Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Əmimin qızına əxlaqsız şəkil göndərmişdi“- sevgi cinayətinin təfərrüatı

Tarix 02.11.19, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


Əmisi qızına görə öz qohumunu bıçaqlayan gənc hakim qarşısına çıxarılıb. Məhkəmədə hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda, xuliqanlıqda və soyuq silah saxlamaqda ittiham edilən 1998-ci il təvəllüdlü Kənan Tağıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Kənan Tağıyev aralarında yaranmış mübahisə zamanı qohumu İbrahim İsaqzadəni bıçaqlayıb.

Tağıyevə qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə yanaşı soyuq silah saxlama və xuliqanlıq maddəsi ilə də ittiham irəli sürülüb. Əgər ittiham təsdiqini taparsa, Tağıyev ömrünün 10 ilindən artığını dəmir barmaqlıqlar arxasında keçirməli olacaq.

Elan olunmuş ittihamla Kənan Tağıyev özünü qismən təqsirli bilib. O, deyib ki, bıçaqladığı İbrahim onun qohumudur.

Tağıyev söyləyib ki, İbrahim onun əmisi qızına sataşıb: "Onun qohum olması, belə bir hərəkət etməsi məni çox qəzəbləndirdi. İlk olaraq onu vurmaq niyyətim yox idi. Əmimin qızına əxlaqsız foto göndərmişdi. Mən ona iradımı bildirəndə məni təhqir elədi. Yumruq atanda mən də onu vurdum".

Kənan deyir ki, hadisə zamanı ətrafda heç kim olmayıb.

Hakimin suallarından məlum olub ki, Kənan əmisi qızını sevirmiş. Elə hadisənin baş verməsinin əsas səbəbi də bu imiş.

Məhkəmədə zərərçəkniş kimi tanınan İbrahim də iştirak edib. O, hadisə baş verən gün yaşananları danışarkən deyib ki, İbrahim onu söhbətə çağıran zaman vurub.

Kənan qeyd ediib ki, həmin vaxt söyüş söyməyib: "Mübahisə edəndə bıçaq çıxardı. Mən onu vurub yerə yıxdım. O altda idi, mən isə üstdə. Əlində bıçağı görəndə soruşdum ki, məni vurdun? Dedi ki, hə. Soruşdum ki, dəqiq deyirsən? Mən o vaxta qədər hiss eləməmişdim. Sonra əlimi kürəyimə vuranda qan gəldiyini gördüm. Bir neçə dəqiqə sonra maşınla xəstəxanaya getdim".

Suallara cavab verən İbrahim Kənanın əmisi qızına sataşmadığını deyib. Amma onunla danışdığını təsdiqləyib.

O bildirib ki, Kənanın əmisi qızı ilə sırf qohum kimi danışıb, ona kömək etmək istəyib.

"Mən qıza heç bir əxlaqsız şəkil göndərməmişəm. Biz onunla danışmışıq. Kənan da bundan qəzəblənib. Kənan əmisi qızını sevirdi. Amma Kənan onun mənimlə danışmasını qəbul edə bilmirdi. Hadisıyə səbəb də budur".

Məhkəmə iclasında Kənanın əmisi qızı Sevda (ad şərtidir) da ifadə verib.

Sevda ifadəsində İbrahimin ona şəkil göndərdiyini təsdiqləyib. Amma İbrahim buna yenə də etiraz edərək bildirib ki, Sevda ilə danışsa da, ona heç bir əxlaqsız şəkil göndərməyib.

İbrahim Sevda ilə "votsap" yazışmasının bir hissəsini məhkəməyə təqdim edib. Məlum olub ki, Sevdanın da İbrahimə yazdıqları arasında ona qarşı münasibətinin olduğu aydın olur.

Məhkəmə araşdırması davam etdirilir.



Xəbərin oxunma sayı : 655




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap