Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ölkəyə DRON gətirilməsi daha da sərtləşdirilib” – 6 qurumun icazəsi tələb olunur

Tarix 08.07.19, 23:22

Font ölçüsü : - / +
bitmap-img6


“Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib.” Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün “facebook” hesabından paylaşdığı yazıda məlumat verib.

AzFakt.com-un məlumatına görə, onun yazısdında daha sonra bildirilir: “Məlumdur ki, qanunvericiliyə görə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə DRON gətirmək istəyən NRYTN-ə müraciət etməli və 4 qurumun, XDMX, DTX, DSX və MN-in də icazəsini təqdim etməliydi.

Xatırlayıram ki bir müddət öncə hörmətli millət vəkilimiz Tahir Mirkishili, qəribə də olsa belə bir məhdudiyyətin olmadığını bildirmişdi və bununla bağlı sosial mediada bir xeyli müzakirələr getmişdi.
Biz dronların təyinatından asılı olaraq, qaydaların sadələşdirilməsini və məhdudiyyətlərin aradan qaldırılmasını təklif edirdik.
Lakin DRON gətirilməsinə icazə vermək istəyənlərin sayı günü -gündən artır.
İndi də DİN dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə, Prezidentin fərmanı ilə DİN-ə də belə bir səlayiyyət verilib.
Beləliklə dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur.

osman_gunduz_210916_(1)

Belə görünür ki, növbəti mərhələdə Kənd Təsərrüffatı Nazirliyi, Miqarsiya Xidməti, FHN və s. digər qurumlar da belə səlahiyyətlər istəyəcəklər.
Fikrimcə bu cür yanaşma doğru deyil.
Son dövrlərdə Prezident Fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində Kordinasiya səlahiyyətləri XDMX –ya verilib.
Belə olan halda DRON –la əlaqəli proseduraları bu qədər sərtləşdriməkdənsə, vətəndaşları 6 dövlət qurumuna yönləndirməkdənsə yaxşı olmazdımı bu işlə elə bir qurum, məsələn XDMX məşğul olsun.
Düşünürəm ki DRON-ların gətirilməsi prosesi sadələşdirilməli, elektron qeydiyyat sistemi formalaşdırılmalı və səlahiyyətlər də vahid bir quruma verilməlidir”.





Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap