Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“İndi Bakıdayam, amma qayıdacam və prosesə özüm nəzarət edəcəm...”- Milyarder Məmişov

Tarix 12.09.18, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunun Murino qəsəbəsində cəmi 100 yerlik uşaq bağçası ilə əlaqəli məsələyə iki dollar milyarderi, qubernator və çoxsaylı müxtəlif məmurlar, o cümlədən azərbaycanlı sahibkar qarışıb.

Virtualaz.org xəbər verir ki, milyarder İlya Şubarovun “Setl Group” şirkəti qəsəbədəki uşaq bağçasını tikib, amma yerli məmurlar obyekti biznesmendən almaq üçün təşəbbüs göstərməyiblər. Nəticədə “Setl Group” şirkəti uşaq bağçasını özəl şirkətə satıb. Həmin şirkətin sahibi isə uşaq bağçasının yerində “Vernıy” adlı mağaza açıb. Mağazada o cümlədən alkoqol satılır.

“İndi Bakıdayam, amma qayıdacam və prosesə özüm nəzarət edəcəm...”

Bu dəfə qəsəbənin administrasiya rəhbəri Valeri Qarkayevıy və vilayətin vitse-qubernatoru Mixail Moskvin şirkətin barəsində məhkəmə iddiası qaldırmaqla hədələyiblər.

Amma uşaq bağçasının məsələsini məhkəməsiz də həll etmək mümkün olub. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məsələni müzakirə etmək üçün “Setl Group” şirkətinin rəhbəri, milyarder Şubarevlə və yerli azərbaycan diasporunun rəhbəri, milyarder Vaqif Məmişovla görüşüb.

Məlum olub ki, uşaq bağçasının yerində mağaza açan sahibkar azərbaycanlıdır və o, obyekti sahibindən icarəyə götürüb. Vaqif Məmişov vəd edib ki, öz nüfuzundan istifadə edib həmin adama təsir göstərəcək. Milyarder belə də edib və mağazanı açan azərbaycanlını obyekti developerə, yəni “Setl Group”a geri satmağa razı salıb. Şubarev isə vəd edib ki, sahibkar bundan zərər çəkməyəcək və obyekti azərbaycanlıya neçəyə satmışdısa o qiymətə də geri alacaq.

“İndi Bakıdayam, amma qayıdacam və prosesə özüm nəzarət edəcəm...”

Vaqif Məmişov özü də “47news» portalına bu informasiyanı təsdiqləyib. “Binanı alan həmin adamı şəxsən tanımıram, amma sizi əmin edirəm ki, orada tezliklə məhz uşaq bağçası olacaq. Biz yol verə bilmərik ki, uşaqlar biznesə görə məktəbəqədər tərbiyə müəssisəsinə gedə bilməsin. Hazırda mən Bakıdayam, amma qayıdacam və prosesə özüm nəzarət edəcəm. Elə dünən bu məsələ ilə bağlı qubernatorla və Şubarevlə danışmışam”-biznesmen deyib.

“Setl Group” şirkətinin mətbuat xidmətində də münaqişəni həll etmək planlarını təsdiqləyiblər. Şirkətdə israr edirlər ki, məhz yeni mülkiyyətçi obyektin funksional təyinatını dəyişməlidir. 




Xəbərin oxunma sayı : 502




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap