Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ölkədə qəzet yoxdur, qəzet adına kağız parçaları çap olunur“ - Elçin Şıxlı

Tarix 23.04.19, 23:32

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün qəzet köşklərində qəzetdən başqa nə istəsən satırlar. Bir sözlə, köşkləri köşk adı altında marketə çeviriblər. Bəs qəzet yayımının ən sınanmış vasitəsi olan səyyar qəzet satışının bərpa olunması nə dərəcədə realdır?

Moderator.az-ın sualını cavablandıran Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirdi ki, səyyar qəzet satışını bərpa etmək hələ ki, mümkün deyil və əgər bunu istəyiriksə, ilk öncə köşklərdə qəzet satışını bərpa etməliyik: 

“Bizim ölkəmizdə hazırda qəzet yoxdur, yəni qəzet adına kağız parçaları çap olunur. Bu gün köşklərimizdə qəzetdən başqa nə istəyirsiniz satılır. Səyyar qəzet satışı ən sonuncu məqamlardan biridir. Bunun üçün ilk növbədə qəzetlərin köşklərdə satışını normal təşkil etmək lazımdır. Çap mediasıyla məşğul olan şirkətlərə şərait yaradılmalıdır. Bizdə bu sahədə vəziyyət ağlamalıdır. Olmayan şeyin satışını təşkil etmək düzgün deyil, əvvəl gərək qəzetləri bərpa edəsən”.  

Səyyar qəzet satışıyla məşğul olan bayraqdar Yaşar Türkazər isə saytımıza açıqlamasında bildirdi ki, o, 1989-cu ildən 1992-ci ilə kimi ölkənin 25 rayonunda qəzet satıb və qazancı da normal olub:

“1989-cu il noyabrın 10-dan 1992-ci il martın 14-nə qədər səyyar qəzet satışıyla məşğul olmuşam. Qəzetləri şəhərdə olan zavodlara, fabriklərə satırdım. Bununla yanaşı, rayonlara aparıb qəzet satırdım. Alıcılarım isə 10-80 yaş arası olan adamlar idi. Onların arasında hər təbəqədən olan insan vardı.  Normal qazancım olurdu. Ölkənin 25 rayonunda qəzet satmışam. Amma qəzet satışındakı bu günki durum acınacaqlıdır”. 

 



Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap