Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Əmək pensiyaları haqqında” Qanun nazirlikləri boşaldır

Tarix 23.06.17, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 1-dən qüvvəyə minəcək yeni qanuna görə, işçi yalnız 25 il staja malik olandan sonra pensiyaya çıxa biləcək, bu səbəbdən də...

İyulun 1-dən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər qüvvəyə minir. 

Qanuna əsasən, bir sıra dəyişikliklər ediləcək. Lakin əsas müzakirə edilən məsələ qadınların və kişilərin pensiya yaş həddinin 65-ə qaldırılmasıdır. Məlumata görə, bu faktor ölkədə bir çox nazirliklərdə təcrübəli işçilərin narazılıqlarına səbəb olub və onlar istefa ərizələrini yazıblar.


Azpolitika.az saytı yazır ki, son aylar vergi orqanında təcrübəli kadrların öz ərizələri ilə işdən ayrılması prosesi kütləvi hal alıb. Sayta nazirliyə yaxın mənbələrdən daxil olan məlumatda deyilir ki, artıq 300 nəfərdən çox əməkdaş öz ərizəsi ilə işdən azad olunub, təqribən 500 nəfərin ərizəsinə isə baxılır. Onlara deyilib ki, proses kütləvi görünməsin deyə, həmin əməkdaşlar hissə-hissə işdən azad olunacaqlar. Ancaq istənilən halda, bu müddət iyulun 1-dək başa çatmalıdır. Məlumatda qeyd olunur ki, iyulun 1-dən qüvvəyə minəcək yeni qanuna görə onlar yalnız 25 il staja malik olandan sonra pensiyaya çıxa biləcəklər. Hansı ki, köhnə qanunda bu müddət 15 ildir və pensiya məbləği əmək haqqının 80 faizi olaraq hesablanır.


“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarıldıqdan sonra bəzi deputatlar xüsusilə də yaş həddinin 65-ə qaldırılmasına qarşı çıxmışdılar.


Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov “Yeni Müsavat”a bildirib ki, əslində yaş həddi ilə bağlı qərar birbaşa olaraq tətbiq olunmur. İqtisadçı qeyd edib ki, bu, mərhələli şəkildə aparılsa da yaş senzinin 65-ə qaldırılması bütövlükdə indiki dövr üçün uyğun deyil: “Burada diqqətçəkən məqamlardan biri sözsüz ki, əmək pensiyalarının yaş həddi ilə bağlıdır. Bu qanunla bağlı ən çox müzakirə edilən məqam da elə əmək pensiyalarının yaş həddinin qaldırılması məsələsi oldu. O fikrin tərəfdarıyam ki, indiki məqamda yaş həddi artırılmasın. Güman edirəm ki, yaşın 63-dən 65 yaşa qaldırılması büdcə üçün heç də böyük qənaət demək deyil. Ancaq bu hal, nəticə etibarilə pensiya yaşına çatanların daha gec təqaüdə çıxmasına səbəb olacaq. Baxmayaraq ki, il ərzində yarım il artırılacaq, yəni birdəfəlik olmayacaq. Ancaq bununla belə, daha məqsədəuyğun olardı ki, yaş həddini artırmadan digər islahatları həyata keçirmək mümkün olsun. Dəyişikliklərə diqqət etsək, burada müsbət məqamların da şahidi olarıq. 

Xüsusilə də əmək pensiyasının hesablanması fonunda iş stajının nəzərə alınması baxımdan pozitiv məqamlar çoxdur. Ancaq yaş həddinin artırılması həmin məqamların faktiki olaraq diqqətdən kənarda qalmasına səbəb olub. Nəzərə alaq ki, uzun müddətdir müzakirə etdiyimiz 12 illik iş stajı artıq ləğv olunub. Yeni qanunvericiliyə əsasən, artıq əmək pensiyası almaq üçün 12 il işləmə şərti mövcud deyil. 25 il və daha artıq işləyən vətəndaş isə hansı məbləğdə sosial ödəniş etməsindən asılı olmayaraq əmək pensiyası almaq hüququna malik olacaq. Yəni bu tip məqamlar müsbət haldır. Əslində bu tip qanunvericilik daimi olaraq müzakirə edilir və dəyişdirilir. Yaxşı olardı ki, indiki məqamda digər dəyişikliklər edilsin. 2020-ci ildən sonra isə yenidən yaş həddinə baxıb, bunun mərhələli şəkildə artırılması müzakirə oluna bilərdi. İndi isə neftin dünya bazarında qiyməti aşağıdır və bəzi vətəndaşlarımızın pensiya alması onlar üçün vacib idi. Bütün bunlar gərək nəzərə alınardı”.


Ekspert bildirib ki, Avropa ölkələrində pensiya yaşı Azərbaycandan daha yüksəkdir: “Ancaq orada insan ömrü də uzundur. Ancaq hesab edirəm ki, Avropa yox, bizim MDB ölkələri ilə müqayisə aparmağımız daha uyğun olardı. MDB ölkələri ilə müqayisədə yaş limitini 63 olaraq qoruyub saxlamaq daha məqsədəuyğun olardı. Yaş həddinə görə hansısa nazirlikdən işçilərin ərizə yazıb çıxmasına gəlincə isə məndə belə bir məlumat yoxdur. Qanunvericilikdə yuxarıda qeyd etdiyim müsbət məqamları nəzərə almaq lazımdır. Əslində deyərdim ki, qanunvericilik beynəlxalq praktikaya uyğunlaşdırılıb. Nəzərə alaq ki, növbəti bir ildə cəmi 6 ay pensiya yaşı artırılacaq. Ona görə də, hər halda, düşünürəm ki, nazirliklərdən kimlərsə işdən çıxırlarsa, onların hansı səbəbdən bu addımı atmaları dəqiqləşdirilməlidir. Bunu isə onlar özləri daha yaxşı bilərlər. Yaxşı olardı ki, həmin şəxslər rəsmi açıqlama versinlər və bildirsinlər ki, nə üçün işləməkdə maraqlı deyillər”. (musavat.com)



Xəbərin oxunma sayı : 313




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap