Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlaya bilərik” - Türkiyə XİN başçısı

Tarix 11.12.19, 13:50

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlayarıq”.

“Hurriyet” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli telekanala müsahibəsində bildirib.

“ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey olar. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. “F-35” və “S-400” arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə “Xeyr” deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. “S-400” hücum deyil, müdafiə sistemidir. “F-35” almasaq, aletnativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər”, – deyə o qeyd edib.

M.Çavuşoğlu deyib ki, ABŞ hazırda Suriyadakı təhlükəsizlik bölgəsindən çıxıb: “Ancaq terrorçu PKK/YPG-PYD ilə əlaqəsi davam edir. Onun bu terrorçu təşkilata etdiyi yardımlar cinayətdir. Bu, beynəlxalq terrorçuluğun maliyyələşdirilməsi deməkdir. Bizim antiterror əməliyyatı keçirdiyimiz ərazidə ABŞ hərbçiləri yoxdur. Biz terrora qarşı mübarizə aparmaq üçün oradayıq və bunu davam etdirəcəyik. Rusiya bizə deyir: “Terrorçular bölgədən çıxmazsa, siz oranı təmizləyərsiniz. Türkiyənin terror təhdidinə qarşı tədbir görmək hüququ var. Türkiyəni qorumaq NATO-nun vəzifəsidir”. (Report)



Xəbərin oxunma sayı : 361




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap