Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ümidimiz var ki, Premyer Liqada qalaq” – Yunis Hüseynov

Tarix 21.05.18, 0:33

Font ölçüsü : - / +
bitmap-img6


“Oyun bərabər keçirdi. Matça qələbə üçün çıxmışdıq. Əfsuslar olsun ki, məğlub olduq”

Bunu “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Komandanızın qapısına vurulan ikinci qolu necə qiymətləndirirsiniz?

– Jurnalistlərə böyük hörmətim var. Onlarla sıx əlaqədə olmuşam. Amma xahiş edirəm ki, yazı yazanda fikirləşəsiniz. Bir yazı çıxmışdı, yaraşmayandır. Fikirləşib yazsalar, daha yaxşı olar. Elə çıxır ki, “Neftçi” “Səbail”i, “Qarabağ”ı udubsa, bu görüşdə rahat qalib gəlməlidir. O epizodda bir anlaşılmazlıq oldu. Bu barədə dərhal nə isə fikirləşmək düzgün deyil. Futbolda belə şeylər olur. Elə bir anda qol buraxa bilərsən ki, heç kim gözləməsin.

Qalib gəlmək istəyirdik. Özünüz də necə mübarizə apardığımızı gördünüz. Özüm də razı qaldım. Baxmayaraq ki, komandamız I Diviziona çıxmışıq. Qərar birisigün verilsəydi, daha yaxşı olardı. Amma qərar erkən verildikdən sonra psixoloji cəhətdən komandanı hazırlaya bilmişiksə, yenə böyük işdir.

– Premyer Liqada qalacağınıza hələ də ümidlisiniz?

– Rəhbərliklə görüşmüşəm, danışıqlarımız da olub. Ümidimiz var ki, Premyer Liqada qalaq. Gəncə Avropanın idman şəhəri elan olunub. Belə azarkeşi, təmirə başlanılan bazası olan komandaya bir il də şans versəydilər, daha yaxşı olardı.

– Aşağı liqaya ensəniz, komanda fəaliyyət göstərəcəkmi?

– I Diviziona düşsək, komandanın olub-olmayacağı, mənim burada qalıb-qalmayacağım gələcəyin işidir. Jurnalistlərdən xahiş edirəm ki, bir qədər insaflı olsunlar.



Xəbərin oxunma sayı : 319




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap