“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Nar“ WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTOLAR

Tarix 13.05.26, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Sərfəli mobil operator "Nar" "İmkanlar hər kəs üçün" layihəsi çərçivəsində həyata keçirilən inklüziv təcrübə proqramını başa vuran iştirakçılar üçün sertifikat təqdimetmə mərasimi təşkil edib.

AzFakt.com xəbər verir ki, proqramda iştirak edən 25 təcrübəçiyə sertifikatlar təqdim olunub.

Sertifikatları "Nar"ın baş icraçı direktoru Özgür Genc, İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari və BMT-nin Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə nümayəndəsi Məleykə Tağızadə təqdim ediblər.

Sertifikatları təqdim edən Özgür Genc inklüzivliyin cəmiyyət və iş mühiti üçün əhəmiyyətindən danışaraq bildirib ki, "Fərqli bacarıqlara və həyat təcrübələrinə malik insanların peşəkar inkişafına dəstək olmaq bizim üçün böyük önəm daşıyır. İnanırıq ki, inklüziv iş mühiti həm insanlar, həm də şirkətlər üçün daha güclü və dayanıqlı gələcəyin formalaşmasına töhfə verir".

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən proqram iştirakçıların real iş mühitinə inteqrasiyasını dəstəkləməklə onların peşəkar və praktiki bacarıqlarının inkişafına töhfə verib. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində həyata keçirilir.

"Nar" sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir və bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə cəmiyyətdə bərabər imkanların genişlənməsinə dəstək göstərməyə davam edir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSIM texnologiyası təqdim edir.
 
 





Xəbərin oxunma sayı : 1408




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap