Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“İmtiyazlı ordu”: Livanda “Hizbullah“ın varlığından kimlər narahatdır? - Təhlil

Tarix 04.08.17, 5:21

Font ölçüsü : - / +
bitmap-img6


Lizzi Porter

“Middle East Eye”

“Hizbullah” bir həftəlik hərbi əməliyyatla Livan-Suriya sərhədində yerləşən Curud Arsal bölgəsindəki “Əl-Qaidə” bağlantılı “Cəbhət Fəth əl-Şam” (CFŞ) döyüşçülərini "cəhənnəmə göndərib". Təxminən 9 min CFŞ döyüşçüsü və ailəsi Suriyaya qovulub.

İŞİD-in özəkləri növbəti hədəflərdir. Amma Livan ordusu deyil, məhz “Hizbullah” və Suriya ordusu əməliyyatı həyata keçirəcək.

Livan ordusu döyüşdən qaçan CFŞ döyüşçülərinin qarşısını almaq üçün Arsal ətrafındakı arxa mövqeləri tutub. Onlar artilleriya dəstəyini təmin edib və ekstremistlərə qarşı reydlər keçirib.

Analitiklər və jurnalistlərin fikrincə, “Hizbullah” indi Livanın cənub sərhədində İsrailə qarşı müdafiə səngəri kimi görülür – qrup artıq terrorizm təhdidlərinə qarşı qanuni mühafizə səddidir.

Gündəmi müəyyən etmə

Demokratiyanın Müdafiəsi Fondunun tədqiqatçısı Toni Badran deyir ki, “Hizbullah”ın Arsaldakı aparıcı rolu onun Livanın müdafiə əməliyyatlarında təyinedici aktyor olmasını və gündəmi müəyyən etməsini əks etdirir".


Livan ordusunun hərbi paradı (Reuters)

Böyük Britaniya və ABŞ hər il Livan silahlı qüvvələrinə (LSQ) milyonlarla dollarlıq dəstək verir. Aprel ayında Britaniya hökuməti 2019-cu ilədək 11 mindən çox Livan hərbçisinin təlimi, eləcə də ölkə sərhədlərinin qorunması üçün vəsait ayırıb.

Yalnız keçən il ABŞ, LSQ-ni avtomatik qumbaraatan, “Hellfire” raketləri və min ədəd pulemyot və 50 zirehli “Humvees”lə təchiz edib.

Eyni zamanda, xarici səfirlər ordunun Livanda yeganə təhlükəsizlik təminatçısı olmasının vacibliyini söyləyirlər. Arsala hücum zamanı İngiltərə səfiri Huqo Şorter bildirib ki, Livan ordusu "yeganə qanuni müdafiəçidir".

Lakin Livanda əksəriyyətin rəyincə, “Hizbullah” ölkəni müdafiə edən qanuni qüvvədir. Halbuki BMT qətnamələri Livanda qeyri-hökumət qurumlarının tərki-silah edilməsinə çağırış edir.

“Hizbullah”ın Livandakı siyasi dəstəyi həqiqətən onu üstün vəziyyətdə saxlayır. Hərəkatın Suriya kampaniyasında İranın İnqilab Keşikçilərindən (İİKK) aldığı yardım Livan ordusu ilə müqayisə edilə bilməz.

Bu ilin fevral ayında Livan prezidenti Mişel Aun “Hizbullah”ın "Livan müdafiə sisteminin vacib bir parçası" olduğunu söyləyib.

"Aunun rəyi Livan hökumətinin silahlı vəziyyətlərdə LSQ ilə birlikdə işləyən “Hizbullah”ın təlimatına əməl etdiyini əks etdirir", – Badran bildirib.

Badranın fikrincə, “Hizbullah” "Ordu, xalq və müqavimət" doktrinasına əsaslanan hökmranlığını qorumaq istəyir.

Livan ordusu və Livanın təhlükəsizlik aparatı milislərə daha geniş hədəflərə nail olmaqda kömək edir. "Ordu yollarda patrulluq etdi və onların [“Hizbullah”ın] logistik və kommunikasiya marşrutları və s.-in təminatçısı oldu. Ötən il Qusayrda “Huzbullah”ın hərbi paradı onun əsl odu olduğunu göstərdi”
 
“Gerçək kimi qələmə verilən arzu”

"Əsrin Fondu"nun baş elmi işçisi və "Hizbullah" haqqında "Ölüm imtiyazı" adlı kitabın müəllifi Tanassis Kambanis deyir ki, Livan ordusunun gücləndirilməsi ölkəni “Hizbulah”dan xilas etməyəcək. "Bu arzunun gerçək kimi qavranmasıdır. LSQ-dəki liderlər “Hizbullah”ın əleyhinə deyil, çünki İsrailə qarşı müdafiə vacibdir".

“Hizbullah” Arsalda qazanılan əraziləri orduya verməyə hazırdır, lakin hərəkat hələ də bölgədə güclü təsirə malik olacaq, – deyən Kambanis əlavə edir: – "Hizbullah" lüzumsuz yerə qan itirmək istəmir, amma onlar LSQ ilə olan dostluq əlaqələri hesabına istədikləri yerlərdə döyüşçülərini nüfuzu qorumaq üçün yerləşdirə bilər".


ABŞ prezidenti Tramp Livan baş naziri Saad Həririni Ağ Evdə qəbul edir (Reuters)


Çərşənbə günü televiziya çıxışında “Hizbullah” lideri Həsən Nasrullah deyib: "Ordunun komandanı istəsə, ərazilərin hamısını təhvil verməyə hazırıq".

Ancaq “Hizbullah”ın hərbi təsirindən hər kəs xoşbəxt deyil.

Sünni-müsəlman icması və Livanın baş naziri Saad Həririni dəstəkləyən bazanı hərəkatın gücü dərindən narahat edir. Həririnin “Gələcək Hərəkatı” Bloku, “Hizbullah”ın döyüşlərdə "həsəd və xəyanətinə" dair açıqlamalar verir, halbuki onun indiki mövqeyi yalnız hərəkatla kövrək güc paylaşması sazişi ilə təmin edilir.

Kambanisin fikrincə, Arsal döyüşünün növbəti mərhələsi – şimal və cənub-şərqi Livanın İŞİD özəklərindən təmizlənməsidir və bu, “Hizbullah”ın gələcək hərbi təsirini müəyyənləşdirməkdə əsas ola bilər. “Hizbullah” indi bütün hədləri keçib, Livanda təsis edilən qurumlarda təmsil olunub və ölkədə mütləq hakim təsirini gücləndirib”.

Tərcümə: Strateq.az






Xəbərin oxunma sayı : 505




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap