır”.

“Çörəkdən tamamilə imtina etməyin çox böyük fəsadları var”, – deyən L.Zülfüqarlı qeyd edib ki, ölkəmizdə olan səhv çörəkləri yeməklə biz heç bir maddə qazanmırıq, sadəcə şəkəri yüksəldirik: “Çünki orqanizmə düşən kimi qana təsir edir və qan şəkərinin səviyyəsini qaldırır. Dediyim kimi tam taxıllı çörəkləri yesək B qrup vitaminləri alırıq. Dəmirə olan tələbatımızı az da olsa ödəmiş oluruq. Doğru çörəklərin tərkibində doymamış yağ turşuları var ki, hər kəs səhər yeməyində bununla bəslənərsə zehni aktivlikləri inkişaf edəcək. Çünki bu turşular beyin qabığının sinir hüceyrələrinə lazım olacağı maddələri verir. Bu zaman da insanlar daha ağıllı, doğru düşünməyə başlayır. Çünki sağlam qida sağlam düşünməyə xidmət edir. Ölkəmiz inkişaf etmiş ölkələr siyahısındadır. İstərdim ki, qida baxımından da ora daxil olaq. Çünki sağlam gələcək sağlam qidadan başlayır. Sağlam qidanın isə ən əsas tərkib hissəsi su və çörəkdir”.



Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap